Sabiq deputat Nizami İsgəndərova məxsus olan Nabrandakı “Nabran Village Holiday” istirahət mərkəzində baş verən bədbəxt hadisə bir neçə gün medianın və sosial şəbəkələrin müzakirə mövzusu oldu. Nizami İsgəndərovun deputat olduğu zaman sahibləndiyi bu əyləncə mərkəzi indi
yoxlamalara məruz qalıb. O da sirr deyil ki, öz deputat səlahiyyətindən istifadə edən Nizami İsgəndərov və onun kimi bir çox şəxslər yaratdıqları bu cür istirahət mərkəzlərində və inşa etdirdikləri yaşayış binalarında qanunvericiliyin tələblərinə əməl etmirlər. Ancaq sonda bu məsuliyyətsizlik bədbəxt hadisələrə gətirib çıxarır.
Araşdırmamız zamanı Milli Məclisin bir sıra üzvlərinin istirahət mərkəzləri olduğu bəlli olub. Araşdırmamız zamanı istirahət mərkəzləri və restoran biznesi olan bəzi deputatların adlarını müəyyən edə bildik. Bu siyahıda Əlağa Hüseynov, Ülvi Quliyev, Aydın Mirzəzadə, Cavanşir Feyziyev, Rövnəq Abdullayev, İqbal Məmmədov, Ərəstun Cavadov, Xanlar Fətiyev, Nazim Fərəcov, Arif Alışanov, Adil Əliyev, Əsabil
Qasımov, Azər Kərimli, Hadi Rəcəbli, Vasif Talıbov, Zeynəb Xanlarova, Əhməd Vəliyev, Səttar Möbalıyev, Cəlal Əliyev və Cavanşir Paşazadə daxildir. Növbəti araşdırmalarımızda həmin deputatlara məxsus biznes strukturlarının yeri və adlarını araşdırmağa çalışacağıq.