Xomeyni Qorbaçova yazırdı: ”Səni devirəcəklər və yeni sərhədlər cızılacaq...” + MARAQLI...
Araşdırma
Oxunub: 7004
12 Mar 2020 | 11:26
Xomeyni Qorbaçova yazırdı:  ”Səni devirəcəklər və yeni sərhədlər cızılacaq...” + MARAQLI...
Moderator.az bir aya yaxındır ki, dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayıb. 

İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışdıq. Ondan sonra Mustafa Kamal Atatarük və Bülent Ecevitin ömür yoluna qısaca ekskurs etdik. Ardından Bosniya müsəlmanlarının qatili, 8372 günahsız müsəlmanın cəlladı, sonradan Haaqa Məhkəməsində məhşər ayağına çəkilən Radovan Karaciçin çoxlarına naməlum xarakteristikasını oxuculara təqdim etdik. Daha sonra Fransanın milli iftixarı hesab olunan əfsanəvi general, prezident Şarl De Qollun ömür yolunu və yaradıcılığını Moderator.az oxucularına təqdim etdik. İndi isə təqdimat növbəsi İran İslam İnqilabının lideri Ayətullah İmam Xomeyniyə çatdı:

Əvvəlini bu linkdən oxumaq olar: //www.moderator.az/news/314699.html

Ayətullah Ruhullah Mustafavi Musəvi Xomeyni və yaxud sadəcə Ayətullah Xomeyni. Qocaman Pəhləvilər sülaləsinin idarəçilik sistemini dağıdan, şahlıq xanədanını devirən İran İslam Respublikasının qurucusu. Müəllim, alim, şair, filosof, inqilabçı, siyasətçi və dini lider. 

Ayətullah Xomeyninin doğum tarixinin dəqiqliyinə şübhə ilə yanaşanlar olsa da, əksər İran və Avropa mənbəsi onun bioqrafiyasında heç bir nöqsanın olmadığını qeyd edirlər. O, 1902-ci ilin 24 sentyabrında Xomeyn şəhərində Seyid Mustafanın ailəsində dünyaya göz açıb. Uşaqlığı ağır keçib, 5 yaşında atasını, 15 yaşına yenicə qədəm qoyduğu il isə anasını itirib. Uşaqlığı və gəncliyi elmə meylli, kitabsevər bir mühitdə keçib. Təhsilə gedən yolda ona maneə olmadığına görə kiçik yaşından yazıb-oxumağı öyrənib. 

Bu istedadlı yeniyetmə dini elmlərə, klassik ədəbiyyata, xüsusilə də ərəb dilini öyrənməyə çox böyük həvəs göstərir və tezliklə klassik Şərq poeziyasını, məntiqi, şəriət qanunlarını, fiqhi, üsulu, eləcə də başda islam olmaqla bütün səmavi dinlərin konsepsiyasını, nəzəriyyəsini, təfsirlərini öyrənməyə, araşdırmağa, biliyini daha da artırmağa başlayır. Məhz elə bu səbəbdən də hazırlıqlı Ruhullah 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə yollananda orada çətinlik çəkmədən təhsilini davam etdirə bilir. Mədrəsə təhsili ilə kifayətlənməyən gənc Xomeyni daha sonra dini biliklərini təkmilləşdirməkdən ötrü ələvilərin islam akademiyası adlandırdığı Qum şəhərinə yollanaraq orada fəaliyyət göstərən, statusuna görə ali təhsil ocağı hesab edilən Elmiyyə Mədrəsəsinə qəbul edilir. Təhsil aldığı dövrdə uğurlu bir tələbə kimi diqqəti cəlb edən Xomeyni bu məktəbin ictihad, yəni müctəhidlik dərəcəsinə layiq görülür. Qumda bu mədrəsə məzununa  müəllim kimi fəaliyyətini davam etdirmək tövsiyə olunur.

TƏLƏBƏ, MÜƏLLİM VƏ İNQİLABÇI

Müəllim olsa da hər zaman özünü tələbə kimi hiss etdiyini söyləyən Xomeyni müəllim fəaliyyətinə 1920-ci illərdən başlayıb. Fəlsəfədən, məntiqdən, bəzi dini fənlərdən, eləcə də təhzibi-nəfsdən dərs deyib. Artıq  inqilab əhval-ruhiyyəsi yaşayan İranda şah idarə-üsuluna qarşı müxalif olanların fəallığı get-gedə artmağa başlayırdı, qiyamçı, sosial toplum içərisində Pəhləvi sülaləsindən qurtulmağa səsləyən hər bir şəxs xalqın sevimlisinə çevrilirdi. Şah zülmünə müqavimət göstərənlər, siyasi hərəkatı dəstəkləyənlər sırasında gənc dinçi Ruhullah Musəvi Xomeyni də var idi. Məhz bu ərəfələrdə siyasi hərəkata qoşulan, din qardaşlarının sırasında olmağı özünə borc bilən Xomeyni müstəbidin əleyhinə çıxan şəxslərlə tezliklə əlaqə qurub bu yolda canını fəda edəcəyinə and içir. Qəribə səslənsə də, onun siyasi karyerasının başlanğıc tarixini iyirminci illərdən deyil, məhz 1937-ci ildən qeyd edirlər. 1937-ci ildə Nəcəfdə yaradılan “Müsəlman qardaşlar” təşkilatının əsas üzvü kimi fəaliyyətə başlayan Xomeyni tezliklə bu təşkilatın böyüyüb gücləndirilməsinə, təşkilati işlərə yaxından dəstək verir, sayılıb-seçilən liderlərdən birinə çevrilir. 

Ekspertlər, bəzi iranşünaslar din xadimi Xomeyninin siyasətçi Xomeyni kimi tanınmasını və İran ictimaiyyətində inqilabçı lider kimi özünü təsdiq etməsini 1958-ci il hadisələri ilə əlaqələndirirlər. Uzun illər ötməsinə baxmayaraq siyasi islahatlara getməyən, zor gücünə müxalifəti susduran, Amerika və Avropanın siyasi dairələrində dəstəklənən Şah Rza Pəhləvi hökumətinin xalqa etinasız münasibəti, 1958-ci ildə qəbul etdiyi 6 maddəlik qanun, İranın əyalət və vilayətlərində cəmiyyətlərin qurulması qaydalarına dəyişiklər böyük etiraz doğuraraq hakimiyyətlə müxalifətin siyasi savaşını yenidən qızışdırır. Bu mübarizənin qanlı nəticəsi kimi məhz 1961-ci ilin 5 iyun hadisələri, şah əsgərinin gülləsindən həlak olan tələbə qızın bağırdığı kimi “qara-qırmızı gün” qırğını baş verir. 

Ciddi etirazlara məhəl qoymayan şahı lənətləyən Xomeyni hakimiyyət əleyhinə çağırışlara və sərt nitqinə görə həbs edilib Tehran yaxınlığında zindana atılır. Hakimiyyətə satılmayan, işgəncələrdən sınmayan, hər zaman olduğu kimi təqib və təzyiqlərdən geri çəkilməyən Xomeynini İran cəmiyyətindən, siyasi proseslərdən təcrid etmək qərarına gələn rejim, nəhayət, onu ölkədən sürgün edir.  

SÜRGÜN

1965-ci ilin 4 noyabr gecəsi Pəhləvi rejimi Ruhullah Xomeyninin artan nüfuzundan çəkindiyinə görə onu qonşu müsəlman ölkəsinə - Türkiyəyə sürgün edir. Burada çox qala bilməyən Xomeyniyə Türkiyə hakimiyyəti başqa ölkə ərazisinə keçməyi məsləhət görür. Xomeyni öncə İraqa - Nəcəf şəhərinə yollanır, lakin burada da ciddi problemlər yaşamalı olur. İran hökuməti təkidlə İraq dövlətindən Xomeynidən imtina etməsini, onun İraqdan çıxarılmasını istəyir. İraq dövləti müxalif liderin təhlükəsizliyi arqumentini əsas gətirərək onu İraq ərazisini tərk etməyə çağırır. İslam inqilabının liderinə çevriləcək Ayətullah Xomeyni Avropaya üz tutmalı olur. Fransadan siyasi sığınacaq alan iranlı lider Paris yaxınlığındakı Nof-le-Şato şəhərciyində xüsusi mühafizə altında yaşayır. Ehtimallara görə, Pəhləvi hakimiyyəti dəfələrlə çalışsa da, onu Fransa ərazisində fiziki cəhətdən məhv edə bilmir.

QƏLƏBƏ 

Pəhləvilər sülaləsinin qəniminə çevrilən mühacir lider 1979-cu ildə şah rejiminin devrilməsinə nail olur. Ayətulah Xomeyni vətənə artıq İranın lideri kimi dönür. O, yeni bir quruluşun təməlinin qoyulduğunu bəyan edir və şəriət qanunları ilə idarə olunan parlament respublikası yaranır. 

Sağlığında canlı əfsanəyə çevrilən, çevrəsində kamil bir din adamı təsəvvürü yaradan Ayətullah-Üzma sirlərlə dolu bir şəxsiyyət kimi tanınır, onun barəsində çoxlu maraqlı hekayətlər, xatirələr var. 

Onu ölkəsində məşhur edən hadisələrdən biri də 1940-cı illərdə baş verib. İran şahı Məhəmməd Rza Pəhləvi uzun danışıqlardan sonra 1946-cı ildə beş din xadimi ilə görüşə razılıq verir. Din xadimi, üsyankar Xomeyninin müəllimi Ayətullah Cərdi söhbətdə iştirak edəcək şəxslərin ağsaqqalı, nümayəndə heyətinin başçısı seçilir. Görüş vaxtı yetişir və içəri girən Rza şah qonaqların ayağa qalxmadığını görüncə pərt olur, öncə Xomeyninin “Mən zalım önündə ayağa durmayacam” sözləri dindarları çıxılmaz vəziyyətə saldığından hamı çaşır, elə bu zaman Ayətullah Cərdi nümayəndə heyətinin rəhbəri kimi ayağa qalxıb hökmlə dillənir: “Ayağa qalxın!” və görüş başlayır. 

Bundan sonra onu yaxından tanımaq istəyən İran şahı təklikdə Xomeyni ilə də görüş keçirir. İran şahı onunla ölkənin ictimai-siyasi problemləri barədə xeyli söhbət edir. Beləliklə, siyasi arenada özünü bir daha təsdiq edən Xomeyni 27 yaşında ölkənin ən nüfuzlu müxalifət liderləri sırasına düşür. Tezliklə o, ölkəsində, xüsusilə də dini toplum içərisində məşhurlaşan ən gənc müctəhidə çevrilir. 

AYƏTULLAH-ÜZMANIN ZƏFƏRİ VƏ HAKİMİYYƏTİ

Xomeyni 49 yaşında ayətullah dini rütbəsinə, 61 yaşında isə ayətullah-üzma tituluna layiq görülüb. Bütün fəaliyyəti boyu inqilab işi uğrunda mübarizə aparan, daima şah rejimini cəmiyyətin səsi ilə qınağa çəkən siyasətçi, natiq, filosof, şair, İran İslam Cümhuriyyətinin qurucusu və hamının “İmam“ deyə müraciət etdiyi Ayətullah Xomeyni 14 illik ayrılıqdan sonra Fransadan yeni bir ölkəyə, şah rejimi olmayan islam dövləti İrana dönür. 

Yanvarın 1-də öz ölkəsində lider  kimi qarşılanan bu siyasi və dini xadim 3 yanvar qırğınının da şahidi olur, ancaq “təmizləmə“ əməliyyatları səngimir. Onlarla şəxs həbs edilir, yaxud da edam olunurdu. Artıq gec idi. Kommunistlər, demokratlar və xalqı, dövləti basqıda saxlamaq istəyən xarici qüvvələr də uduzmuşdu. Amerika səfirliyinə edilən hücum və girovlarla bağlı qalmaqal isə qatı islamçı bir sistemin bərqərar olmasından xəbər verirdi. ABŞ və Sovet İttifaqının bölgədəki marağı, aparılan informasiya savaşları fonunda ordu generalları İran şahını sərt tədbirlər görməyə tələsdirmək istəsələr də Xomeyninin qələbəsi bütün xarici və daxili qüvvələrin planını alt-üst etdi. 

Fevral ayının 11-də televiziya ilə birbaşa yayımda Ayətullah Xomeyni özünü İran İslam Respublikasının ali dini lideri, dövlət başçısı elan etdi. Şaha xəyanət edən, Xomeyni iqtidarından təkidlə baş nazir postunu almaq istəyən saray məmuru Bəni Sədrinin isə bu ərəfədə islamçılarla işləyə bilməyəcəyini anlayıb kimsəyə xəbər etmədən arvad paltarında ölkədən qaçması xəbəri İran boyu yayılıb lətifəyə çevrilmişdi. 

Tezliklə dövlət strukturlarını formalaşdıran, şahın tərəfdarlarını hakimiyyətdən təmizləyən islam hökuməti Xomeyninin tövsiyəsi ilə artıq dost və düşmən ölkələr tezisindən çıxış edib bəyanatlar səsləndirməyə başlayır. ABŞ, SSRİ, İsrail düşmən elan edilir. Sonralar böyük bir müharibə ilə də sınağa çəkilən İran Xomeyninin rəhbərliyi ilə İraqla savaşda səkkiz illik dəyanət nümayiş etdirir. 

Onun siyasi karyerasında maraqlı faktlardan biri də SSRİ-də yenicə hakimiyyətə gələn Mixail Qorbaçova yazdığı məktubdur. Bu məxfi  məktubdan bəzi çıxarışlar mətbuata da sızdırılıb və Xomeyni yazdıqları ilə çoxlarını təəccübləndirməyi bacarıb. Xomeyni Qorbaçova yazırdı: ”...Səni devirəcəklər. Onların hakimiyyəti isə bir gün yaşayacaq... Yeni sərhədlər cızılacaq...”

Fransanın eks-prezidenti Valeri Destenin islamçı lider haqqında söylədiyi fikirləri heyrətsiz oxumaq olmur. Xomeyni barədə söz açan fransız siyasətçi söyləmişdi: “1974-1981-ci illərdə, mən Fransa prezidenti olduğum dövrdə Xomeyni ölkəmizdə siyasi mühacir həyatı yaşayırdı. Mən heç vaxt bu iranlı dini liderə ölkəmizdə sığınacaq verdiyimizə görə peşmanlıq keçirməmişəm, əksinə, təəssüf edirəm ki, zamanında Fransa ərazisində islam dünyasının böyük bir aliminin yaşadığının fərqinə varmamışam”. 

ŞAİR XOMEYNİ

1980-cı ildə Ayətullah Xomeyni ağır xəstələnir. İlk infarktdan sonra onu öz istəyi ilə Şəhid Həsən küçəsindəki ikiotaqlı mənzilinə gətirirlər. Bu sadə mənzildə az şey vardı: xalça, islam dininin müqəddəs kitabı “Quran”, radio və dini liderin heç vaxt xoşlamadığı telefon aparatı. 

Ayətullah Xomeyni həmişə göz-gözə danışmağı sevərmiş və hesab edərmiş ki, insanlarla canlı ünsiyyətdə olanda niyyətlər də tez anlaşılır, telefon isə üzü göstərmir, eləcə səsi ötürür. Nəhayət, xəstəlik səhhətə güc gəlir və sonuncu ürək tutmasından sonra, 1989-cu ilin 4 iyununda İran İslam Respublikasının banisi 86 yaşında vəfat edir.

Seyid Ruhullah Mustafavi Musəvi Xomeyninin ədəbi irsinə sağlığında qoyulan qadağa (yazdıqlarının çapını özü istəməyib) onun ölümündən sonra götürülüb. Xomeyni tək dini-siyasi lider yox, həm də şair, filosof, islam mövzusunda yazılmış elmi, fəlsəfi əsərlərin, məqalələrin müəllifidir. 

Xomeyni poeziyasında özgə rəng yoxdur. Hər söz, hər misra islam təfəkkürünün məhsuludur. İslam onun yaradıcılığının, bütün şeirlərinin, qəzəllərinin, rübailərinin ovqatıdır. Tanrı eşqi, nigaranlıq, bəyaz işıq. Şair kimi Ayətullah Xomeyni bütün varlığı ilə islam əqidəsini, dini dəyərləri ömür mənası ilə vəhdətə gətirən müdrik bir Allah aşiqi kimi görünür. İlahi eşqin axarından süzülən sözə güvənən müəllif həyatın maddi puçluğunu anladığından, ruhlar dünyasındakı taxtını gözlədiyini yazır, içindəki işığa güvənib qurduğu mənəvi ağ saraya gedən yolun yolçusu olduğunu dilə gətirir. Xomeyni gələcəyini Allahında görən, taleyinə əlavə edə bilməyən ixtiyarsız mömin kimi özünü təqdim edir. Hərdən nadanlardan bezib tənhalığa üz tutan şair vəfasız insanlardan incidiyini də söyləyir:

Hiyləgərlər bu cahanda nə sevir, bixəbərik,
Müstəqil fikri olanlar nə çəkir, bixəbərik...

Azərbaycanda Xomeyninin yaradıcılığı geniş araşdırma mövzusu olmasa da şərqşünas alim Mübariz Əlizadə sağlığında islam inqilabı rəhbərinin yazdıqlarından bəzi çevirmələr etmişdi və biz bu tərcümədə Ayətullah Xomeyninin rübailərini təqdim edirik:

***

Ya Rəbb, məni var-yoxun atanlardan et!
Lütf eylə, könül əziz tutanlardan et!
Qurtar məni xanəgəhdən, həm mədrəsədən,
Məcnun kimi qəlbi yol tutanlardan et!

***

Qibləmdi qaşın tacı, namazım onadır,
Könlümdə adın, razü-niyazım onadır.
Hacət, gözümü iki cahandan çəkərəm,
Göz vursan əgər mənə, niyazım onadır.

***

Əfsus, keçib getdi cavan günlərimiz,
Fani bu cahanda olmadı xoş dəmimiz.
Dünya nə üçünmüş, hələlik gizli qalır,
Bir ömrü güman ilə başa vurduq biz.

Oqtay QORÇU 
Oxşar xəbərlər
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir