mso-ansi-language:AZ-LATIN">“Bu gün Rusiya vətəndaşlığından çıxmaq prosedurunu
sürətləndirmək üçün Moskvaya gedirəm. Bu, kifayət qədər uzun prosesdir və onu
sürətləndirmək üçün Moskvada olmağım həddindən artıq zəruridir”, - deyə Milli
Şuradan vahid namizəd Rüstəm İbrahimbəyov Turan-ın müxbiri ilə telefon
söhbətində bildirib.
O, qeyd edib ki, Bakıya yalnız ona görə gəlməyib
ki, hakimiyyət onu saxta cinayət işi ilə əlaqədar saxlaya bilərdi.
“Onlar məndən ölkəni tərk etməmək haqqında iltizam
ala və Rusiya vətəndaşlığından çıxma prosedurunu sürətləndirməyimə imkan
verməyə bilərdilər. İndi mən mövcud məsələləri yoluna qoymaq niyyətindəyəm,
bundan dərhal sonra Bakıya gələcəyəm”, - deyə o, qeyd edib.
İbrahimbəyov həmçinin Rusiya prezidentinin onun
Rusiya vətəndaşlığından çıxması haqqında müvafiq fərmanı artıq imzalaması
haqqında bu gün yayılmış məlumatları da təkzib edib.
Xatırladaq ki, Rusiya vətəndaşlığından imtinanın
səbəbi İbrahimbəyovun Azərbaycanda prezident seçkilərində iştirakıdır.
Azərbaycan konstitusiyasına görə, ikili vətəndaşlığı olan şəxsin seçkilərdə
iştirakına yol verilmir.