mso-ansi-language:AZ-LATIN">Müsavat başqanı İsa Qəmbər qarşıdan gələn seçkilərdə iştirak edəcək. Bununla bağlı qərar hələ ötən ilin dekabrında qəbul olunub və həm onun özü, həm də rəhbəri olduğu partiyanın üzvləri bu məsələdə israrlıdır”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı söyləyib.
Onun sözlərinə görə, Milli Şura müxalifətin indiyə qədər yaratdığı birliklər arasında ən uğursuz formatlardan biridir: “Milli Şurada təmsil olunan partiya liderləri bir-birinə düşmən gözü ilə baxırlar. Onlar müxtəlif dünyagörüşə malik olan və fərqli dairələrə çalışan insanlardır və bir araya gəlmələri, seçkilərə vahid namizədlə qatılması istisna olunur. Sadəcə guya müxalifət birləşdi deyə, Milli Şuranı yaratdılar. Artıq seçkilər yaxınlaşır və onlar əsl simalarını ortaya qoyurlar. Şura daxilində baş qaldıran narazılıqlar, partiya liderlərinin qarşılıqlı ittihamları əminliklə söyləməyə əsas yaradır ki, Milli Şura qısa müddətə dağılacaq və Rüstəm İbrahimbəyov vahid namizəd olmayacaq. Onu nə Müsavat başqanı İsa Qəmbər, nə də digər partiya liderləri müdafiə etməyəcək”.
Azərbaycan müxalifətinin seçkilərdə heç bir şansı olmadığını deyən AVP sədri bildirdi ki, onlar bu dəfə də ciddi məğlubiyyətə uğrayacaq: “Bu gün özünü aparıcı müxalifət liderləri adlandıran şəxslər 20 ildir müxalifətdə olsalar da, indiyə qədər keçirilən heç bir seçkidə uğur qazana bilməyiblər. Bu dəfə də belə olacaq. Çünki Azərbaycan cəmiyyəti bu “lider”ləri yaxşı tanıyır, onların hansı dəyərlərə sahib olduğunu gözəl bilir. Məhz elə bu səbəbdəndir ki, birlikdə keçirdikləri aksiyalara yüz adam belə qatılmır. Siyasət onlar üçün ciddi fəaliyyət yox, mənasız məşğuliyyət növüdü