İstirahət günü ölkə
ərazisində sərin hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a
verilən məlumata görə, avqustun 4-də Bakı və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən
yağmursuz olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi
əsəcək, axşama doğru arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 27-32
dərəcə isti olacaq.
Abşeron çimərliklərində
temperatur 24-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru
ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə
19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq.