Xəbər lenti
07/04/2020 [22:33]:
Aygün Kazımova karantin günlərini belə keçirir - VİDEO
07/04/2020 [22:24]:
Sahil Babayev: "İşsiz övladların birdəfəlik ödəniş üçün müraciət hüququ var"
07/04/2020 [21:59]:
Bu şəxslərə koronavirusa görə birdəfəlik ödəmə verilməyəcək - RƏSMİ
07/04/2020 [21:55]:
Bu qasırğanı törətmək kimə və niyə lazım idi...
07/04/2020 [21:54]:
Putin: "Rusiyada hamı "virusoloq" olub"
07/04/2020 [21:53]:
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
07/04/2020 [21:49]:
Azərbaycanda əlilliyi olan şəxslərin əlillik müddəti uzadıldı - QƏRAR
07/04/2020 [21:46]:
Baş nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı QƏRAR
07/04/2020 [21:35]:
Sabah QHT Şurası yanında yaradılmış İctimai Qərargahın ilk iclası keçiriləcək
07/04/2020 [21:31]:
AY BƏRİ BAX, BƏRİ BAX...
07/04/2020 [21:30]:
Mingəçevirdə koronavirusla mübarizə tədbirləri fasiləsiz davam etdirilir
07/04/2020 [21:16]:
242 illik məşhur şirkət iflasa hazırlaşır
07/04/2020 [21:14]:
Türkiyədə koronavirusdan ölənlərin sayı 725 nəfərə çatıb
07/04/2020 [21:09]:
Cavad Zərif: "Trampın xeyriyyəçiliyinə ehtiyacımız yoxdur"
07/04/2020 [21:07]:
“Tramp İrana qarşı ölümcül ssenarilər işə salmaq istəyir”
07/04/2020 [21:04]:
Türkiyədə ana yatan uşağını boğub öldürdü
07/04/2020 [20:42]:
Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 5 479-a çatdı
07/04/2020 [20:34]:
İtaliyada pandemiya qurbanlarının sayı 17 mini ötdü
07/04/2020 [20:32]:
İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib
07/04/2020 [20:30]:
Koronavirus: Ümumbəşəri bəla, yoxsa Qarabağın azadlığı üçün fövqəlfürsət?
07/04/2020 [20:13]:
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
07/04/2020 [20:02]:
Nazirdən işdən öz ərizəsi ilə çıxanlara müjdə: "Onlara da işsizlikdən sığorta ödəniləcək”
07/04/2020 [19:58]:
Dünya iki gün sonrakı o görüşü gözləyir -OPEK-in toplantısında anlaşma olmazsa...
07/04/2020 [19:55]:
Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək
07/04/2020 [19:41]:
Nazir: “Sahibkarlar ixtisarlara yol verməyiblər”
07/04/2020 [19:33]:
Aprelin 15-nə qədər bütün pensiyalar veriləcək – Nazir
07/04/2020 [19:30]:
Komitə müəllimindən hamilə qalan şagird barədə Açıqlama yaydı
07/04/2020 [19:28]:
“Sanki sualtı qayıqdayıq, fəqət, üzə çıxanda nələrlə qarşılaşacağımızı bilmirik…”
07/04/2020 [19:27]:
Nadir Qafarzadə: "Hətta inək sağıram, dünən qatıq da çalmışdım"
07/04/2020 [19:26]:
“Tezliklə ölkəmiz dərman istehsalına da başlayacaq” -
07/04/2020 [19:23]:
DİQQƏT: İşsiz şəxslərin qeydiyyatı üçün günlər müəyyənləşdi
07/04/2020 [19:18]:
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə... - Azərbaycanda ŞOK
07/04/2020 [19:02]:
"Ona qədər maşınım yox idi, 32 kvadratmetrlik evdə qalırdım, özümə ev, maşın aldım..."
07/04/2020 [18:58]:
“Burda karantin rejiminə ciddi yanaşmırlar...”- Almaniyada sürücü işləyən həmyerlimiz...
07/04/2020 [18:51]:
Bəşəriyyət haqqında həbs qətimkan tədbiri seçildi... - SEYRAN SƏXAVƏT
07/04/2020 [18:48]:
"Başqalarını yoluxdurmaya görə 3 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur" - VİDEO
07/04/2020 [18:46]:
"Ən çətin dövr 2020-ci ilin payızıdır" - Ekstrasens Lamiyə İsmayılova
07/04/2020 [18:40]:
“Ən azı peyvənd çıxana qədər davam edəcəyi ehtimalı da var”
07/04/2020 [18:33]:
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
07/04/2020 [18:29]:
"Karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"
07/04/2020 [18:28]:
"Mətbuat hər hansı məmurun əlində təzyiq vasitəsi ola bilməz"
07/04/2020 [18:24]:
Gürcüstanda koronavirusdan ölənlərin sayı üç nəfərə çatdı
07/04/2020 [18:22]:
Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA
07/04/2020 [18:22]:
Nazirdən işsiz statusu olan şəxslərə ŞAD XƏBƏR
07/04/2020 [18:14]:
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
07/04/2020 [18:12]:
Sahil Babayevdən əmək müqaviləsiz işləyənlərlə bağlı MÜHÜM AÇIQLAMA
07/04/2020 [18:08]:
Vladimir Putin Boris Consona teleqram göndərib
07/04/2020 [18:06]:
Sahil Babayev: "Haqqı olan hər kəsə ödəniş olunacaq"
07/04/2020 [18:05]:
“8103” qısa nömrəsindən gələn razılıq SMS-ni saxtalaşdırdı - VİDEO
07/04/2020 [17:59]:
Sahil Babayevin mətbuat konfransı keçirilir - CANLI YAYIM
07/04/2020 [17:56]:
Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar
07/04/2020 [17:53]:
“Böyük aclıq dalğası gəlir, tez olun...” – Lukaşenkodan şok sözlər
07/04/2020 [17:51]:
47 yaşlı kişi 33 yaşlı qadına köşkdə təcavüz etdi – Bakıda şok olay
07/04/2020 [17:51]:
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
07/04/2020 [17:49]:
Reanimasiyada həkimlər koronavirusla belə mübarizə aparır - VİDEO
07/04/2020 [17:40]:
Prezidentdən koronavirusa görə altı mobil tipli xəstəxananın tikintisi ilə bağlı SƏRƏNCAM
07/04/2020 [17:32]:
Bu sərəncamda məhkumların cinayəti deyil, yaşları nəzərə alınıb – YAP-çı deputat
07/04/2020 [17:31]:
17 yaşlı oğlanı zorladı, sonra koronavirusa yoluxdurduğunu dedi
07/04/2020 [17:30]:
Türkiyədə hərbi zavodda partlayış baş verib, yaralananlar var
07/04/2020 [17:24]:
Kembric Universitetinin azərbaycanlı professoru: “Burada sürətli testlər hazırlayıb, mübarizə yollarını axtarırlar”
07/04/2020 [16:53]:
BMT-nin əməkdaşları koronavirusa yoluxdular
07/04/2020 [16:51]:
Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli...
07/04/2020 [16:41]:
Rusiyada karantin müddəti sentyabr ayına qədər uzadıla bilər... – Hökumət “stress testləri” hazırlayır
07/04/2020 [16:36]:
Azərbaycanda “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs tutuldu - VİDEO
07/04/2020 [16:20]:
"Möhtəkirləri insanların taleyindən çox öz cibləri maraqlandırır" - Vahid Əhmədov
07/04/2020 [16:14]:
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 76 yeni yoluxma - RƏSMİ
07/04/2020 [16:07]:
İranda daha 11 millət vəkili koronavirusa yoluxdu
07/04/2020 [16:04]:
Dağlıq Qarabağda taunun kökünü kəsən bakılı yəhudi - "İnsanlar ailəlikcə qırılırdılar...”
07/04/2020 [16:01]:
Laçının Mirik kəndindəki erməni koronavirusa yoluxub - Separatçı rejim nəhayət təsdiq etdi
07/04/2020 [16:00]:
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
07/04/2020 [15:59]:
"Möhtərəm Prezidentimizin növbəti əfv Sərəncamı humanist siyasətin əyani təzahürüdür" -Vüqar Rəhimzadə
07/04/2020 [15:58]:
Emin Ağalarov: “Gəlirimiz sıfıra düşüb, maaşları necə verək?”
07/04/2020 [15:54]:
TƏBİB qan donorlarına çağırış edib
07/04/2020 [15:51]:
İspaniyada anbardan iki milyon qutu maska oğurlandı - VİDEO
07/04/2020 [15:49]:
"Çox sağ olsunlar ki, onların yaşayış və digər çətinliklərini öz üzərlərinə götürüblər"
07/04/2020 [15:48]:
Dağlıq Qarabağda koronavirusa ilk yoluxma qeydə alındı
07/04/2020 [15:45]:
“Bu məlumatlar qorxu yaratmaq məqsədi daşıyır” - Səməd Seyidov
07/04/2020 [15:43]:
Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO
07/04/2020 [15:39]:
5-ci sinif şagirdi atasının telefonundan “8103”ə 90 dəfə SMS göndərib - FOTO
07/04/2020 [15:37]:
“Apteklərdə maska tapılmasa, heç bir hökumət olmayacaq!” – Prezidentdən koronavirus hədəsi
Bütün arxiv bir sırada
25/03/2020 [20:21] - Cəmiyyət - ( 1547 dəfə baxılıb)

Baş nazirdən bu xidmətlərlə bağlı MÜHÜM QƏRAR



Nazirlər Kabineti “Tibbi xidmətlərin göstərilməsi haqqında Müqavilə”nin Nümunəvi forması”nın təsdiq edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Müqavilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə tibb müəssisəsi ilə İcbari tibbi sığorta üzrə dövlət agentliyi arasında münasibətləri tənzimləyir.

Müqaviləyə əsasən, tibb müəssisəsi Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərməyi, Agentlik isə Qanunla müəyyən olunmuş qaydada sığorta ödənişini həyata keçirməyi öz öhdəsinə götürür.

Agentliyin hüquqları aşağıdakılardır:

- Müqavilənin sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin (bundan sonra - tibbi xidmətlər) göstərilməsi şərtlərinə riayət edilməsinə nəzarət etmək məqsədilə tibb müəssisəsində göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları almaq, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatların qorunmasını tələb etmək;

- Qanunda və Müqavilədə nəzərdə tutulmuş qaydada vəzifələrin tibb müəssisəsi tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi təqdirdə, göstərilmiş tibbi xidmətlərin dəyərini ödəməmək, qismən ödəmək və ya tibb müəssisəsindən ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb etmək;

- tibb müəssisəsinin təqsiri üzündən sığortaolunana vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək;

- Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə tibb müəssisəsində göstərilən tibbi xidmətlər barədə hesabatı tələb etmək.

Agentliyin vəzifələri aşağıdakılardır:

- tibbi xidmətlərə görə tibb müəssisəsinə Müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə sığorta ödənişini həyata keçirmək;

- sığortaolunanların səhhətinə dair məlumatların, həmçinin həkim sirri təşkil edən məlumatların mühafizəsini və məxfiliyini təmin etmək;

- sığortaolunanların icbari tibbi sığorta ilə bağlı hüquq və mənafelərini qorumaq;

- tibbi xidmətin həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarət etmək.

Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

- göstərilmiş tibbi xidmətə görə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə sığorta ödənişini Agentlikdən tələb etmək;

- Agentliyin Qanunda nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək;

- kütləvi informasiya vasitələrinə qanunvericiliklə qadağan olunmayan məlumatları təqdim etmək.

Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

- Qanunun və Müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara tibbi xidmətlər göstərmək;

- bu Müqavilənin şərtlərinə uyğun olaraq göstərilən tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlərin uçotunu aparmaq;

- sığortaolunanlara göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri barədə məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortaolunanlarla bağlı həkim sirri təşkil edən məlumatları Agentliyə vermək;

- sığortaolunanlara göstərilən tibbi xidmətlər barədə hesabatları Qanunda nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə təqdim etmək;

- ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək;

- həyata keçirilmiş sığorta əməliyyatlarına dair sənədləri, habelə belə əməliyyatlar üzrə elektron daşıyıcılarda olan məlumatları müvafiq hüquq münasibətlərinə xitam verildikdən sonra ən azı 5 (beş) il müddətində saxlamaq.

Qərarda qeyd olunub ki, tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişləri Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Xidmətlər zərfində nəzərdə tutulmuş ilkin səhiyyə xidməti üzrə sığorta ödənişi Qanunun 15-15.2-ci maddəsinə əsasən ilkin səhiyyə xidməti göstərən tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına uyğun ödənilir.

Təcili və təxirəsalınmaz tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişinin verilməsi qaydası Müqaviləyə əlavələr edilmək yolu ilə Tərəflər arasında razılaşdırılır. Şəxsə təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən göstərilən tibbi yardım “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən həyata keçirilir.

Tibb müəssisələri Agentlik tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üzrə göstərilmiş tibbi xidmətlər barədə bu Müqavilənin 4.6-cı bəndində nəzərdə tutulmuş qaydada Agentliyə elektron hesabat təqdim edirlər.

Elektron hesabat tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir.

Elektron hesabat Agentliyə təqdim edildikdən sonra 20 (iyirmi) gün müddətində Agentlik tərəfindən Qanunun 15-26-cı maddələrinə uyğun olaraq tibbi xidmətin tibbi-iqtisadi ekspertizası aparılır.

Ekspertiza nəticəsində aşkar olunmuş uyğunsuzluqlar və nöqsanlar aradan qaldırıldıqdan sonra tibb müəssisəsi tərəfindən yekun hesabat hazırlanır və tibb müəssisəsi rəhbərinin gücləndirilmiş elektron imzası ilə yenidən təsdiq olunur. Yekun elektron hesabat üzrə tibb müəssisəsi tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün akt hazırlanaraq Agentliyə təqdim edilir.

Aktın Agentliyə təqdim edildiyi gündən etibarən 5 (beş) iş günü müddətində sığorta ödənişi Agentlik tərəfindən həyata keçirilir.

Elektron hesabatın və aktın forması və təqdim edilməsi müddətləri Müqaviləyə əlavələr edilməsi yolu ilə Tərəflər arasında razılaşdırılır.

İlkin səhiyyə xidmətləri göstərən tibb müəssisəsi tərəfindən göstərilən tibbi xidmətlərə görə sığorta ödənişi tibb müəssisəsinə təhkim olunmuş əhali sayına əsasən hər ayın ilk 5 (beş) iş günü müddətində bank hesabına köçürülməklə həyata keçirilir.

Müqavilə hər iki Tərəf tərəfindən imzalandığı gündən qüvvəyə minir.

Müqaviləyə aşağıdakı hallarda xitam verilir:

Agentliyin Müqavilənin pozulmasına səbəb ola biləcək çatışmazlıqlar haqqında yazılı bildirişinə baxmayaraq, tibb müəssisəsinin təqdim edilmiş sənəd əsasında 30 (otuz) gün müddətində tədbir görməməsi;

- Tərəflərdən biri ləğv edildikdə;

- Tərəflərdən birinin təşəbbüsü ilə 1 (bir) ay əvvəl yazılı şəkildə məlumatlandırmaq şərtilə;

- tibb müəssisəsi tərəfindən öhdəliklərin Müqavilə üzrə 1 (bir) il ərzində beş dəfə tam və ya lazımi qaydada icra etmədikdə.

Bu halda Tərəflər ləğv edilməyə qədər yaranan bütün öhdəlikləri lazımi qaydada yerinə yetirir və göstərilmiş xidmətlər üzrə ödəniş tibb müəssisəsinin göstərdiyi xidmətə dair təqdim etdiyi təhviltəslim aktlarına uyğun surətdə həyata keçirilir. Müqavilənin müddəti Tərəflər arasında razılaşdırılır.

Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

Tibb müəssisəsinin təqsiri nəticəsində sığortaolunanın səhhətinə ziyan dəydikdə və ya ölümünə səbəb olduqda, Agentlik Qanuna müvafiq olaraq öz təşəbbüsü ilə və ya subroqasiya hüququna əsaslanaraq Agentliyə dəyən maddi ziyanın kompеnsasiyası iddiası ilə məhkəməyə müraciət edə bilər.

Müqavilə üzrə öhdəliklərin tam və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tibb müəssisəsinə tətbiq olunan dəbbə pulunun məbləği dəymiş zərərdən az olduqda, dəbbə pulundan artıq zərər tam məbləğdə ödənilir.

Müqaviləyə xitam verilməsi Tərəfləri Müqavilənin şərtlərinin pozulması ilə bağlı məsuliyyətdən azad etmir.

Müqavilənin müddəalarının şərhi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq aparılmalıdır.

Müqavilə üzrə aparılan tədqiqatların nəticələri, hesabatlar və tibb müəssisəsi tərəfindən hazırlanan digər sənədlər Agentliyin mülkiyyəti hesab olunur və onun sərəncamında qalır. Tibb müəssisəsi bu sənədlərin surətini özündə saxlaya bilər.

Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və qanunvericiliklə müəyyən edilmiş digər ödənişlərin aparılmasına məsuliyyət daşıyırlar.

Müqavilə Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur.

Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədə tərtib edilməklə, 1 (bir) nüsxəsi tibb müəssisəsində, digər nüsxəsi isə Agentlikdə saxlanılır.

Bu Müqavilə ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll edilir. Mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar məhkəmə qaydasında həll edilir.

Qanunvericiliyə və bu Müqavilənin şərtlərinə zidd olmamaq şərtilə Müqavilədə dəyişiklik edilə bilər. Müqavilədə dəyişiklik edilməsinə yalnız Tərəflərin qarşılıqlı razılığına əsasən yol verilir və hər iki Tərəfin imzası və möhürü ilə rəsmiləşdirilir. Həmin dəyişiklik Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.

Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
Bütün dünyanın gözlədiyi xəbər Çindən gəldi - 3 AY SONRA BİR İLK...
Millət vəkili aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı etdi - FOTOLAR
"Sizdən istəyim bu yazdıqlarımı Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə çatdırmağınızdır"
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Mədəniyyət
Azərbaycanın ilk rəngli və satirik jurnalı – Mətbuat tariximiz
Cəmiyyət
"Başqalarını yoluxdurmaya görə 3 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur" - VİDEO
Cəmiyyət
Bu sərəncamda məhkumların cinayəti deyil, yaşları nəzərə alınıb – YAP-çı deputat
Siyasət
“Müsəlmanları indiyə kimi düzgün tanımamışıq” - Türklərin yardım etdiyi kimsəsiz alman qocaları...
Gündəm
Qadağanı pozub qızla ilk görüşə çıxdı – koronavirusa yoluxdu...
Yazar
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Seymur Əliyev
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
İlham İsmayıl
KTMT Baş katibinin hər cümləsi Azərbaycana xəbərdarlıqdır...
Sultan Laçın
“Adamları XOFLANDIRAN koronavirus yox, STATİSTİKADIR...”
Həftənin ən çox oxunanları
Dünya bu xəbərdən çalxalanır: Koronavirusla bağlı gizli sənədlər yayıldı...
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Hökumət əhalinin 3 aylıq kommunal xərcini üzərinə götürdü - İBRƏTAMİZ...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247