Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Atletika üzrə Milli komandası Fransanın Lyon şəhərində atletika üzrə dünya çempionatında iştirak edib. 9 nəfər idmançımız iyul ayının 16 - da Tibbi təsnifatı keçərək Dünya Çempionatında yarışlara qatılıblar.
İlk olaraq Atletikanın disk atma idman növü ilə məşğul olan Samir Nəbiyev 45.77 metr nəticə göstərərək gümüş medal qazanıb.
İyul ayının 26 ”“ da idmançılarımız Osmanov Rza və Əliyev Kamil çıxış edərək, növbəti medalları qazanıb. Osmanov Rza 6.88 metr nəticə göstərərək bürünc, Əliyev Kamil isə 6.99 metr tullanaraq gümüş medal qazanıb.
Növbəti medal iyul ayının 27 - də üçtəkanla tullanma idman növündə Vladimir Zayets tərəfindən qazanılıb.O, 15.30 metr nəticə ilə yeni dünya çempionatının rekordunu təzələyərək dünya çempionu olub. Beləliklə idmançılarımız 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.
Qeyd edək ki, Dünya Çempionatında 85 ölkə iştirak edib. Komandamız bu siyahıda qazandıqları nailiyyətlərə görə ölkələr siyahısında 30 - cu yerə yüksəlib.