Dünən Bakı-Qazax yolunun
Hacıqabul rayonu Qarasu kəndindən keçən hissəsində dəhşətli yol qəzası
bar verib. Moderator.az-ın xəbərinə görə, qarşı-qarşıya gələn iki avtomobilin
toqquşması nəticəsində baş verən qəzada hər iki maşında olanlar ağır xəsarət
alıb. Yaralıları ərazidən keçən digər avtomobil sürücüləri əzilmiş maşından
çıxarıb. Səhiyyə Nazirliyinin 103 xidmətinə zənglər olsa da Təcili Tibbi Yardım
maşınları yaralıların köməyinə 1 saat sonra gəlib. Bu isə ağır vəziyyətdə
olanların durumunun da daha pisləşməsinə səbəb olub. yaralılardan bir nəfər ölüb, digər 3 nəfər isə yaralanıb.
Moderator.az-ın əməkdaşı
Hacıqabul Rayon Təcili Tibbi Yardım Stansiyası ilə əlaqə saxlayaraq gecikmənin
səbəbi ilə maraqlanıb. Stansiyadan saytımıza bildirib ki, onların xidmətində
olan Təcili Tibbi Yardım maşınları Sovet dövründən qalma olduqlarından
çağırışlara gecikirlər.
Stansiyanın həkimləri dəfələrlə
səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etsələr də heç bir nəticə olmadığını
deyiblər.
Adının çəkilməsini istəməyən
həkimlərdən biri onu da əlavə edib ki, tez-tez yol qəzalarının baş verdiyi bu
ərazidə onlar hadisə yerinə hər zaman gecikirlər. Çünki, avtomobilləri yüksək
sürətlə idarə etmək mümkün deyil. Səhiyyə Nazirliyi isə yaranmış bu duruma
laqeyiddir.
Moderator.az