Azərbaycanda internet üzərindən narkotik satan bandanın sensasion əməlləri
Oxunub: 1560
21 Mar 2020 | 11:37
Azərbaycanda internet üzərindən narkotik satan bandanın sensasion əməlləri
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunan mütəşəkkil dəstə üzvlərinin məhkəmə prosesi başlayıb. Lakin bu  mütəşəkkil qruplaşmanın işi narkotik alverinin getdikcə yayılmaqda olduğu ölkədə tez-tez ələ keçən digər cinayətkar qrupların işinə bənzəmir. Hazırda müttəhimlər kürsüsündə oturanlar sintektik tərkibli narkotik maddələr də daxil olmaqla geniş çeşiddə zəhərin internet üzərindən satışını təşkil ediblər. Dəstənin başçıları isə Türkiyədə oturub, oradan müntəzəm olaraq Azərbaycana “mal” göndəriblər. Nəhayət banda üzvləri polisin keçirdiyi uğurlu əməliyyatla yaxalanıblar.


Bandaya Ağayar Ağazadə, Orxan Ağayev, Natiq Şabıyev, Rüfət Babayev, Elçin Kərimov, Elvin Babayev, Zəka Şahbazov, Ziya Şahbazov, Elməddin Əliyev, Şamil Samilov, Rəşad Ağayev (“Baba”nın qardaşı), Arif Əliyev, Rəşad Məmmədov, Nahid Nəsirli, Pərvin Şabiyev, Aqşin Xasayev, Emin Tağıyev, Ramil Məmmədov, Rasim Hacıyev, Türkel Seyidov, Elvira Ağayeva (“Baba”nın anası) , Şəlalə Ağayeva (“Orxan XX” anası), Şahanə Ağayeva (“Orxan XX” bacısı) Türkiyə vətəndaşı Bayar Aslan,  Ayşən Tağıyeva, Kamran Abdulov, Zaur Şəbiyev daxildir.

Ağayar və əmisi oğlu Türkiyədə qruplaşma qurur...

Virtualaz.org-un xəbərinə görə, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları Ağayar Ağazadə və onun əmisi oğlu Orxan Ağayev narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib. Dəstə üzvləri “Baba” və “Orxan XX”nin tapşırıqları əsasında narkotik vasitə və psixotrop maddələri Bakı şəhərinin müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp”  mesajlaşma sistemi ilə dəstə rəhbərlərinə göndəriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində onların narkotik vasitələrin satışını həyata keçirdikləri sosial şəbəkə hesabları, aralarındakı gizli sövdələşmələrin səs yazıları  da müəyyən edilib.


Onlayn yolla narkotik sifariş verən adamlar pulu ödəmə terminalları vasitəsilə “Baba” və “Orxan XX”nin xaricdəki bank hesablarına köçürəndən sonra onlar narkotik vasitələri götürmələri üçün həmin yerlərin şəklini müştərilərə ötürüblər. Dəstə başçıları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsində isə Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarından istifadə ediblər. 


Həmçinin, araşdırma zamanı müəyyənləşdirilib ki, narkotik vasitələrin satışından əldə edilən külli miqdarda pul vəsaitləri dəstənin başçısı “Baba”nın anası Elvira Ağayevada cəmlənib. Daha sonra o, çoxsaylı bank kartlarından istifadə etməklə pul vəsaitlərini nağdlaşdıraraq həmin pulları Türkiyədə yaşayan oğluna göndərib.

Mütəşəkkil cinayətkar dəstə üzvlərinin yaşadıqları mənzillərə və Bakı şəhərində narkotik vasitələrin saxlanıldığı gizli yerlərə baxış keçirilən zamanı külli miqdarda narkotik vasitə və psixotrop maddələr, müxtəlif ölkərə məxsus mobil nömrələr, xeyli sayda bank kartları və sair sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvlərinin törətdikləri cinayətin təhlili zamanı müəyyən edilib ki, onlar əsasən qara bazarda “şüşə” adı ilə tanınan kimyəvi yolla əldə edilən metamfetaminin və digər narkotik vasitələrin satışını həyata keçiriblər.

 
“Əmimoğlu Türkiyədən Azərbaycana narkotik göndərirdi”


Təqsirləndirilən “Baba” ləqəbli Ağayar Ağazadə ifadəsində əmisioğlu Orxanın Türkiyədən narkotik və güclü təsir edən maddələr alıb Azərbaycana göndərməklə yaxşı pul qazandığını, bu səbəbdən də 2016-cı ildə Orxanın yanına “işləməyə” getdiyini göstərib. Əvvəllər Lənkəranda narkotik vasitələrin “zakladka” üsulu ilə satışını həyata keçirən “Baba”nın bu iş üzrə təcrübəsi olduğundan qısa müddətdə əmioğlular bir yerdə fəaliyyət göstərməyə başlayıblar: “Həmin vaxtlar Orxan İstanbulda narkotik maddələri alıb avtobus vasitəsilə kiminsə yükünün içində Azərbaycana göndərir, Bakıda müəyyən adamlar həmin malı qəbul edir, satışını həyata keçirirdilər”.

Uşaq oyuncaqları, uşaq yeməkləri arasında göndərilən “ağ ölüm”

Ailə üzvlərini Orxanın yanında maşın ustası işləyəcəyinə inandıran “Baba” İstanbulun “Bahçeşehir” şəhərciyinə - əmisioğlunun kirayə yaşadığı mənzilə üz tutub. Əmisioğlunun  “ağ ölüm” alveri ilə məşğul olan şəxslərdən aldığı müxtəlif çeşidli narkotik vasitələri – metamfetamini, kokaini, ekstazini və lirika həblərini qablaşdırıb Azərbaycana göndərib. Əvvəl bu işlər “karqo” xidməti vasitəsilə həyata keçirilib. Əsasən uşaq oyuncaqları, “Nesquik” uşaq yeməyi paketlərinin içərisinə yerləşdirilib, Azərbaycandan gələnlərdən xahiş ediblər ki, həmin yükü öz yükü ilə birgə aparsın, yaxın adam gəlib qarşılayacaq. Sonradan belə qərara gəliblər ki, malları təyyarə ilə göndərsinlər.

“Mallar”ın “zakladka” üsulu ilə satışı

Bir sözlə, Orxanın aldığı “malları” qablaşdıraraq qaçaqmalçılıq yolu ilə Azərbaycana göndərmək məsələsini “Baba” həll edib. Mal ünvana çatandan sonrasa “zakladka” üsulu ilə satdırılıb. “Baba”nın tapşırığı ilə Bakıda tanıdığı şəxslər malı təhvil götürüb, diqqət cəlb etməyən yerə qoyub, sonra şəkilin çəkib ona yollayıblar: “Mobil telefonda “WhatsApp” la şəkli çəkib göndərirdilər, mən də müştəriyə yerini deyirdim, müştəri də bankda olan hesaba pul ödəməklə narkotiki oradan götürürdü. Orxan narkotik vasitələri kürd mənşəli şəxslərdən alırdı. Bakıda “zakladka” nı həyata keçirənlərin qazancları olurdu. Həmyerlim Nahid Nəsirli narkotikin satışından əldə olunan pulları yığıb mənə göndəriridi. Nahidə üç ədəd plastik kart vermişdim, pul həmin kart hesablarına yığılırdı. Bir çox hallarda pulları universal pul terminalları, hər hansı bank vasitəsilə göndərir, şifrəni mənə deyir, mən də Türkiyədə qəbul edirdim”.

“Zibildaşıyanların 30 min manatlıq narkotiki daşıyıb atdıqlarını dedi, adam tutub Balaxanı zibilliyini eşələtdirdim”

“Baba”nın ifadəsinə inansaq, həmyerlisi Nahid bəzən onlara ziyan da vurub. Belə ki, narkotik qəbul edəndən sonra yalandan gah “mal”ın qoyulan ünvandan itdiyini, gah polis tərəfindən aşkarlandığını, gah da zibil daşıyanların bilmədən tulladıqlarını deyib: “Bir dəfə  30 min manatlıq metamfetamin, lirika, ekstazi göndərmişdim. Nahid həmin maddələri Neftçilər prospektində hansısa zibil qutusunun yanına qoyub sonradan mənə dedi ki, zibil daşıyanlar zibillə birgə daşıyıb aparıblar. Hətta Balaxanı zibilliyən adam göndərib oranı eşələtdirdim, amma tapılmadı. Başa düşdüm ki, Nahid göndərilən malları bəzi hallarda özü götürür və satıb pul qazanır. Amma yenə də pulların yığılmasını Nahid həll edirdi. O, mənim ən çox etibar etdiyim adam idi. 2018-ci ildə Nahid həbs olundu. Narkotikin satışı, pulların yığılması və göndərilməsində çətinlik yarandı”.

“20 min manatı anama çatdırmağı tapşırdım”

N.Nəsirlinin həbsindən sonra “zakladka” işi Rüfət Babayevə həvalə edilib. R.Babayevin daimi müştəri olması bu işlərin görülməsində elə də çətinlik yaratmayıb: “Rüfət özü metafetamin təşkil edə biləcəyini demişdi. Mən də bu işi görməyi ona həvalə etmişdim. Rüfət malı İrandan Bakıya Elçin adlı şəxsin gətizdirdiyini deyirdi. Bundan sonrakı müddətdə qramı 50 manatdan metafetamin təşkil edirdi. Eyni qayda ilə işləyirdik. Sonradan aramızda pul söhbəti oldu. Qardaşım Rəşad Ağayev həbs olunduqdan sonra Rüfətə dedim ki, onda olan 15 min manat pulu və karta köçürülən 5 min manatı anam Elviraya çatdırsın. Rüfət də öz qohumu vasitəsilə 20 min manatı anama çatdırmışdı. Sonradan Rüfət özü də polis əməkdaşları tərəfindən tutuldu”.

Narkotikdən gələn gəlir gecə həyatı ilə yanaşı həm də türmədəki məhbuslara xərclənib

“Baba”nın ifadəsinə görə, “zakladka” işinə baxanlara hər ay maaş qismində üç-dörd min manat pul verilib: “Tanımadığım, adlarını bilmədiyim bir çox şəxslər mənə “WhatsApp” a zəng vurur, öz istifadələri üçün narkotik alırdılar. Mən heç onların üzlərini də görməmişəm. Müştərilər nömrəmi məni tanıyanlardan əldə edib əlaqə saxlayırdılar. Pərvin Şabiyevi, Zaur Şabiyevi, Kamran Abdulovu, Natiq Şabıyevi əmim oğlu Orxanın əhatəsində olan şəxslər olub. Natiq Şabıyevi bir neçə dəfə Orxanın yanında görmüşəm. Natiq Orxana aid narkotik və psixotrop maddələrin satışından əldə olunan pulların toplanması və yönəldilməsi ilə məşğul olurdu. Bildiyimə görə toplanan pulları Bakıda kart hesablarından qohumları vasitəsilə nagdlaşdırırdı. Əmim oğlu Orxan bildiyimə görə narkotikin Azərbaycandakı satışından əldə olunan pulları öz adamları vasitəsilə anası Şəlalə Ağayevaya və bacısı Şahanə Ağayevaya çatdırıb. Mən özüm də qazandığım pulları Lənkərandakı qardaşım Rəşada göndərmişəm”.

“Narkotikdən əldə olunan pulları əmim oğlu da, mən də İstanbulda gecə həyatına, eyş-işrət məclislərinə xərcləmişik. Türkiyədə özümə “BMW M 3”markalı avtomobil almışdım, həmçinin Lənkəranda məscidin gümbəzinin təmirinə pul yollamışdım, bu dövr ərzində hər həftə Bakı İstintaq Təcridxanasındakı dustaqlar üçün müəyyən adamlar vasitəsilə 300 manat pul göndərmişəm”- “Baba” ifadəsində qeyd edib.

“Rusiyadakı dostlarım oyunun qaydalarını başa saldılar”

Təqsirləndirilən “Orxan XX” ləqəbli Orxan Ağayev ifadəsində 2006-cı ildən avtomobil alqı-satqısı ilə məşğul olduğunu deyib. O, müxtəlif banklarda girovda olan bir neçə avtomobili saxta məktub əsasında girovluqdan çıxarıb girovda olmayan avtomobil kimi başqa şəxslərə sataraq külli miqdarda pul ələ keçirib və bu üzdən Azərbaycanı tərk edərək xarici dövlətlərdən birinə getməyi qərara alıb. Bu məqsədlə əvvəl Ukraynaya gedib, bir müddət sonra Dubayda, daha sonrasa Türkiyədə yaşayıb. 2014-cü ildən etibarən dələduzluğa görə axtarışda olub.

“Orxan XX” ifadəsində göstərib ki, internetdə müxtəlif saytlara baxarkən əsasən Rusiyada narkotik vasitələrin “WhatsApp” la “zakladka” üsulu ilə satışını həyata keçirməyin, əldə olunan gəliri banka ödəməklə pul qazanmağın mümkün olduğunu öyrənib. Bu qaydanı tam öyrənmək üçün Rusiyada yaşayan “İvan” və “Qeşa” adlı tanışları ilə “Skype” ilə əlaqə saxlayıb, maraqlanıb.

Həmin şəxslər “oyunun qaydaları”nı ona başa salıblar.  Bundan sonra İstanbulda narkotiklərin kimlər tərəfindən satıldığı, qiymətlərin neçə olması barədə maraqlanmağa başlayıb. “Aksaray”da türk və kürd mənşəli olan şəxslərlə görüşüb: “Onlardan birinin adı Firat idi. Narkotik alveri ilə məşğul olmaq istədiyimi dedim. Malı alandan sonra Azərbaycana hansı qaydada göndərə biləcəyimi soruşdum. Həmin şəxslər çətin bir iş olmadığını, “karqo” vasitəsilə göndərə biləcəyimi dedilər. Əvvəlcə Firat ekstazi tapıb gətirdi. Həmin həbləri uşaq oyuncaqlarının içərisində yerləşdirib Azərbaycana göpndərdim. Bu cür işləməyə başladım”.

Əmioğluların qurduğu sistem ondan ibarət olub ki, bütün ödənişlər bank vasitəsilə həyata keçirilib və satılan məhsullar əlbəəl heç kimə verilməyib.

“Bizimlə işləyənləri “banditizm” əməkdaşları tutmuşdu”

“Orxan XX “ifadəsində narkotik vasitələrin hamısının dadına baxsa da aludəçisi olmadığını, heç siqaret belə çəkmədiyini deyib:”Əmim oğlu Ağayar Türkiyə gələndən sonra mənimlə bir yerdə qalırdı. Daimi olaraq narkotikdən istifadə edirdi. Özüm narkotiklərin hamısının dadına baxsam da, heç vaxt aludəçisi olmamışam. Ağayar mənim aldığım narkotik vasitələri qablaşdırmaqla və müxtəlif oyuncaqların, uşaq yeməklərinin içində yerləşdirməklə məşğul olurdu. 2018-ci ildə xəbər tutduq ki, bakılda “banditizm” əməkdaşları əməliyyat keçiriblər, bizim göndərdiyimiz narkotikləri müxtəlif yerlərə qoymaqla məşğul olan şəxsləri həbs ediblər. Tutulanlar – Nahid, Nurlan, Cahandar, Zəka, və Rüfət Ağayarın təlimatı ilə “zakladka” edən şəxslər idi. Onların içərisində hımyerlim Nahidi yaxşı tanımışam. Digərləri ilə əlaqəm olmayıb”.

Məhkəmə prosesi davam edir.

 
Oxşar xəbərlər
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 19:21
"Biz Rusiya xalqını qətlə yetirəcəyik" - "Xorasan İslam Dövləti"
27 Mar 2024 | 19:58
"Ukrayna üçün yeni şok olay": Podolyak Danilovun istefasını şərh edib
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 19:56
Bayramda aldığımız kiloları necə verək? – MÜTƏXƏSSİS AÇIQLADI
27 Mar 2024 | 18:52
Rusiya XİN: Bakı və İrəvan mübahisələri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməlidir