"Ölü vücudumu incitməyəcəyinizə söz verin, axı bu hamının gedəcəyi yoldur" - VƏSİYYƏT...
Oxunub: 4967
11 Mar 2020 | 13:22
Moderator.az bir aya yaxındır ki, dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayıb. 

İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışdıq. Ondan sonra Mustafa Kamal Atatarük və Bülent Ecevitin ömür yoluna qısaca ekskurs etdik. Ardından Bosniya müsəlmanlarının qatili, 8372 günahsız müsəlmanın cəlladı, sonradan Haaqa Məhkəməsində məhşər ayağına çəkilən Radovan Karaciçin çoxlarına naməlum xarakteristikasını oxuculara təqdim etdik. İndi isə növbə Fransanın milli iftixarı hesab olunan əfsanəvi general, prezident Şarl De Qollun ömür yolunu və yaradıcılığını Moderator.az oxucularına təqdim edirik:

Əvvəlini bu linkdən oxumaq olar: //www.moderator.az/news/314444.html

QƏHRƏMAN

Bu ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına, arxitekturasına orijinallıq, yenilik gətirən, təfəkkür, xarizma formalaşdıran nə varsa Zəfər Tağı tək müstəqillik, böyüklük, şərəf simvoluna çevrilmişdi. Ölkəsinin yaşadığı ən ağır illərin şahidi general Şarl de Qoll bütün qüruru ilə çökməyən, sınmayan Fransanın, fransız xalqının arasından gəlib keçə-keçə soydaşlarını sevindirən kəlmələri minlərlə əsgərin, zabitin, partizanın dilindən əhaliyə eşitdirirdi: “Qələbə bizim olacaq”.

Neçə-neçə ağır müharibədən çıxıb Fransa, dəfələrlə bu ölkəyə hücum olub, zaman-zaman imperiya Fransası da dünyaya meydan oxuyub, fateh iddiasından əl çəkməyib, ancaq heç zaman adlı-sanlı sərkərdələri əskilməyib, çünki onlar döyüşməyi və qorunmağı həmişə bacarıblar.

XX əsrin fransız savaşçıları. Və lider. Milli Müqavimət Hərəkatının qurucusu Şarl de Qollu Fransa tarixinin bəlkə də ən ağır illərinin sərkərdəsi adlandırmaq olar. İkinci Cahan savaşının başlandığı gündən bütün Avropa kimi Fransa da silaha sarıldı, amma bu hələ mübarizə deyil, sadəcə pərakəndə kütlənin zəif müqaviməti idi, çünki ölkə satqın Vişi hökumətinin idarəçiliyi altına keçmişdi. Fransa bayrağı paytaxtdan endirilmişdi, hər yanda Hitler

Almaniyasının bayrağı dalğalanırdı. Parisin küçələrində qalib kimi gəzişən alman zabitlər, əsgərlər bütün günü sərxoşluq edir, oxuyur, fransız qadınları alçalda-alçalda onlarla istədikləri kimi əylənirdilər. Faşist svastikalarının Fransanı kabus təki izlədiyi bir zamanda qəfil meydana çıxan xalq hərəkatı, Qollun rəhbərlik etdiyi partizan dəstələri hazırlıqlı alman ordusunun qəniminə çevirilmişdi. Xalq savaşını qızışdıran, xalqının içində əli silah tutanları arxasınca aparan, ölkə boyu məşhurlaşan de Qolla ləqəb də tapdılar: “Fransız Robin Qud”. Və Fransa istiqlalına doğru yenidən dirçəlməyə başladı. Xalq yavaş-yavaş nəyə qadir olduğunu anlayır, qayıdan əzəməti uğrunda öz partizanlarına yardıma qoşulurdu. Onu hamı möcüzə adlandırırdı, fransızlar fəxrlə deyirdilər: “Bizim Hüqo, Napoleon, Janna d’Arkımız var idi, Şarl de Qoll tariximizi təklənməyə qoymadı”.

SAVAŞ USTASI

Həmişə çoxlu düşmənləri və unudulmaz dostları olan, heç zaman özünü yaxşı və mülayim adam hesab etməyən Müqavimət Hərəkatının lideri Şarl Jozef Mari de Qoll 1890-cı ilin 22 noyabrında Lili şəhərində doğulub. Atasının dərs dediyi kollecdə təhsilini bitirdikdən sonra Sen-Suredə hərbi məktəbə qəbul olan Şarl elə həmin məktəbin məzun kursantı kimi Birinci Dünya müharibəsində iştirak etmək üçün orduya yollanıb.

İlk gündən hazırlığı nəzərə alınan bu gənc xüsusi tapşırıqla birbaşa ön cəbhəyə göndərilir və tezliklə iştirak etdiyi döyüşlərdə dəfələrlə fərqlənir. Müharibə illərində üç dəfə yaralanan və növbəti hərbi əməliyyatda uğursuzluğa düçar olan gənc Şarl de Qoll Verden adlanan ərazidə əsir düşür. Bir müddət onu hərbi dustaqların saxlandığı yerdə, ağır şəraitdə əsir saxlayırlar, ona hər gün işgəncə verirlər. Nəhayət, de Qoll əsir yoldaşlarını inandırıb onlarla düşərgədən qaça bilir, lakin bundan tez xəbər tutan həbsxana nəzarətçiləri qaçan əsirləri təqib edib ələ keçirirlər. Az ötməmiş bu əzablar sona yetir, tərəflərin razılığı ilə əsirlər dəyişdirilir.

Birinci Dünya müharibəsi bitəndən bir neçə ay sonra vətəninə dönən döyüşçü Qoll Ali Hərbi Məktəbə daxil olmaq üçün hazırlaşıb imtahan verir və məktəbin müdavimi olur. Burada oxuduğu illərdə xeyli nəzəri bilik, təcrübə toplayan Qoll məktəb rəhbərliyinin diqqətini cəlb etdiyindən ona buraxılış günü Ali Hərbi Məktəbin tarixində heç zaman baş verməyən təklif edilir, buraxılışa gələn məzuna məktəbdə müəllim işləmək təklifi verilir və Şarl de Qoll pedaqoji fəaliyyətə başlayır. Beləcə illər ötür, hərbi müəllim və ordu polkovniki Şarl de Qoll 1940-cı ildə briqada generalı rütbəsinə yüksəlir.

“VAHİMƏYƏ DÜŞMƏYİN, VAHİMƏ GECƏ KİMİDİR, HƏMİŞƏ GECƏ OLMUR Kİ?”

Faşist Almaniyasının hücumları dünyada dəhşətli bir iblis vahiməsi yaratmışdı. Ağlasığmaz xaos yaşanırdı və belə bir ağır vəziyyətdə fransız partizanlar qüruru tapdanan dövlətin müdafiəsinə qalxdılar. Sayı get-gedə çoxalan vətənpərvərlərin hərəkatı bütün Fransanın dəstəyini qazandı, silahlı dəstələr bir neçə istiqamətdə almanlara qarşı hücum planı qurub hərəkətə keçdilər. Fransanın daxilində və sərhədlərində qanlı döyüşlər gedirdi. Müqavimət Hərəkatı böyük çətinliklərlə üzləşirdi, aramsız itkilər onları xeyli zəiflədirdi, hərbi hazırlığı, ərzaq təminatı mükəmməl olmayan Qollun sadiq əsgərləri, partizan silahdaşları xüsusi hazırlıqlı, mobil alman ordusu ilə üz-üzə gələndə tez-tez uğursuzluğa düçar olurdu.

Belə bir vəziyyətdə satqın Vişe hökumətindən aldıqları zərbələr, Fransanın İtaliya ilə sərhədində faşist Mussolininin polislərinin, əsgərlərinin onlara qarşı etdikləri, amansız təqiblər fransız partizanları çətin duruma salsa da Qollun ordusu bir an durmur, hər gün düşmənə cavab zərbələri endirirdi. Tezliklə dirçələn Fransa Milli Müqavimət Hərəkatı tək Fransada deyil, İtaliyadan da hərbi və maddi dəstək almağı bacardı.

Müqavimət Hərəkatı liderinin yenidən topladığı və əsgər sayının xeyli artdığı partizan ordusu özünü toplayıb faşistlərə ardı-arda ağır zərbələr endirdi. İşğalçıların qəniminə çevrilən partizanlar 1943-cü ilə qədər Fransa ərazisində xeyli əraziləri ələ keçirə bildilər. De Qollun hərbi taktiki sistemində üstünlük verdiyi üç istiqamətdə hücum planı yenə özünü doğrultdu. Öncə planlaşdırıldığı kimi üç istiqamətdən düşmən cəbhəsinə davamlı hücumlar edildi, faşistlər xeyli itki verməli oldular, ardınca isə Parisdə, eləcə də Fransanın bir neçə böyük şəhərlərində və vilayətlərində, qəsəbələrdə, dəmir yolu stansiyalarında, almanlar tərəfindən zəbt edilmiş yaşayış məntəqələrində davamlı diversiyalar, partlayışlar törədildi. Və elə həmin vaxtlarda, ikinci cəbhənin açıldığı ərəfədə müttəfiqlərlə görüşlər başlandı. Müqaviləyə görə, ABŞ, SSRİ, İngiltərə Milli Müqavimət Hərəkatının yaradıcısı general Qollu qarşı tərəfin lideri, Fransa Respublikasının rəsmi siması kimi qəbul etməklə, Fransa partizanlarına qeyd-şərtsiz yardım etməli, Müqavimət Hərəkatının üzvlərini vaxtaşırı vacib məlumatlarla təmin etməli idi. Amma müqaviləyə əlavə edilən ağır şərtlər qarşısında durmağın çətin olduğunu anlayan, reallığı nəzərə alan general tərəflərin razılığı ilə müvəqqəti olaraq ölkəsinin müstəqilliyi naminə Fransa Respublikasına “əlvida” deməli oldu. Şarl de Qoll ölkəni gizlincə tərk etdi, bir müddət hərəkat onun rəhbərliyi olmadan fəaliyyətini davam etdirməli oldu.

Bu illər qürbətdə məskunlaşan, harada olduğu dəqiq bilinməyən (Qollun gah Latın Amerikasında, gah İsveçdə, gah da Afrikada, hətta Malta adasında olduğu deyilirdi) müqavimət lideri tez-tez fransız həmkarları ilə əlaqəyə girir, vəziyyətin daima nəzarətdə olmasına çalışır, hər bir situasiyanı ətraflı, ən xırda detalınadək öyrənirdi. Onu yola salan partizanlara isə belə söyləmişdi: “Vahiməyə düşməyin, vahimə gecə kimidir, həmişə gecə olmur ki?”

MÜHACİR FRANSIZI QISQANAN ÇÖRÇİLL

Nəhayət, Böyük Britaniyada olduğu bilinən, İngiltərəyə pənah gətirən mühacir briqada generalı artıq 1942-ci ildən Fransa ordusunun komandanı elan edilmişdi. Və eyni zamanda Şarl de Qoll bütün hərbi əmrlər, tapşırıqlar imtiyazı qazanmaqla bərabər, ona müstəqil siyasi qərarlar qəbul etmək səlahiyyətləri də verilmişdi ki, bu da hərəkat liderinə geniş manevr imkanları yaradırdı.

Tezliklə işə girişən Londondakı mühacir fransız general ölkəsindəki antifaşist hərəkatı, partizan mübarizəsi çərçivəsindən çıxıb ordu strukturu formalaşdırmaqla iri miqyaslı müharibənin aparılması üçün hərbi və siyasi tezislər formalaşdırmağa başladı. Böyük taktiki planlar hazırlayıb Fransa hərbçilərinin ixtiyarına verildi. Bu işdə isə generala ən böyük dəstəyi verən, hələ 1941-ci ildə məhz onun təklifi ilə yaradılan Fransa Milli Komitəsi, yəni “Azad Fransa” bəyannaməsinin müəllifləri idi.

İşğaldan hələ qurtulmayan Fransa ərazisində Hitler ordusunun yüksək hazırlıqlı, hər cür silahlarla, ağır, hərbi texnika ilə təmin edilmiş hərbi birləşmələrinə, zirehli bunkerlərinə aramsız hücumlar olurdu, faşistlərin əhəmiyyətli obyektləri partladılır, düşmən günü-gündən daha çox canlı qüvvə itirirdi. Mühasirə halqası daralırdı. Artıq uzun müddət mübarizəni qürbətdə davam etdirən Fransa komandanının cəsarətli bəyanatları, hərbçi xarizması, sərt gedişləri, müttəfiq seçiminə xüsusi baxışı bəzən onun ingiltərəli, amerikalı müttəfiqlərini də qıcıqlandırırdı. ABŞ və İngiltərə dövlətləri de Qollun belə “ərköyün böyüməsinin” (ifadə Çörçillə məxsusdur) səbəblərindən birini də Stalinin güclü müdaxiləsində, regiona, Fransa düşüncəsinə təsir mexanizmi prinsipi ilə məqsədli şəkildə dövriyyəyə buraxılan “xalqların azadlığına dəstək” ideyasında görürdülər.

Müttəfiqlər yaxşı bilirdilər ki, həmişə ehtiyat variantlar hesabına asılılıq sindromundan qaçmağı bacaran general de Qoll əslində belə gedişlərlə gələcəkdə müttəfiqlərindən çoxlu güzəşt almağı da bacaracaq. Amma Fransanı kommunist kabusundan qorumaq xətrinə super güclər Qollu dəstəkləməyə məhkum olunmuşdular. İngiltərənin baş naziri Çörçillin de Qolla qısqanc münasibəti, onun barəsində dəfələrlə xoşagəlməz ifadələr işlətməsini fransız liderin özünə də söyləmişdilər. Hələ müharibə bitməsə də, Şarl de Qoll artıq gələcəyə qalib kimi gedirdi.

ŞARL DE QOLLA “FAŞİST MƏZHƏB”Lİ DEDİLƏR

Xüsusi dairələrdə onu kinayə ilə belə xarakterizə edirdilər:

“...Yenə bu tərs general atılıb ortalığa, yaxşı kişi kimi siyasətçi olmaq istəyir. O, Don Kixota bənzəyir, həmişə silahlı gəzir, yəqin Fransa nə vaxtsa öz generalını evdən qovacaq...”

Müttəfiqləri qıcıqlandıran general nəhayət onların səbrini daşırdı. İngiltərə ərazisində Qolla sui-qəsd cəhdi oldu,

ancaq bir təsadüf nəticəsində fransız komandan ölümdən qurtuldu, bu cinayətin sifarişçisi isə tezliklə bəlli oldu. Qəsdin arxasında duranların içində Çörçilin də adı hallanırdı. Tarix boyu özəlliyi ilə seçilən, heç bir ölçü, meyar, standart tanımayan ingilis siyasəti “dəmir toru” əlində güclü rəqibin ətrafında fırlana-fırlana Fransa lideri ilə ikili oyun aparırdı. Bu şəraitdən ustalıqla yararlanan Stalin ikinci dəfə general Qolla xəbər göndərib onun rezidensiyasının Londondan Moskvaya köçürülməsini məqbul hesab etdiyini bildirirdi. Amma Şarl de Qoll sovetlərə ayaq basacağı təqdirdə onun karyerasının fiaskoya uğrayacağını yaxşı anladığından marşal Stalinə “yox” cavabı verdi. Bu həmin vaxtlar idi ki, ABŞ prezidenti Ruzvelt hiddətlə patriot fransız haqqında “ərköyün gəlin” ifadəsini işlətmiş, siqarını tüstülədən İngiltərənin baş naziri isə istehza ilə Qollu “faşist məzhəbli” adlandırmışdı.

Zəruri prinsiplərdən çıxış edən, ancaq reallığı qiymətləndirən general eyni səngərdə döyüşən əsgərlərin bir-birilərinə hər hansı şəraitdə belə borc yükü daşımadığını dönə-dönə vurğulayıb, bığını tumarlaya-tumarlaya ortalığa söz atardı: ”Savaşda atəş açan hər bir əsgər öncə vətəni, sonra isə evi və ailəni qoruyur. Kimin gülləsi boşa çıxsa, o öləcək, ölən əsgər isə evə dönmür”.

1942-1943-cü illərdə, müharibənin ən qızğın çağında müttəfiqlər diqqəti daha çox Fransaya yönəltdilər. Ancaq son görüşlərin birində dünya liderləri yenə Fransa mövzusunda mübahisəyə başladılar. Çörçill israrla cəbhə xəttindən başlanan hücuma Balkanlardan start verilməsini istəyir, ABŞ prezidenti Ruzvelt yenə siqarlı baş naziri müdafiə edir, Stalin isə itkilərin çox olacağını deyərək Fransada başlayan böyük hərəkata yardım edilməsini vacib sayırdı. Tədqiqatçıların yazdığı kimi yenə Stalinin “cadugərlik elmi” öz işini görür, müttəfiqlərdən müəyyən güzəştlər alan sovet rəhbəri ikinci cəbhənin hərbi qüvvələrini Fransa ərazisinə yönəldir. Eyni zamanda siyasi karyerası bu görüşdən sonra həll edilən Qoll 1944-cü ildə Fransa Respublikasının baş naziri seçilir. Bir il sonra dünya faşizm kabusundan xilas olur.

QALXAN VƏ ENƏN QƏHRƏMAN

Tək Fransada deyil, Avropanın başqa yerlərində, Amerikada da milli qəhrəman kimi tanınan dəmir iradəli hərbçi, ciddi siyasi fiqur olaraq qəbul edilən Qoll qəfil baş verənlərlə hamını çaşdırdı, 1948-ci ildə o, istefa verdi, bir il sonra isə prezident postuna yiyələndi. Ölkədə siyasi çaşqınlıq hökm sürürdü, heyrətini gizlədənlər isə bunun yeni bir gediş olduğunu düşünürdülər. Ancaq hər şey heç də generalın düşündüyü kimi deyildi, dəyərlərin dəyişildiyi, günü-gündən şəxsiyyətə pərəstiş kompleksinin aradan çıxdığı bir ölkədə nələrdən isə qurtulmaq zamanı çatmışdı.

İki ay yarım işləməyə macal tapan fransız lider öz fəaliyyətini yenidən gözdən keçirməyi qərara aldı, öz
baxışlarına yenilik gətirmək üçün müvəqqəti kənara çəkilməli oldu. Uzun fasilədən sevinən rəqiblər generalın belə bir ağır məğlubiyyətdən yaxa qurtara bilməyəcəyini, qurtulub dirçəlməyəcəyini sanırdılar, ancaq yanıldılar. Gözlənilməz yeniliklərlə siyasətə dönən Şarl de Qoll 1959-cu ildə möhtəşəm qələbə ilə milyonları heyrətə gətirir və Fransa Respublikasının prezidenti seçilir. XX əsrdə fransız siyasətçisinin orijinal portreti beləcə Şarl de Qollun simasında formalaşdı.

NATO-nun ÇIRPILAN QAPISI

1964-cü ilin qələbə sevincini də xalqıyla birgə yaşadı. Hərbçi iradəli siyasətçi qarşısına ancaq irəliləməyi məqsəd qoymuşdu. Prezident yenidən formalaşan dövlət strukturlarında xeyli islahat, kadr dəyişiklikləri apardı. Artıq beynəlxalq siyasi arenada xüsusi çəkisi olan bu dövlət durmadan müxtəlif ölkələrlə sıx əməkdaşlıq edir, böyük ustalıqla diplomatik dairələrdə nüfuzunu gücləndirməklə, balans prinsipinə çevik gedişlər vasitəsilə nail olmaqda idi. Məhz 1966-cı ildə Şarl de Qollun təklifi və təkidi ilə uzun illər bu ölkənin müstəmləkəsi olmuş Əlcəzair Fransa Respublikasının tərkibindən çıxarıldı və bu qərarın ardınca Fransa Əlcəzairin müstəqilliyini tanıyan ilk dövlət oldu.

Həmin dövrlər beynəlxalq aləmdə Fransa üçün qalmaqallarla da yadda qalır, belə ki, NATO-nu haqsız yanaşmalarda, ikiüzlü standartlarda, gizli sövdələşmələrdə suçlayan Şarl de Qoll sərt bəyanat verib, ölkəsinin bu hərbi alyansdan çıxdığını bildirir. Generalın təhlükəli gedişi kəskin reaksiya doğurur. Dünya miqyaslı siyasilərin, eləcə də daxildə fəaliyyət göstərən siyasi xadimlərin əksəriyyəti artıq Qollu ümidsiz lider hesab edirdi, onlara görə, özünə qapılan general düşündüklərindən və edə bildiklərindən daha çox etmək istəsə də, gecikmişdi. Artıq onun üstünə “səlib yürüşü” başlanmışdı. Hər şey qəfildən beləcə başlandı, sonra şaxələnən çevrilmənin səbəbləri. Şübhələr, komplekslər, aqressiv yanaşmalar, dualar və yenə meydana atılan de Qoll. Siyasi, şəxsi həyatında gərginlik yaşayan, bu ərəfədə övladını itirən, ona edilən haqsız hücumlardan bezən general de Qollun üstünə bu dəfə gənclik hücum çəkir. Onun səlahiyyətlərinin alınması tələbi ilə 1968-ci ildə səs-küylü tələbə hərəkatı başlanır. Beləliklə, Fransa hökuməti parlamenti tam tərkibi ilə istefaya göndərməyə məcbur oldu. Bu, siyasətçi Qollun öz fəaliyyəti dövründə bəlkə də ən ağır dövrü idi. Sanki fransızlar onun xidmətlərini unutmuşdular. Referendum ərəfəsində onun barəsində olmazın, çərçivəyə sığmayan təhqiramiz fikirlər, ittihamlar səslənirdi. Dözüb səbirlə dinləmək, məqamı yetəndə isə zərbə endirmək prinsipinə sadiq qalan general Qollun düşdüyü vəziyyətdən istifadə edən NATO sanki köhnə hayıfları çıxmağa tələsirdi. Fransa liderindən güzəştlər almaqla ona dəstək verəcəklərinə söz verən ABŞ və İngiltərə yenə diqtə edən tərəflər olmaq arzusunda idilər. İnadcıl Qoll isə öncə dediyinin üstündə dururdu; NATO-da həlledici üçüncü səsin sahibi Fransa olmalı, hər hansı bir məsələnin Fransanın iştirakı olmadan ABŞ və İngiltərə tərəfindən çözülməsi qəbul edilməməli idi. Fransaya sayğısızlıq göstərilirdi. Qollun cavab zərbəsi isə gözlənilməz oldu. Hərbi alyansın qapısını zərblə çırpan Fransa NATO qoşunlarını öz ərazisindən qovmalı oldu. Təşkilatın siyasi qurumunda qalmaqla kifayətlənən Qoll Fransası ABŞ və İngiltərə əleyhinə kəskin təbliğat kompaniyasına start verdi.

GENERALIN, PREZİDENTİN VƏ ŞAİRİN VƏSİYYƏTİ

1969-cu ildə prezident vəzifəsindən istefa verən Şarl de Qoll nəhayət ki, sakit bir guşəyə çəkilib vəsiyyətini yazmağa macal tapdı. General Qoll vəsiyyətində öz vətənində - Kolombeyrdə dəfn edilməyini istəyir, təkidlə vəsiyyətinə düzəlişlər olmamasını tələb edirdi. General yazırdı: “Əgər başqa bir yerdə ölsəm, meyitim kütləvi mərasim olmadan vətənimə aparılmalıdır. Məzarım orda qazılsın ki, həmin torpaqda uzun müddətdir ciyərparam, qızım Anna yatır və bir gün əcəl gələndə gözəl, sədaqətli arvadım da bizlərə qonşu olacaq. Qəbrimin üstündə belə yazılsın: ”Şarl de Qoll, 1890...” özgə heç nə...”

Onu adi adam kimi dəfn etməsələr də, mərhum eks-prezidentin vəsiyyətnaməsinin müəyyən şərtlərinə əməl edildi. Fransızlar öz xilaskarları ilə vidalaşmaq üçün dəstə-dəstə küçələrə axışırdılar.

Hay-küy sevməyən dahi savaşçının vəsiyyətindən xatırlatmalar: ”...Mərasimin idarə olunmasını oğlum, qızım, kürəkənim, gəlinim və kabinetim öz öhdəsinə götürsün, ancaq sadə mərasim olsun. Milli dəfn mərasimi, təmtəraq istəmirəm, yəni nə prezident, nə nazir, nə assambleyia bürosu, nə də idarə heyəti olsun. Dəfn komissiyası isə mənə məşhur lətifəni xatırladır. Müxtəsərini söyləyəcəm, ölü vücudumu incitməyəcəyinizə söz verin, axı bu hamının gedəcəyi yoldur. Yalnız Fransa ordusundan lazımi qədər hərbçilər, silahdaşlarım iştirak edə bilərlər, amma sadə tərzdə, musiqisiz... Heç bir nitq deyilməməlidir, nə kilsədə, nə də parlamentdə. İstəyirəm ki, nəşim ora mənim arzuladığım sakitlik içərisində aparılsın. Mənə söz verin...”

Və son nəfəsində eks-prezident xarici, milli ordenlərdən imtina etdiyini bildirir, ölümündən sonra isə ona məxsus ştatın yaradılmasına, yüksək rütbə ilə təltif edilməsinə qəti qadağa qoyurdu. Əvəzedilməz olmadığını dönə-dönə qeyd edən Şarl de Qoll vəsiyyətini bu cümlələrlə bitirirdi: “...Arzularımın əksinə getmək tək vəsiyyətin pozulması yox, həm də mənim şəxsiyyətimə hörmətsizlik deməkdir”.

1970-ci ilin 9 noyabrında Kolombom-Dez-Eqlizdə vəfat edən Milli Müqavimət Hərəkatının lideri, Fransa Respublikasının eks-prezidenti, briqada generalı Şarl de Qollun sağlığında qələmə aldığı şeirlər, gəncliyindən ədəbiyyata həvəsi bəzilərinin düşündüyü kimi heç də ötəri əyləncə, yəni dinclik “həbi” olmayıb.

Onun şair olduğunu çoxları, həm də əksər Azərbaycan oxucusu bilmir. Qollun ədəbiyyata xüsusi münasibəti, şəxsi yaradıcılığı uzun müddət onu oxucularından gizlədib. “Qollizm 1940-1969-cu illərdə” kitabının müəllifi Jan Tüşar şair de Qollun uzun illərin tərəddüdündən sonra söz sahibi kimi dostların “dərnəyinə” çıxdığını əsas gətirərək, onda yaradıcı adamın məsuliyyətinin nişanələrini gördüyünü yazır.

Jan Tüşar onu qınayanlara üzünü tutub belə cavab verir: “Bizlər, yəni fransızlar tarixin onlara bəxş etdiyi qəhrəman obrazında gözəl bir şairi itirdik, sözsüz ki, bu məsələdə müəllifin də günahı az deyil. Mən şair Qollun tədqiqatçısı deyiləm, sadəcə pisi yaxşıdan ayırmağı bacarıram, öncə istedad axtarırıqsa, Şarl de Qoll istedadlı adam kimi doğulub öldü, buna heç zaman şübhə etməmişəm”.

Yazılanları dolayısı yolla təsdiq edən Fransanın Milli Qəhrəmanı, “Xarqo” ləqəbli həmvətənimiz Əhmədiyyə Cəbrayılov bir zaman bu yazının müəllifinə Qoll haqqında xatirələrini söyləmişdi. Onun dediklərindən: “Mən də hamı kimi onun şeir yazdığını bilirdim, ancaq yazdığını bizə oxumazdı, bir gün onu danışdırıb “şeir oxu” deyə inad etmək istədim, sonra fikirləşdim ki, özündən çıxacaq”.

Bu böyük adamın, vəfalı dostun görünməyən tərəfi isə sözsüz ki, iç dünyası idi. Özgələrə onun işinə qarışmağa imkan vermədiyi kimi, bir kimsəyə onun içinə soxulmağa da qol qoymazdı. Partizan “Xarqo”nun xatırlamasından: “Moskvaya gələn kimi mənimlə maraqlanır, hiss edir ki, ondan nəyi isə gizlədirlər, ancaq məni görmədən geri dönməyəcəyini söyləyir və biz görüşdük. Uzun zaman əlimdən alınan haqqımı Şarl de Qoll geri qaytardı. Həqiqətən də şair ruhlu adam idi, etiraf edim ki, indiyədək Qoll qədər ədalətli hərbçi və patriot görməmişəm. Ona həsəd aparmağa dəyər. Güləndə də şairə bənzəyərdi”.

ŞEİRLƏ “XOŞAGƏLMƏZ GÖRÜŞ”

Şarl de Qoll yaradıcılığa 14 yaşdan başlayıb və az ötmədən onun “Xoşagəlməz görüş” şeirlər toplusu ərsəyə gəlib. De Qoll gənc yaşlarından vurğunu olduğu şair və dramaturq Edman Rostmanı özünə ustad sanıb və illər uzunu onun təsirindən qurtula bilməyib. Sonra Qoll pyes yazmaq fikrinə düşüb, tezliklə bitirdiyi mənzum pyes ilk dəfə J.Q.Turnun müəllifi olduğu “Pesten və de Qoll” kitabında tam mətni ilə çap edilib. Eyni zamanda gəncliyindən arzuladığı bir şeyi nəhayət həyata keçirib, o, “Sirano de Berjerak” əsərini əzbərləyib.

Şairin pyesinə daxil olan məşhur mənzum parça - “Quldurlar” şeiri isə kənd marşını xatırladır.

QULDURLAR

(Pyesdən parça. Fransız dilindən çevirən: Sayalı Əliyeva)

Şah, şahzadə, qubernator,

Fabrikant da doğuldu,

Biz də zabit doğulduq,

Məmur da, quldur da oldu.

***

Bir özgə doğulacaq,

Haradasa, karet ustası...

Yenə körpə qismətində

Talenin, bənna qabarı.

***

Qəlbimin gələcəyinə

Kor istək yük olmamış,

Uçurumdan çəkin, haydı!

Mən quldur doğulmuşam.

***

Adamlar vəcdə gələcək,

“Bir gözəli xilas etdik”.

Öyünün sizdən danışsınlar,

Sabah yenə görəcəksiz

***

Baxın, baxın, yaxşı baxın! Söz də itib tükənəcək,

Oradakı bir cüt tapança

Yenə quldura qalacaq.

***

Kim vaxtında yetirər özünü,

Kim dardan qurtarar məni,

Heç kim qədrimi bilməyəndə,

Bir adam çıxacaq qarşıma,

Beləcə bağlayar əllərimi, Beləcə qurtulacam,

Nicatımı quldurda tapacam.

Oqtay QORÇU
Oxşar xəbərlər
19:55, Bu gün
“Crocus City Hall”dakı terrorla bağlı məhkəməyə çıxarılan şəxsdən ETİRAF - YENİLƏNİB + FOTO/VİDEO
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
GÜNLÜK
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO