Rusiyada koronavirusa qarşı peyvənd prototipi hazırlanıb.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Tatyana Qolikova məlumat verib. Onun sözlərinə görə, iyun ayının 29-dan etibarən peyvənd insanlar üzərində sınaqdan keçiriləcək.
Peyvəndin 60 könüllü üzərində test edilməsi nəzərdə tutulur. Əgər test uğurlu alınarsa, o zaman bu, koronavirusun qarşısının alınmasında mühüm rol oynayacaq.
Xatırladaq ki, Rusiya da koornavirusun yayılmaqda olduğu ölkələr sırasınadır. Bu baxımdan Kreml yetkililəri hesab edir ki, virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə elan edilən sosial izolyasiya tədbirlərinin tarixi uzadılmalı, vətəndaşlar məlum yasaq və qadağalar ciddi şəkildə əməl etməlidir.
Seymur ƏLİYEV