Koronavirusun ABŞ-ın hərbi dəniz qüvvələrində sürətlə yayılması Pentaqonu çətin vəziyyətə salıb.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, bu günlərdə ABŞ-ın “Teodor Ruzvelt” təyyarə daşıyan gəmisinin kapitanı Brett Crozierin yuxarı komandanlığa yazdığı məktubun KİV-ə sızması, ABŞ ordusundakı vəziyyətin nə dərəcədə acınacaqlı həddə çatdığını üzə çıxarıb. Rəhbəri olduğu hərbi gəmidəki döyüşçülərin təcili təxliyyəsini tələb edən kapitan, bu prosesin uzanacağı təqdirdə hərbçilərin ona olan inamını riskə atacağını, koronavirusun dənizçilər arasında geniş şəkildə yayılacağını bildirib.
Məsələ ilkə bağlı açıqlama verən Pentaqon vəziyyətin nə dərəcədə həssas olduğunu anladığını qeyd edib. Lakin bununla belə Pentaqon yetkililəri vurğulayıb ki, bu gəmidən bütün şəxsi heyətin təxliyyəsi mümkünsüzdür. Sözügedən gəmidə bahalı təyyarələrin, silah-sursatın, nüvə stansiyasının olduğuna diqqət çəkən Pentaqon, təyyarə və gəmidəki digər texnikaların qorunması üçün məhdud sayda olsa da ekipaj üzvünün saxlanmasının vacib olduğunu bildirib.
Pentaqonun bu açıqlaması dənizçilər üçün “intihar tapşırığı” kimi xarakterizə edilib. ABŞ mətbuatı hesab edir ki, Pentaqonun hərbi texnikaya hərbçilərin canı bahsına qayğı göstərmək istəyi Amerika ordusuna çox baha başa gələ bilər.
Xatırladaq ki, bir müddət bundan öncə “Teodor Ruzvelt” gəmisinin ekipaj üzvündən 2700 nəfər təxliyyə edilsə də, onlaırn hələlik yalnız bir qismi koronavirus testindən keçib. Test nəticəsində hərbçilərədn 93 nəfərinin virusa yoxluduğu məlum olub. Hazırda gəmidə olan hərbçilərinin bir qisminin də koronavirus xəstəliyinə tutulduğu ehtimal edilir.
Seymur ƏLİYEV