İsgəndər Həmidov: "Azərbaycanın 80 faizi kafirdir..." - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 5996
31 Jul 2013 | 10:39
İsgəndər Həmidov:

Onunla söhbətləşmək niyyətimiz çoxdan var idi. İlk telefon zəngimizdə “Şamaxıda Çuxuryurddayam, gəlin” deyə müsahibəyə razılıq verdi. Beləliklə, hər il yay aylarını Şamaxının Çuxuryurd kəndində keçirən sabiq daxili işlər naziri, Milli Şuranın üzvü İsgəndər Həmidovun qonağı olduq. Onunla söhbətimizdə kənd həyatından tutmuş, siyasətə qədər hər şeydən danışdıq.

 - İsgəndər bəy, hər yay Şamaxıda dincəlirsiniz. Əlbəttə, Şamaxı Kəlbəcər olmasa da hər halda bu dağlarda Kəlbəcəri xatırladan bir şeylər varmı?

 - Kəlbəcərin yoxluğuyla barışa bilmədiyim kimi oranı heç bir yerlə müqayisə edə də bilmirəm. Bilirsiniz, istəsəm də alınmır, sadəcə bilə-bilə özümü aldadır, ovuduram. Neynəyim, təpəyə dağ, qara suya bulaq deyib təsəlli tapmağa çalışıram. Elə həmin hislərdi məni ölməyə qoymur ki, bəlkə bir az da yaşayım, bəlkə Kəlbəcəri bir də görə bildim. Hərdən düşünəndə ki, bu dünyadan Kəlbəcəri görmədən köçəcəm, havalanıram, nitqim quruyur, təngnəfəs oluram. İndi özünüz də şahidi oldunuz, burda kəlbəcərlilər çoxdur və indicə kəlbəcərli aşıqlar rəhmətliklərdən- Sücaətdən, Bəhməndən, Qəmkeşdən şerlər deyib, bizi Kəlbəcərli günlərimizə qaytardılar. Ancaq bilmirəm təkcə mənə bu cür gəlir, min dənə şux mahnı oxunsa, hava çalınsa sümüyümə, könlümə yatmır, di gəl ki, Kəlbəcərin yoxluğundan sonra nə qədər qəmli, hüznlü mahnı, şer dinləsən adama qüssə ilə yanaşı bir keçici rahatlıq da gətirir. Mən tez-tez kəlbəcərlilərin xeyir-şər məclislərində oluram, qonaq gedirəm, orda-burda rastlaşırıq, dərdləşirik. Onlarla söhbətləşərkən oğrun-oğrun, sanki onlar duyuq düşməsin deyə yerlilərimin gözlərinə baxıram, hamının üzü gülsə də o gülüşdən gözlərə nəmdən başqa pay düşmür. Əlbəttə, bəlkə də bu fikirlərim

düzgün anlaşılmaz, ancaq bu dünyada heç bi yer, heç bir gözəllik mənimçün Kəlbəcəri əvəz edə bilməz. Burda da gözəl coğrafi mənzərə var, təbiət insana rahatlıq verir, şəhərin cansıxıcı havasını unutdurmaq üçün bolluca oksigen var. İnsanları da öz yerində. Mən burda hər yerdə halallıq, qonaqpərvərlik gördüm.

 - Yerli insanların əhval-ruhiyyəsi necədir, qaynayıb-qarışmaq çətinlik deyil ki?

 -Qətiyyən. İnsanları çox istiqanlı, canıyanandır. Bu kəndin əhalisi yığamatdı, rayonun da demək olar ki, bütün kəndlərindən adam var, Azərbaycanın digər bölgələrindən də.

 - Maraqlıdır, hansı rüzgar Sizi buralara atıb, həyat yoldaşınız da Şamaxılı deyil, niyə məhz Şamaxı?

 - Kəlbəcər işğal olunanda nazir olmasam da sözüm keçirdi və çalışdım ki, mümkün qədər camaatımızı elə yerlərdə yerləşdirək ki, Kəlbəcərin iqlimindən kəskin fərqlənməsin, yoxsa tez tələf olacaqlar, bir yandan vətən dərdi, bir tərəfdən havasızlıq. Bilirdim ki, Şamaxıda belə bir kənd var. Sovetlər dönəmində bu kənddə bir dənə də azərbaycanlının məskunlaşmasına imkan verilməzdi, hamısında ruslar-malakanlar yaşayırdı. Tale elə gətirdi ki, xeyli kəlbəcərlini burda yerləşdirmək mümkün oldu. Elə o vaxtdan da mən də taleyimi buralara bağladım və yerlilərimlə Kəlbəcərin həm yoxluğuna ağı dedik, həm də yaxşı günlərimizi xatırlayıb bir daha itirdiklərimizin qədir-qiymətini bildik. Sağ olsunlar, kəlbəcərlilər mənim burda olduğum yay aylarında darıxmağa, vətənsizlikdən sacdakı buğda dənəsi kimi sovrulmağa qoymadılar. Süd-qatıqla, qaymaqla da ailəmizi təmin edirlər, özü də bunu bir mənəvi borcluluq əlaməti kimi deyil, ürəkdən edirlər. O dediyiniz və gördüyünüz aşıqlarsa bizim bir parçamızdır. Kəlbəcəri, kəlbəcərliləri sazsız-sözsüz təsəvvür etmək mümkünmü? Saz-söz Kəlbəcərin vizit kartıdır, çox şükürlər ki, Kəlbəcəri itirsək də nə sazı,nə sözü yadırğamadıq, əksinə, saza nisgil, sözə həsrət qatdıq.

 - Sizinlə buralarda piyada və maşınla gəzdiyimiz bir neçə saat ərzində həm yerli camaatın, həm də şəhərdən istirahətə gələnlərin sıcaq münasibətini gördük. Hətta maşınlarını saxlayıb, Sizinlə görüşən xeyli sayda adam oldu. Burda tanınmış məmurların da villaları var. Qonşularınızla necə təmaslarınız olurmu?

 - Mənimki sadə insanlardı, onlarla söhbətdən zövq alıram. Dediyiniz məmurlara gəldikdə isə onlarla əl tutub görüşmək yox, rastlaşanda uzaqdan-uzağa ingilis kimi başımızla salam veririk. Onlar da başa düşür ki, ayrı cür mümkün deyil, mən də. Bir də hətta mənə yaxınlaşıb hal-əhval tutmaq istəyəndən də qaçıram, düşünürəm ki, gəlib bu dağın başında niyə ona problem yaradım, sonra başın ağrıdıb verdiyi salama görə atasını yandırsınlar. Elələri də var ki. ürəklə yaxınlaşıb ikiəlli salamlaşırlar, oturub çay içirik, nərd oynayırıq. Bir də görürsən ki, bir neçə gün öncə səninlə nərd atan adam üzbəüz gəlməkdən çəkinir, səndən uzaq qaçır. O saat bilirəm ki, nəsə yeni xəbər alıblar, yəni hakimiyyət mənə qarşı sərtləşdiyindən ehtiyatı əldən vermək istəmirlər.

 - Həyat belədir ki, nə illah etsək də, şəhərdən qaçıb dağ başına çıxsaq da siyasətdən qaça bilməyəcəyik. “Axırıncı aşırım”da Abbasqulu ağanın Kərbəlayi İsmayıla verdiyi sualı təkrarlamaq istərdim: İsgəndər bəy, ilin-günün bu vaxtında, seçkilərin qapının ağzını aldığı bir dönmədə bu nə yaylağa çıxmaqdı?

 - Milli Şuranın üzvü kimi qurumun bütün sessiyalarında iştirak etmişəm. Hələ ki, seçkilərə rəsmi start verilməyib, nə vaxt işə başlayacağıq, hamıdan çox elə biz işləyəcəyik. Mən orda çıxışımda da demişəm, neçə ki, Rüstəm İbrahimbəyov gəlməyib, fəaliyyət yalnız söz deyişməsidir, o gələndən sonra kimin işlədiyi, kimin baş qatdığını görəcəksiniz, o zaman qiymət verə biləcəksiniz. Təbii ki, seçkilərə rəsmi start verildikdən sonra Milli Şuranın bütün qərarlarına sözsüz tabe olaraq yorulmadan, usanmadan çalışacağıq.

 - Burdan baxanda paytaxtdakı proseslər bəlkə də daha aydın görünür. Dəyişiklik qoxusu varmı?

 - Öncə onu deyim ki, əyalətlərdəki insanların başları gündəlik gün-güzəranlarına qarışsa da Bakıda oturan bir çox siyasətçi bəylərdən uzaqgörən və diribaşdılar. Birmənalı olaraq regionlarda yaşayan əhali Milli Şuranın yaranmasını alqışlayır və dəstəkləyirlər. Ancaq Milli Şura daxilindəki qeyri-sağlam mühiti, inamsızlıq yaradan addımları da qınayırlar. Şamaxıya gəldikdə isə unutmayın ki, qonaq gəldiyiniz bu rayon sıradan bir əyalət rayonu deyil. Şamaxı 350 il Azərbaycanın mədəniyyət paytaxtı olub. Bakıda oturan bərk gedən ziyalıların əslini kökünü axtarsan çoxundan Şamaxı qarışığı çıxar.

 - Camaatın hakimiyyətə münasibəti necədir?

 - Təkcə Şamaxıda deyil, bütün ölkədə əhalinin 90 faizi bu hakimiyyətdən narazıdır. Özü də bu narazılıq artıq boğaza yığılmaq həddinə çatıb. Hamı həsrət və intizarla dəyişiklik gözləyir. Hamıyla söhbətdə həmrəy bir fikir yaranır- belə davam edə bilməz.

 - İsgəndər bəy, adətən Siz hansısa rayona gedəndə də polis təqibi ilə üzləşirsiz. Şamaxıda da belə olurmu, yoxsa Sizə bir yerliləri kimi yanaşırlar?- Şamaxıda belə bir narahatçılıq hiss etməmişəm. Təbii ki, izlənmək məsələsi qalır. Deyim ki, mənimlə görüşüb bura gəlmə səbəbimi də soruşublar. Demişəm ki, mən bura sadəcə dincəlməyə gəlmişəm, siyasi ab-hava dəyişməyə yox. Mənimlə bağlı ən xoşagəlməz situasiya bu günlərdə Gəncədə, qardaşım Zakirin il mərasimində yaşandı. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə bütün gəncəlilərə təşəkkür edirəm. Hökumət küçədə mağar qurmağa imkan vermədi, qurulmuş mağarın sökülməsi

tələb olundu. Hansı ki, mərkəzi küçə də deyildi. Gecəykən bir çox gəncəli gəldi və dedilər ki, eybi yoxdur, siz küçədə stulları düzün, kimsə cəsarət edib maşınla bu küçədən keçməz. Səhər sat 9-dan axşam 8-dək minlərlə gəncəli gəlib bir neçə dəqiqə yanımda dayanıb həmrəyliyini bildirir, başsağlığı verib gedirdilər. Zarafatla deyirdim ki, bilmirdim məni bu qədər çox istədiyinizi, cavab verirdilər ki, biz təkcə Sizə görə deyil, bunların hərəkətinə görə həmrəylik göstəririk. Sonradan araşdırma apardım ki, nə vaxtsa Gəncədə kiminsə yas keçirməsinə imkan verilməyib ki. Bəlli oldu ki, yalnız bir dəfə, Cavad xan qətlə yetiriləndə gəncəlilərin yas mərasimi verməsinə rus generalı Sisianov icazə verməyib ki, yası özüm verəcəm. Cavad xanın arvadı etiraz edib ki, sən kimsən ona yas verəsən. Nəticədə yas verilməsinə imkan verməyiblər, yalnız gizli şəkildə evlərdə yas veriblər. O vaxtdan bəri ikinci dəfə mənə imkan vermədilər. Bəyənmədiyimiz sovet hökumətində də belə şeylərə getmirdilər, milli adət-ənənəyə hörmətlə yanaşırdılar.

 - Sizə bu münasibət nədən qaynaqlanır?

 - Allahşükür Paşazadə bu günlərdə demişdi ki, məscidlərdə iftar süfrəsi zamanı siyasi söhbətlər etməyə imkan verilməyəcək. Gəncədəki olay da yerli hakimiyyətin sırf əndişəsindən, qorxaqlığından qaynaqlanır. Görün dünyanın harasıdır ki, mağarı da şərtlə qurmağa icazə verirlər ki, içəridə siyasi söhbətlər etmək olmaz və camaat gələndə onlara heç bir söz demə. Yaxşı, mənə “Allah öləninə rəhmət eləsin” deyənlərə deməyim ki, evinizə şadlıq apar?

 - Dedilər ki, qadağa göstərişi kim tərəfindən verilib?

 - Heç nə demədilər, Gəncənin axundu Seyid Tahir Qarabağinin qardaşı var, polisdi, o başının dəstəsiylə gəlmişdi. Özü də məqsədləri qarşıdurma yaratmaq idi, ancaq imkan vermədim.

 - Cəmiyyətdə hamının gözlədiyi barış mühitindən hətta bu Ramazan günlərində istifadə edilmədi, bəla burasındadır ki, heç müxalifətin öz daxilində də vəziyyət fərqli deyil. Tutaq ki, niyə Milli Şura bir iftar süfrəsi təşkil edib həmin qurumda olmayan digər müxalif liderləri də bir araya gətirmir, buna da hakimiyyət imkan vermir?- Bizdə iftar süfrələri də şöhrət-şan üçün verilir. İftar məclisləri kasıb-kusuba, əlsiz-ayaqsıza verilər, boynuna örkən dolanmayan harınlara yox. Bu gün şeyx görün kimlərə iftar süfrəsi açır. Bunu Allah qəbul edərmi heç? Heç vaxt qəbul eləməz. Müxalifətə gələndə isə heç araşdırmısınız ki, onların neçəsi oruc tutub namaz qılır? Çox cüzi hissəsi, belələrinə nə iftar?

 - Ən azından bir ilahi bəhanədir ki, mühit mülayimləşsin. Bəlkə bir təşəbbüslə çıxış edib onları bir yerə yığasınız?

 - Qətiyyən. Mən Allahdan qorxuram, dini-məzhəbi bilinməyənləri bir yerə toplamaq xeyir əvəzinə zərər gətirər. Mən kafirə iftar süfrəsi aça bilmərəm.

 - Milli Şurada da kafirlər var?

 - Nəinki Milli Şurada, Azərbaycanın 80 faizi kafirdir. “Allah” deməklə bəndə olmaq mümkünmü? İnsan oğlu oruc tutmur, namaz qılmır, cihad eləmir.

 - Siyasətçinin cihadı nədir?

 Siyasətçinin cihadı haqsızlığa qarşı mübarizənin önündə olmaq.

- Kabinetdə, yoxsa meydanlarda?- Küçələrdə, meydanlarda. Ancaq söhbət dinc mübarizədən gedir. Konstitusiyanın imkan verdiyi bütün yollar bu zaman məqbuldur. Bu yolda ölmək də şəhidlik kimidir.

 

Oxşar xəbərlər
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO