Bir qazlı içki firmasında Koladan xərçəng xəstəliyinə gətirib çıxaran maddə aşkarlandı. ABD-də edilən analizlər zamanı aşkar olub ki, firmada karamel rəngini vermək üçün istifadə edilən məhlul ağciyər, qaraciyər, zob, qan xərçəngi xəstəliklərini yaradır. Bu məsələ ilə bağlı hərəkətə keçən ABD California əyalətinə göndərilən içkiyə qatılan bu məhlulun azaldılmasını ya da tamamilə istifadə olunmamasını tapşırıb. Əks halda içkinin ölkəyə buraxılmayacağı barədə xəbərdarlıq edilib. Firma bu xəbərdarlıqdan sonra məhz Californiya əyalətinə göndərilən içkinin miqdarını azaltdı. Bir çox ölkələrdə həddindən artıq çox satılan bu içki ilə bağlı isə hələki dəyişiklik yoxdur. Onu da xatırladaq ki, Kolaya rəng verən bu “cocialin” böcəyindən qidadan kosmetikaya kimi bir çox maddələrin hazırlanmasında istifadə edilir. O, olmadan nə sosiskanın rəngi çəhrayı, nə dodaq boyaları rəngarəng, nə də Kolalar indiki rəngini ala bilər. Böcəkdən alınan “carmine” boya piqmentinin hal-hazırda dünyada yüksək səviyyədə satışı gedir. Keçən il kilosu 200-250 evro olan “carmine” hal-hazırda satışda 450-500 evroya çətin tapılır. Nəzərə alsaq ki, istifadə etdiyimiz bir çox qidalarda bu maddə var deməli, bizim həyatımız hər zaman təhlükəylə qarşı-qarşıyadır.