Görülən bütün tədbirlərə rəğmən koronavirus təhlükəsi sürətlə genişlənməkdə davam edir.
Moderator.az xəbər verir
ki, proseslərin tədricən bədbin və ümidsiz məcraya yönəldiyi bir məqamda mütəxəssislər
epidemiyanın davam etmə müddəti ilə bağlı 4 fərqli ehtimal səsləndirməkdədir.
Birinci ehtimal epidemiyanın
yaxın iki ay ərzində dayan biləcəyi ilə bağlıdır. Bu ehtimala ümid bəsləyən Harvard
Xalq Sağlamlığı Məktəbində Epidemiologiya Prof. T. Chana, William Hanage bildirir
ki, proseslər bu şəkildə cərəyan etsə, o zaman xəstəlik nisbətən yüngül formada
davam edər və insanlarda tədricən toxunulmazlıq formalaşa bilər.
İkinci qisim mütəxəsislər
xəstəliyin 3-4 davam edəcəyi qənaətindədir. Onların fikrincə, bu müddət ərzində
sadəcə kimlərin bu virusa yoluxduğunu deyil, həm də fərqli immunitet sistemlərinin
bu xsətəliyə verdiyi fərqli reaksiyanı müşahidə etmək olduqca vacibdir.
Üçüncü ehtimal tərəfdarlaır
isə koronavirusun hələ 4-12 ay müddətində davam edəcəyi qənaətindədir. Yayın
qrip üçün əlverişsiz mövsüm olduğuna diqqət çəkən mütəxəssislər, bunun koronavirus
üçün də keçərli olacağı təqdirdə Şimal yarımkürəsi sakinlərinin “bir müddət
möhlət ala biləcəkləri” fikrindədir.
Nəhayət, mütəxəssislərin
dördüncü qismi prosesin bir ildən çox, hətta iki ilə qədər davam edəcəyi qənaətindədir.
Onların fikrincə, peyvənd tapılmazsa, o zaman koronavirusla mübarizə uzunmüddətli
ola bilər.
Bununla belə ekspertlərin
qənaətincə, hər şey bəşəriyyətin koronavirusa qarşı aparacağı mübarizənin
effektivliyindən asılı olacaq. Belə ki, koronavirusa qarşı təsirli preparatın
yardılması bütün ehtimalları alt-üst edə, bu mübarizədə yeni bir səhifə aça bilər.
Seymur ƏLİYEV