Ana Vətən Partiyası Qəbələ rayon təşkilatının konfransı keçirilib.
Moderator.az-ın məlumatına görə, konfransdan öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində yerləşən abidəsinin önünə gül dəstəsi qoyublar.
Konfransın işində təşkilati məsələlərə baxılıb və Məmmədhüseynov Ramiz Yusif oğlu Qəbələ rayon təşkilatının sədri seçilib.
Konfransın gedişində Ana Vətən Partiyasının VI Qurultayına nümayəndələr seçilib.
Konfransın işində AVP Qadınlar Şurasının sədri Yeganə Hacıyeva və Mərkəzi Aparatın məsul işçisi Mikayıl İbrahimov iştirak ediblər.
Mikayıl İbrahimov çıxışında partiyanın tarixindən, partiyada gedən quruculuq işlərindən, partiyanın VI Qurultayına hazırlıq prosesindən, İlham Əliyevin prezident olduğu müddətdə Azərbaycanda gedən quruculuq işlərindən, dünya ölkələri arasındakı artan nüfuzundan bəhs ediblər.
Yeganə Hacıyeva Qəbələ rayon təşkilatı qadınlar şurasının sədrinə qarşıdan gələn prezident seçkilərində qadınların aktivlik göstərməsi üçün tövsiyələrini verib.
- FOTO" src="//old.moderator.az/fotobaza/original/264.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/265.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/266.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/267.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/268.jpg">