“Fövqəladə vəziyyət elan edilməli, avtomobillərin və vətəndaşların hərəkəti məhdudlaşdırılmalıdır”
Oxunub: 4433
29 Mar 2020 | 20:21
“Fövqəladə vəziyyət elan edilməli, avtomobillərin və vətəndaşların hərəkəti məhdudlaşdırılmalıdır”
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa dünya gündəminin əsas mövzusu olan koronavirus təhlükəsi ilə bağlı Musavat.com-a geniş və maraqlı müsahibə verib. 

o, mövcud durumda hökumətin atdığı addımları dəyərləndirib, vətəndaşımızın sərgilədiyi davranışdan bəhs edib, evdə qaldığı günlərdə tərtib etdiyi qrafik barədə danışıb, tövsiyələrini verib. Millət vəkili Milli Məclisin 30 mart iclası ilə bağlı gözləntilərini də bölüşüb.

- Fazil bəy, bilirik ki, siz aktiv həyat tərzi keçirən deputatlardansınız. İctimai-siyasi fəaliyyətdən əlavə, futbol, basketbol meydançalarında da sizi tez-tez görürdük. Bəs, indiki durumda gündəlik rejiminizi necə müəyyənləşdirirsiniz?

- İnsanin özünü birtərəfli yetişdirməməsi məhz bu məqamda yardıma gəlir. Həm də ömür boyu özünü həyatın qarşına çıxaracağı sürprizlərə hazırlamağı bir prinsip olaraq görməlisən. Necə deyərlər, xaosdan nizam yaratmaq hər zaman müasir insanı düşündürməlidir. Müxtəlif idman əyləncələrindən, hobbilərindən, insanlarla təmasdan uzaq qalmaq, əlbəttə ki, xeyli məyusedici hal sayıla bilər. Ancaq bunun da daha iki faydalı alternativlərinə hazırlıqlı olmaq pessimistliyə əsas yaratmadı. Birincisi, mütailə etmək, ikincisi də kimsənin mane olmadığı ortamda düşünərək yürümək. Hər ikisinə də arzuladığımdan daha çox vaxt ayıra bildiyimə görə içimdə rahatlığım var. “Evdə qal” tələbi əslində mədəni formada “ev həbsi” kimi anlaşılmalıdır. Burada sadəcə cinayət törətmədən ev həbsinə dücar olmaqdan söhbət gedir. Biz azərbaycanlıların böyük əksəriyyəti üçün ev, sadəcə, yaşamaq yeridir, bir qismət çörəyin tapılıb yeyildiyi, ömür vaxtının öldürüldüyü yerdir. Bu halda ənənəvi həyat tərzi pozulan kimi insanlar daha çox darıxmağa başlayırlar. Mənim üçün ev hər şeydən öncə yaradıcılıq yeridir, ailəmlə bərabər, həm də kitablarımın yaşadığı müqəddəs məkandır, burada mütaliə ibadəti üçün auranı yarada bilmişəm və ona görə də bu, “evdə qal” tələbi hansısa passivlik ifadə etmir, oxumağa, öyrənməyə, dinamizmə çağırış kimi anlaşılır.

- Koronavirus təhlükəsi ilə bağlı karantin rejiminə əməl edə bilirsinizmi?

- Karantin rejiminin iki vacib şərti var. Birincisi, özünü qoru. İkincisi isə özünü qorumaq istəmirsən, cəhənnəm, yaxınlarının, başqalarının həyatını qoru! Günümüzün ən dəyərli insanı özünün taleyi ilə başqasının taleyi arasında görünməz bağları dərk edən insandır. Bunların başında da bu günlər ən böyük fədakarlıq göstərən həkimlərimiz və tibb bacılarımız, qardaşlarımız gəlir. Onlar həyati təhlükənin ilk addımlığındadırlar və bu prosesdə üzərinə döyüşün ağırlığını götürmüş ön cəbhə əsgərləridir. Ardınca məsuliyyətli, qaydaları pozmamağa çalışan, başqalarını da qaydalara əməl etməyə çağıran digər insanlar gəlir. Bu prosesdə altruist əxlaqa sahib, yəni özünü düşünüb, başqasını düşünməyən insanlar da bir o qədər narahatlıq yaratmır. Yəni ən azı kimsənin işinə yaramasa da, özünü bir qırağa çəkib ortalığı çirkləndirmir. Ən təhlükəlisi lağlağılıq virusu daşıyanlardır. Müdrik insan yumorundan, cahil insan lağlağısından tanınır. Bu qəbildən olanlar nə özlərinin, nə də başqalarının həyatını düşünmək iqtidarında deyillər. Sadəcə, bütün ritualları biganəliklə, yüngüllüklə, nizamsızlıqla doludur. Lazım oldu-olmadı küçələrdə də dolaşanlar bunlardır, bir-birindən məsafə saxlamayan, bir-birinin qoluna girib, danışanda bir-birinin ağzına girən də bunlardır. Bunlar telefon prikolları ilə, virusla zarafatlaşmaqla günü yola verirlər. Bunların çayxanasını, pivəxanasını, kababxanasını, qeybətxanasını əlindən almısan, məsuliyyət duyğusu olmadığına görə də yeni həyatın məhdudiyyətlərinə inadla tabe olmaq istəmirlər.

- Maraqlıdır, evə bazarlığı kim edir bu günlərdə? Şəxsən tibbi maska, əlcəkdən istifadə edirsinizmi?

- Bazarlığı həmişəki kimi, yoldaşım edir. Çünki evə hansı ərzağın zəruri olduğunu məndən yaxşı bilir. Lakin o da yaxınlıqdakı marketə ən seyrək vaxtlarda baş çəkir. Təbii ki, spirt və maska rituallarını yerinə yetirməklə. Anam da yanımızda qaldığına görə ən çox diqqəti ona yetiririk. Yaş səksənə yaxındır, qorumaq vəzifəsi bizim üzərimizdədir. Sevindiricidir ki, o da karantin intizamına hamıdan çox tabe olur. Mən maskadan, spirtdən daha çox gigiyena tələblərini pozmamağa və immuniteti qaydada tutmağa üstünlük verirəm. İmmun sistemini qorumayanda maska da, spirt də köməyə gəlmir. Illərdir istifadə etdiyim sağlamlıq metodlarını təkmilləşdirərək daha ciddiliklə özümə tətbiq edirəm. İnsanlarda çaşqınlıq yaranmasın deyə, tətbiq etdiyim üsulları qeyd etməyi məqsədəuyğun saymıram.

- İndiki dönəmdə evdə qalan tanınmışların əksəriyyəti kitab oxuduğunu deyirlər. Siz də davamlı mütaliə edən şəxssiniz. Bəs, koronaviruslu günlərdən bəhs edən kitab yazmağı necə düşünmürsünüz ki?

- İndi vaxtımın əhəmiyyətli hissəsini illərdir oxuma fürsəti tapmadığım kitabları mütailəyə sərf edirəm. Yazmaq məsələsi də düşündürür, onu gerçəkləşdirmək isə daha çox düşdüyün auranın diktə edəcəyi şərtlərdə baş verə bilər. Bu günlərdə ağırlıqlı olaraq Höte və başqa alman düşüncə adamlarının, yazarlarının düşüncə dünyasını öyrənməyə çalışıram. Cəzbedici çox sayda məqamlar tapıram. Özəlliklə, “Faust”a təkrar qayıdışın hansısa nəticəsi olacaq deyəsən. Bu günlər barədə hansısa formada maraqlı müşahidələrimi də qeyd etməyə çalışıram. Baş açılanda hökmən bir şeylər yazılacaq.

- Azərbaycanda koronavirus yoluxma halları və ölüm sayı artır. Bu mərhələdə vətəndaşların bir çoxunun verilən qərarlara və tövsiyələrə biganə münasibəti narahatlıq doğurur. Sizin də yazdığınız kimi, bir sıra şəxslər COVİD-19 pandemiyasına “bu Cavid niyə belə etdi” şəklində yanaşır. Necə hesab edirsiniz, “evdə qal”mağı az qala özünə dərd edən vətəndaşla necə davanılmalıdır indiki mərhələdə?

- Açıq söyləyim ki, mən vəziyyətin daha da ağırlaşacağını gözləyirəm. Çöldə, bayırda müşahidələrim heç ürəkaçan deyil. Ölkə prezidentinin yeni xəstəxananın açılışında həkimlər qarşısında çıxışı çox təsirli, optimist və həm də kədərli idi. Bu günlərdə ən ağır iş sonu görünməyən bir müəyyənsizliyə doğru yönələn bir dünyada bir xalqın, bir dövlətin liderlik məsuliyyətini öz üzərinə götürmək və qətiyyətli, bir çox hallarda qeyri-populist qərarlar qəbul etməkdir. Dövlət başçısı bütün bu ağırlığı qətiyyətlə öz üzərinə götürüb və dövləti bu bəladan xilas etmək üçün cəmiyyəti səfərbər edib. Hökumətin təşkil etdiyi Operativ Qərargah iş başındadır, Koronavirusla mübarizə üçün fond yaradılıb və imkanı çatan insanlar bu fonda vəsait köçürüblər. Xaricdə qalmış vətəndaşlarımızın ölkəyə gətirilməsi, gətirilənlərin karantin rejiminə cəlb edilməsi kimi məşəqqətli işlər sistemli şəkildə görülüb. Evdə qalan və yardıma ehtiyacı olan insanların siyahıya salınaraq sosial müdafiəsinin təmin olunması üçün zəruri addımlar atılır. Lakin prezidentin barəsində kədərlə danışdığı məsuliyyətisiz insan faktoru bu çalışmaların nəticəsini heçə endirə bilər. Burada söhbət məhdudiyyətlərin tətbiq olunduğu dövrdə məsuliyyətsiz davranan insanlardan gedir. Tam əminliklə söyləyirəm ki, insanlar bu fəlakətə gözlədiyimdən də çox cahil yanaşırlar. Fikrimcə, nəsihət dövrü birib, ən sərt şəkildə qanunun tələbini icra edərək, duruma laqeyd yanaşanları, insanların həyatını təhlükəyə soxanları aydınlaşdıraraq, küçələrdən toplayaraq ən azı üç günlük müvəqqəti saxlama məntəqələrinə göndərmək lazımdır.
Bu adamların böyük əksəriyyəti bilirsiniz nəyi gözləyir? Hansısa ölkədə bir müasir Nyutonun başına bir alma düşəcək, beyni silkələnəcək, o da virusun vaksinini tapıb göndərəcək ki, “alın istifadə edin”. Sanki Şeyx Nəsrullahın ölü dirildəcəyi ana özlərini inandırıb xoşbəxt yaşayan cahil bir toplumun yenidən dirilişinin şahidiyik. Bizdə “Qarabağ şikəstəsi”nə ayıq və ya kefli başla göz yaşı axıdanların çoxu Qarabağ üçün savaşaraq şikəst olmağı özünə rəva görməyənlərdir. Yəni bir savaş həm də məhrumiyyətlər, itkilər deməkdir. Bir qrup insan passiv formada belə bu savaşa töfhə vermək istəmir və hamının həyatı üçün özünü təhlükə amilinə çevirir.

- Koronavirusla mübarizədə hökumətin gördüyü işləri, atdığı addımları parlament müxalifətinin təmsilçisi olaraq necə qiymətləndirirsiniz?

- Öncə də qeyd etdiyim kimi, hökumətin koronavirus fəlakəti ilə bağlı atdığı addımları təftiş etməyi indiki şərtlərdə məqbul saymıram. Bu addımları hökumət dünya təcrübəsi və dünya səhiyyə təşkilatının tövsiyəsi ilə atır, insanlarımızı da vaxtında məlumatlandırır. Evdə oturmağa nə var ki? Bu məsuliyyətin altında gecə-gündüz qalmış insanların yerində hər kəs özünü görsə, öz durumuna min dəfə şükranlıqla yanaşar. Bizim təftiş edəcəyimiz əsasən, vətəndaşlarımızın atdığı və ya atmadığı addımlardır. Vətəndaşlarımızdan məsuliyyətli davranan hər bir şəxsə dərin minnətdarlığımı bildirirəm, məsuliyyətsiz davranan vətəndaşlarımızı da kəskin şəkildə qınayıram.

- Fazil bəy, şəxsi səhifənizdə yaşlı seçicilərinizin ziyarətinə getdiyinizi oxudum. Hər halda belə bir vaxtda yaxşı nümunədir, amma bəlkə həm də riskdir. Yaşlılar necə qarşıladılar onlara baş çəkməyinizi?

- Virusun yaratığı sıxıntılar birbaşa parlament seçkilərindən sonraya təsadüf etdi. O səbəbdən də insanların qarşısında veridyimiz vədlərin bir çoxunu həyata keçirməmiz obyektiv şərtlər üzündən mümkün olmadı. Buna baxmayaraq, mövcud imkanlar daxilində həm informasiya məkanında, həm də başqa vasitələrdən istifadə edərək, insanların maddi və mənəvi təminatı üzərində dəstəkverici addımlarımızı davam etdirməliyik. Bu istiqamətdə bizim Sabunçu rayon İcra Hakimiyyəti, Sosial Müdafiə Fondu əsas ağırlığı öz üzərinə götürüb, çox işlər görürlər. Biz də öz məhdud imkanlarımızla da olsa, ən azı tənha durumda qalmış yaşlı insanlara baş çəkməyi, onlara yardım etməyi mənəvi borc olaraq görürük. Təbii ki, bu ziyarətlər onların da əhvalına müsbət mənada ciddi təsir göstərir və öz şükranlıqlarını ifadə edirlər.

- Sizin baş verən hadisələrə adətən, orijinal münasibət bildirdiyinizi dəfələrlə qeyd etmişik. Bu mənada cavabınız çox maraqlıdır, koronavirus bəlasının bəşəriyyəti təhdid etməsinin arxasında hansısa maraqlar dayana bilərmi?

- Əlbəttə, burada dünyanı gizli idarə edənlərin yeni üsulla dünya əhalisinin azaldılmasına yönələn qəsdindən, hansısa dövlətin bioloji silahdan istifadə etmə ehtimalından söz açmaq üçün yetərincə mövzu var. Dünya vaxtaşırı iqtisadi böhranlarla, müharibələrlə, xəstəliklərlə sınağa çəkilir. Burada mistik elementlərin olduğunu da istisna etmirəm. Ancaq bu prosesə hədsiz mürəkkəbləşdirdiyimiz həyatın sadələşdirilməsi fürsəti kimi baxıram. İnsanların təbii hallarına dönüş fürsəti kimi baxıram. Uzaq Şərq ölkələrində insanların zəhərli kobra ilanları ilə bir evdə yaşadıqlarını heyrətlə izləmişik. Əslində bizlər də bu virusla eyni qaydada birlikdə yaşamağa alışmalıyıq. O bizə qalib gəlməyə çalşacaq, biz də hər an ehtiyatlı olacağıq ki, onun ovuna çevrilməyək. Əsl məsuliyyəti bizdə bu virus formalaşdıracaq. Bu virusun xüsusilə Azərbaycanda çox sayda intizamlı insan tipi yetişdirəcəyinə ümidim böyükdür.

- Pandemiyadan sonrakı dünyanın bir başqa olacağı barədə mülahizələr var. Siz o başqa dünyanın olacağına inanırsınızmı və ya necə təsəvvür edirsiniz?

- Pandemiyadan sonra ən ciddi dəyişiklik qlobalizm sözünün deformasiyasında müşahidə olunacaq. Daha qapalı ulus dövlətə dönüş prosesinin şahidi olacağıq. Bir də nüvə dövlətlərinin yekəxanalığı xeyli azalacaq. İqtisadi çöküş insanların həyatını qismən sadələşdirəcək. Ancaq insanların həyata baxışında ciddi bir şeylərin dəyişəcəyini gözləmirəm.

- Milli Məclisin plenar iclası martın 30-da keçiriləcək və yəqin siz də iştirak edəcəksiniz. İclasda hansı məsələləri qaldırmağı düşünürsünüz? Məsələn, fövqəladə vəziyyət rejiminin ölkədə tətbiqini zəruri sayırsınızmı?

- Əslində Milli Məclis də öz fəaliyyətini çox ağır şərtlərdə sürdürür. Təhlükəsizlik səbəbindən toplaşma imkanlarının məhdud olduğu bir şəraitdə mümkün olanı etməkdən başqa yol qalmır. Son vaxtlar Milli Məclisin sədrinin internet üzərindən operativ əlaqənin qurulması, on-line komitə iclaslarının keçirilməsi, çalışma saatının dəyişdirilməsi, siyasi partiyaların roluna daha çox önəm verilməsi istiqamətində atdığı addımlar daha fərqli və məsuliyyətli bir parlament institutunun təqdimatını göstərir. Fikrimcə, Milli Məclisin 30 mart toplantısında hökumətin rəsmi təmsilçisinin deputatları məlumatlandırması çox yerində olardı. Hətta Məclisin iclasının həmin hissəsini qapalı keçirmək də mümkündür. Çünki biz qanunvericilikdə hansı dəyişikliklərin zəruri olmasını real vəziyyət barədə daha dolğun məlumat sahibi olduqda müəyyənləşdirə bilərik. Ancaq öz müşahidələrimə görə düşünürəm ki, 30 martda gecikmədən fövqəladə vəziyyət elan edilməli, avtomobillərin və vətəndaşların hərəkətini sərt şəkildə məhdudlaşdıran addımlar atılmalıdır. Özümüz üçün əmin olmalıyıq ki, burası Çin deyil, heç İtaliya da deyil və bizim cəmiyyətin bu məsələyə qeyri-ciddi yanaşması özünü oralardan daha qabarıq göstərir. Qayda pozanlar üçün ən azı üç günlük kişi və qadın müvəqqəti saxlama məntəqələri yaradılmalıdır. Bu məntəqələrdə ancaq günlük qida təminatı nəzərdə tutula bilər. İnformasiya, internet, yaxınları ilə əlaqədən ən azı üç gün məhrum olan və qayda pozucu kimi adı ictimaiyyətə açıqlanan adam qorxudan bir daha küçəyə ciddi bir səbəb olmadıqda çıxmayacaq. Hər bir vətəndaş üçün məhdud hərəkət radiusundan kənara çıxma qadağası tətbiq olunmalıdır. Ötən iclasda təklif etmişdim ki, koronavirusla bağlı vəziyyətin tənzimlənməsi haqqında qanun qəbul olunmalıdır. Burada karantin rejiminin şərtləri və s. yuxarıda söylədiklərimiz öz əksini tapmalıdır.

- Bu günlərdə deputat həmkarlarınızla bir araya gəlirsinizmi?

- Çoxdandır dostlarla görüşlərimizi təxirə saldığımızdan əlaqələrimiz əsasən, telefon vasitəsi ilə gerçəkləşir.

- Yaşı 65-dən yuxarı olan həmkarlarınızla əlaqə saxlayırsınızmı?

- Ümumiyyətlə, tanıdığım bütün yaşlı insanlarla imkan düşdükcə hal-əhval tuturam. Anlayıram ki, bu şəraitdə ən çox psixoloji ağırlıq onların üzərindədir. Şükürlü insan üçün əslində bu gərginliyin yaratdığı bir sarsıntı çox da özünü büruzə vermir. Nobel mükafatçısı yazar Herman Hessenin “Qocalıq haqqında” bir maraqlı essesi var. Orada yazırdı ki, qocalığa, ağ saçlara və ölümün yaxınlaşmasına nifrət edən, onlardan qorxan qoca, öz işinə, gündəlik əməyinə nifrət edən və ondan qaçmağa çalışan cavan və güclü adam kimi öz həyat mərhələsinin dəyərsiz nümayəndəsidir. Onlara da bu fikiri xatırladıram ki, əsas olan həyatın dəyərsiz nümayəndəsinə çevrilməməyimizdir.

- Bildiyiniz kimi, artıq rayonlar arasında da polis postları qurulub və giriş-çıxış məhdudllaşdırılıb. Bu durumda günəmuzd işləyənlərin narahatlığını da başa düşmək çətin deyil. Eyni zamanda elektrik enerjisi, qaza tətbiq olunan limitin ləğvi, işsizlərə, aztəminatlı ailələrə müəyyən məbləğdə aylığın verilməsi kimi təkliflər səslənir. Sizin koronavirus dövrü ilə bağlı təkliflər paketiniz varmı və bu istiqamətdə hansı addımların atılmasını zəruri sayırsınız?

- Fəaliyyəti dayandırılan, məhdudlaşdırılan hər bir insanın düşdüyü vəziyyəti anlamadan məsələyə sağlam yanaşmaq mümkün deyil. Bu prosesdə ən ağır yük həkimlərlə yanaşı, həm də fədakar polislərimizə düşür. Xüsusilə də hüquq düşüncəsinin aşağı səviyyədə olduğu cəmiyyətdə hər bir hüquqi addımın bir neçə dəfə izahını vermək çox məşəqqətli işdir. Sən dövlətin qanunundan danışırsan, qarşındakı da illər uzunu yaşadığı qanundankənar qaydalarda israr edir.

Sahibkarlarımızın da durumu çox ağırdır, müqavilə öhdəliklərini yerinə yetirmə imkanı ortadan qalxan yüzminlərlə insanımız sıxıntı içindədir. Günəmuzd çörək pulu qazanan insanlar kifayət qədərdir və onlar da iş yerlərinin bağlanmasından sonra ağır durumdadırlar. Xroniki xəstəlikdən əziyyət çəkənlərin, müəllimlərin, dərsdən uzaq düşmüş şagird və tələbələrin, daha başqa kəsimlərin problemləri üst-üstə qalanmış durumdadır. Ona görə də burada bizim fərdi qaydada Amerika kəşf edirmişcəsinə hansısa fəaliyyət proqramı təklif etməyimiz ciddi səslənməz. Hökumətin yaratığı Operativ Qərargah üç faktora əsaslanaraq optimal qərarları alır və tətbiq edir: birincisi, dünya ölkələrinin təcrübəsi; ikincisi, Dünya Səhiyyə Təşkilatının tövsiyələri; üçüncüsü isə real informasiya əldə etmə imkanından yararlanaraq konkret situasiyanın idarə olunması üçün alınan qərarlar. Addım-addım karantin şərtlərinin sərtləşdirilməsi də ən optimal yanaşmadır. Burada əsas çətinliklər nələrdir? Bələdiyyələrin və vətəndaş cəmiyyəti institutlarının canlı orqanizm kimi daha geniş səlahiyyət və imkanlara sahib olmamasının gətirdiyi dezavantaj. Bu səbəbdən də hədsiz mərkəzləşdirilmiş sosial xidmət mexanizminin bütün ehtiyacı olan vətəndaşlar üçün əlçatanlığında mümkün axsamalar ortaya çıxır.

Dövlət əmlakının, torpaq sahələrinin icarəsindən, kirayəsindən ödəniləcək haqları bu dövrdə 50 faiz aşağı salınmalıdır. Özəl sektorda kirayə, icarə qiymətlərinin yarıbayarı azaldıması tövsiyə edilməlidir. Banklara olan kredit borclarının bir müddət üçün təxirə salınması, kommunal xidmətlərə görə bütün ödənişlərin 50 faiz güzəştlə edilməsi kimi məsələləri operativ həll etmək lazımdır ki, vətəndaşların psixoloji sarsıntısını azaltmaq mümkün olsun. Bunları çox sadalamaq olar, ancaq düşünürəm ki, bizim burada qeyd etdiyimiz təklifləri bizdən də yaxşı araşdıran, mümkün olanı etməyə çalışan hökumət var. Onları mümkün olmayanları etməyə məcbur etmək məsuliyyətli davranış olmazdı.

- Nəhayət, sonda evdə qalmaq istəməyən vətəndaşlarımıza sözünüz, çağırışınız varmı?

- “Evdə qal” tələbinə əməl etməyən vətəndaş bu gün müharibə şərtlərində nələrisə bəhanə edib səngərdən qaçan fərari kimidir. O, yalnız özünə zərər yetirmir, yalnız səngər dostlarına, təmsil etdiyi orduya zərər yetirmir, həm də düşmənin maraqlarına xidmət edir. Düşmən məlum virusdur, onun ayaqda qalmasına çalışmaq, elə bu virusun yaşamasına xidmət etmək tələbə tabe olmamanın başqa bir adıdır. İnsanların gəlirləri azalacaq, azuqəsi yetərli olmayacaq, əyləncəsi, rahatlığı pozulacaq, ancaq müharibə şərtlərində bunların hamısından da betər durumla üzləşilir, insanlar dirənişi məhz bu şərtlərdə daha ləyəqətlə göstərməli, hadisələrin nəzarətdən çıxmaması üçün hökumətə köməklik etməlidir. Kəsəsi, “evdə qal”ı bəyənməyənlər, əvəzində “gorda qal”ı seçəcəklər. Allahı sevərsiniz, ciddiləşin ki, virusu ciddiliyinizlə qorxudasınız!
Oxşar xəbərlər
16:07, Bu gün
17 ildir itkin sayılan SEPAH generalı ABŞ-də yaşayır, MKİ onu himayə edir - XÜSUSİ HESABAT + FOTO
16:04, Bu gün
Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”
15:55, Bu gün
Əfsanəvi tennisçi karyerasını başa vurur
15:52, Bu gün
Simonyan: “Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur”
15:50, Bu gün
"TikTok"la bağlı sorğu keçirildi - 74,9% məhdudiyyət tətbiqini istədi
15:45, Bu gün
"HƏMAS silahı yerə qoymağa hazırdır, amma bir şərti var" - "Associated Press"
15:41, Bu gün
Prezidentlərin Ağdama səfərindən MARAQLI FOTOLAR
15:38, Bu gün
Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."
15:36, Bu gün
Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar
15:34, Bu gün
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB
15:27, Bu gün
Aygün Kazımova 23 il sonra klipinə çəkilən aktyorla birlikdə - VİDEO
15:19, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB + FOTO
15:18, Bu gün
Bakı və Düşənbə arasında şəhərsalma və memarlıq sahəsində TƏCRÜBƏ MÜBADİLƏSİ
15:15, Bu gün
Rəsmi Moskvadan Ermənistanın parlament sədrinin anti-Rusiya ritorikasına münasibət - VİDEO
15:11, Bu gün
Anatoli Nikiforov: “Ermənistan ssenari üzrə hərəkət edir” - MÜSAHİBƏ
15:08, Bu gün
Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur” - VİDEO
15:04, Bu gün
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
15:00, Bu gün
BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
14:57, Bu gün
Mətbuat xidmətlərinin rəhbərləri üçün təlim keçirilir - FOTO
14:55, Bu gün
Bakının Şərq küçəsində iki ildir işıqfor işləmir - VİDEO
14:53, Bu gün
“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri AÇIQLANDI
14:50, Bu gün
Rasim Balayev məktəblilərlə görüşəcək
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:45, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB + FOTO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:40, Bu gün
Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər - FOTO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 16:10
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
24 Apr 2024 | 16:20
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
24 Apr 2024 | 17:53
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
24 Apr 2024 | 16:10
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
24 Apr 2024 | 16:20
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO