"Qızlar axşam paltarı və qısa geyimlərdə çıxacaqlar, bikini üzrə yarış olsa, iştirak edəcəyəm"
Müsahibə
Oxunub: 5918
08 Mar 2020 | 20:18

Moderator.az  MMA döyüşçüsü Tünzalə İmanlının Oxu.Az saytına müsahibəsini təqdim edir:

– Sizi tanımayan oxucularımıza özünüz barədə məlumat verin...

– Biləsuvarda anadan olsam da, üç yaşımdan etibarən Rusiyanın Novosibirsk şəhərinə köçmüşük. İdmana 15 il bundan əvvəl – 12 yaşım olanda başlamışam. İlk dəfə qol güləşi ilə məşğul olmuşam.

Rusiyanın qol güləşi yığmasında idim. Sonra qol güləşinə fasilə verib birbaşa MMA ilə məşğul olmağa başladım. Mənim zərbə vurmaq və güləşmək üçün bazam yox idi. Hər şeyə sıfırdan başlamışam. İndi məndə ən yaxşı qraplinqdir. Döyüşəndə üstünlüyü qraplinqə verirəm. Artıq üç ildir ki, MMA ilə məşğulam.

– Necə oldu ki, Azərbaycana gəldiniz?

– Məni MMA döyüşçüsü Aqşin Babayev Bakıda məşq edəndə görüb və dəvət edib. Rusiya vətəndaşı olsam da, müqavilə əsasında peşəkar döyüşlərdə Azərbaycan bayrağı ilə yarışıram. Qadınlar arasında MMA üzrə Azərbaycanda bir nömrəyəm. Burada MMA üzrə Respublika və Bakı çempionu olmuşam. Bir il burada məşq etdikdən sonra yenidən Rusiyaya qayıtdım. İlk döyüşümü orada keçirdim və texniki nokautla uduzdum.

Daha sonra Braziliya ciu-citsusu üzrə beynəlxalq yarışlarda çıxış etdim. Azərbaycanda olanda bürünc medal qazandım. Amma təşkilatçıların səhvindən ilk döyüşə çıxmamışdım. Çünki döyüş proqramda olduğundan daha tez başlamışdı deyə, mənə məğlubiyyət verilmişdi. Nə qədər etiraz etsəm də, xeyri olmamışdı.

Ciu-citsu və qraplinq MMA-da təcrübə üçün gözəl şeydir. Yarışlar olanda bu idman növlərində çıxış edirəm. Bəzi idmançılar republika çempionatında çıxış etməyə pis, düşüklük kimi baxır. Amma əksinə, Rusiyada tərifləyirlər ki, peşəkar döyüşçüdür, gəlib ölkə çempionatında mübarizə aparır.

– Sizdən başqa, MMA ilə məşğul olan qız idmançılarımız da var...

– Bəli, var. Amma onlar beynəlxalq səviyyədə döyüşmürlər. Yeri gəlmişkən, Suad Səlimova sizin saytınıza müsahibəsində demişdi ki, yeganə azərbaycanlı MMA döyüşçüsüyəm. Deyəsən, o qız özünü tanımır (gülür)...

– Deyəsən, sizin aranızda münasibətlər yaxşı deyil...

– Düzdür, o, başqa idmançılara qarşı da hörmətsizlik edib. Mən çox mehriban qızam, hamı ilə aram yaxşıdır. Amma onun niyə belə dediyi mənə çatmadı. MMA-da Gözəl Zutova da var. Gözəlin də MMA göstəricisi altı görüşə altı qələbədir, çox gözəl idmançıdır. O da yalnız Gürcüstandakı beynəlxalq yarışlara gedir. Sadəcə, beynəlxalq səviyyədə daha tanınan yarışlarda ən çox döyüş mən keçirmişəm.

Mən Moldovadakı döyüşümə hazırlaşanda Tofiq Musayevin, Vüqar Kərəmovun, Mehman Məmmədovun məşqçisi Ruslan Əfəndiyev onlarla birgə Bakı Olimpiya Stadionunda məşq keçməyimi istəmişdi. Onda Suad da onlarla birgə məşq keçirdi. Mənə söz atırdı, cavab vermirdim. Bu qızın iki il əvvəl bir dənə MMA döyüşü olub, onda da uduzub. Onun müsahibələrindən belə çıxır ki, mən və Gözəl MMA döyüşçüsü deyilik? (gülür) Amma mən ona indiyədək bununla bağlı bir söz deməmişəm.

– Sevdiyiniz heyvan hansıdır?

– Qara pantera. Bu, mənim ləqəbimdir. Bunu özüm qoymuşam (gülür). Pantera barədə oxumuşam. Onun xasiyyəti mənimkinə oxşayır. Pantera dişilərin yanında özünü qız kimi, erkəklərin yanında isə kişi kimi aparmağı bacarır.

Həyatda elə situasiya olur ki, özünü oğlan kimi aparmalısan. Amma çox vaxt çalışıram ki, qadınlığımı qoruyum. İndidən deyim ki, burnum sınıqdır (gülür).

– Əməliyyat etməyə pulunuz yoxdur?

– Həkim mənə dedi ki, döyüşəcəksənsə, yenidən sınacaq. Ona görə də əməliyyata ehtiyac görmədim. Dostlarım soruşur ki, özünü belə necə saxlayırsan? “Instagram”da bir gün dikdabanda, yubka ilə görünürəm, bir gün isə idman geyimində. Mənim üslubum belədir. Bir gün istəyirəm ki, qadın olduğumu göstərim, digər gün isə idmançı olduğumu. Xasiyyətim 100 faiz pantera ilə uyğundur.

– Ötən ay elan yerləşdirmişdiniz ki, “Miss Turkvision” gözəllik yarışmasında qeydiyyatdan keçmisiniz...

– Artıq bu ay başlanmalıdır. Bakıda olacaq yarışmada türkdilli ölkələrin qızları iştirak edəcək. Kastinqdə bədən, gözəllik və dəfiləyə baxılacaq. İyunda dəniz kənarında final mərhələsi olacaq. Yarışmada iştirak edən qızlar axşam paltarı və qısa geyimlərdə podiuma çıxacaqlar. Bir də istəyirlər ki, bikini üzrə yarış olsun. Bikini üzrə yarış olsa, orada da iştirak edəcəyəm.

– Qalib gələcəyinizə inanırsınız?

– Mən əvvəl Rusiyada “Miss Dance” yarışmasında iştirak etmişəm. 2016-cı ildə milli rəqslərimizi ifa edib qalib olmuşam. Final mərhələsində verilən tapşırığa əsasən, caz oynamalı idim (gülür). Boyum 1.65 metrdir və “Miss Turkvision” yarışına uyğun gəlir.

– Orada uduzsanız, kimisə döymək fikriniz yoxdur?

– (Gülür) Təşkilatçılar özləri mənə dəvət göndərib. İlk dəfə bir idmançı bu yarışmada çıxış edəcək. Amma mənə deyiblər ki, uduzsan belə, heç kimi nokauta salma (gülür).

– Geyiminizin sağ qol hissəsinə Budo Federasiyası yazılıb. Budo idman növü ilə də məşğul olmusunuz?

– Budo millimizin baş məşqçisi Səbuhi Vəliyev Xırdalandakı zalda mənə boks hərəkətlərini öyrədir. O, dörd gün əvvəl Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adına layiq görüldü. 31 ildir ki, idmandadır. Bu formanı da o mənə verib. Gördüyünüz bu məkanda isə mən ancaq kross-fit məşqləri edirəm.

– Fevralın 16-dakı Moldovadakı yarışınıza gəlsək, bir ara eşitdim ki, oraya yollanmaya da bilərsiniz...

– Bəli. Mənə deyirdilər ki, moldovalı rəqibinin zərbələri çox güclüdür, yarışma, tez uduzacaqsan. Amma mən motivasiya ilə məşq edirdim. Bilirdim ki, parterdə ondan güclüyəm. Ona uduzsam da, çox yaxşı döyüşdüm. Döyüş daha çox ayaq üstdə getdi. Birinci raundda ona uduzmadım. İkinci raundda öz səhvimin ucbatından uduzdum. Bakıda ilk məğlubiyyətimi ötən il türkiyəli Aysun Ərgədən alanda pis olmuşdum. Amma bu dəfə pis olmadım. Çünki gözlənilənin əksinə, yaxşı vuruşdum.

– Döyüşdən əvvələ qayıdaq. Rəqibiniz Donna Kel sizə sevgililər günü ilə bağlı hədiyyə verir. Siz isə onu götürüb tullayırsınız...

– O, bunu şou üçün edib. Amma mənə pis təsir etdi. Təşkilatçılar döyüşdən əvvəl bizdən müsahibə götürəndə o demişdi ki, İmanlı, özünlə kosmetika, krem götür, sənə lazım olacaq. Söyləmişdi ki, birinci raundda məni udacaq. Əsəbiləşdirdi o məni. Amma mən müsahibəmdə öz tərbiyəmi göstərdim. Cavab versəydim, bu, Həbib Nurməhəmmədov – Konor Makqreqor söhbəti kimi uzanacaqdı. Mən dedim ki, ona uğurlar arzulayıram, güclü olan qalib gəlsin.

Döyüşdən əvvəl Moldova telekanalında Donnanın məşqçisi mənim haqqımda demişdi ki, yalnız gözəl qızdır, onun barəsində başqa heç nə deyə bilmərəm. Qız isə Azərbaycan döyüşçüləri barədə verilən suala belə cavab vermişdi ki, onlarda qeyri-adi heç nə yoxdur, onlarda olan xarakter bizdə də var. Halbuki deyə bilərdi ki, Azərbaycan millətinin qanında güləş, dözümlülük var.

“Face to face” vaxtı gördü ki, mən krem gətirməmişəm, götürüb mənə hədiyyə verdi. Amma 100 faiz bilirdim ki, o bağlamanın içindəki kosmetika idi. Dedim ki, lazım deyil. Zorla verdi, mən də tulladım. O video “Tik Tok”da 6 milyon 200 min baxış yığıb və bütün dünyaya yayılıb (gülür). Moldovalılar yazırdı ki, bizim idmançımız hədiyyə verir, mən isə bunu tullayıram. Döyüşdən sonra mən onu təbrik etdim, hətta şəkil çəkdirdik. Yeri gəlmişkən, bizim döyüş zərbələrin dəyməsi və texnika baxımından gecənin döyüşü seçildi. Həmin liqanın prezidenti mənə döyüşə çıxdığım əlcəkləri hədiyyə etdi.

– Donna Kel ilə rus dilində ünsiyyət qururdunuz?

– Bəli.

– Amma öz dillərinizdə danışsaydınız, bir-birinizi başa düşəcəkdiniz. Çünki qələbədən sonra o, Qaqauziyanın bayrağını çıxarmışdı...

– Bilirdim ki, qaqauzdur. Özü də demişdi ki, dillərimiz oxşardır... Sonradan özü mənə dedi ki, Azərbaycan millətini pisləyə bilmərəm. Tural Rəhimov, Mehman Məmmədov – hamısı onun dostlarıdır. O, bütün bunları şou üçün etmişdi.

– Fevralın 10-da Rusiya millisinin forması ilə şəkil çəkdirib yazmışdınız: “Mən onlara Azərbaycan qanının nə olduğunu göstərəcəyəm”. Rusiya forması nə idi, Azərbaycan qanı nə? Sizcə, təzad təşkil etmir?

– Mənə də bu barədə yazmışdılar. Soruşurlar ki, Azərbaycan bayrağı qaldırırsan, amma Rusiya forması ilə çıxırsan. Bu formam mənə çox uğur gətirir.

– Növbəti döyüşünüz kiminlə və nə vaxtdır?

– Bu ayın 29-u Suad Səlimova ilə məni Bakıda döyüşdürmək istəyirlər. “International Fight League”da yarışmalıyıq. Maraqlı döyüş olacaq. Amma bu, hələ tam dəqiqləşməyib.

– İdmançı qızların bir az psixologiyası adi qızlarınkından fərqli olur. Bəzi idmançı qızlar gül almağı xoşlamır. Sizdə necədir?

– Əksinə, mən gül almağı xoşlayıram. Həm hədiyyə vermək, həm də almaqdan xoşum gəlir. 8 Martda heç vaxt hədiyyəsiz qalmıram.

– Subaysınız. Gözləmədiyiniz bir adamdan hədiyyə almaq ehtimalı var?

– Bilmirəm. Hər şey ola bilər... Ümumiyyətlə, mənim sevgilim idmançı olmalıdır ki, məni başa düşsün. Əvvəlki sevgilim kunq fu millimizin üzvü Erkin Osmanov idi. 2017-ci ildə Gürcüstandakı ilk peşəkar döyüşümə məni o çıxarmışdı. İndi hazırda onunla dost kimiyəm.

– Deyəsən, gecə həyatına da üstünlük verməyi xoşlayırsınız...

– Belə deyim: mən gecəni sevirəm. Aqşin Fateh, Nəfəs, Səda Duyğu, Nurlan Ordubadlı kimi çoxlu müğənni dostlarım var, onlar məclislərə çağırır. Mən məclis adamıyam.

Oxşar xəbərlər
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 09:27
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:21
İran səfirinin məqsədi nədir?
19 Apr 2024 | 09:11
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
19 Apr 2024 | 10:43
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
19 Apr 2024 | 09:27
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO