1991-ci ilin sonunda 366-cı alayın Ağdamdan keçib Azərbaycanı tərk etməsinə kimlər mane oldu?..
Oxunub: 7006
04 Mar 2020 | 20:34
1991-ci ilin sonunda 366-cı alayın Ağdamdan keçib Azərbaycanı tərk etməsinə kimlər mane oldu?..
“Kimlər idi 366-cı alayın qabağını kəsib onu respublikanın ərazisindən çıxıb getməyə qoymayanlar?..   Alayın Xankəndidən çıxıb getmək xəbərini eşidəndə ermənilər matəm libası geyinərək yas saxlamışlar. Ümidlərini hər yerdən üzərək fəryad qoparıb hay-haray salmışdılar ki,  arxasız-köməksiz qaldılar. Ümid çıraqları söndü. Bəs bundan sonra nə edəcəklər?  Köçüb buradan getməkdən başqa çarələri qalmır...”  
Bu sətirlər 1991-ci ilin may-iyul aylarında Dağlıq Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi-milis əməliyyatının qərargah rəisi təyin olunmuş polkovnik Əzim Piriyevin «Yarımçıq qalmış “Ümid” əməliyyatı...” adlı sənədli povestindəndir. 

Polkovnik daha sonra yazır: 

“...1991-ci ilin axırlarında 366-cı alayın Xankəndidən çıxarılıb Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə  Moskva göstəriş verib. Həmin alay Xankəndidən çıxıb kolon halında Ağdam rayonunun ərazisindən keçib getmək istəyəndə onun qabağını kəsərək yolunu bağlamışdılar ki, guya alayın şəxsi heyətinin  və hərbi texnikasının belə  mütəşəkkil qaydada rayon ərazisindən keçib getməsi respublikanın müstəqilliyinə təhlükə ola bilər.  Ona görə də alayın kalonna halında getməsinə yol verilməyəcəkdir. Əgər alay kiçik hissələrə  bölünüb keçib getsə, maneçilik olmayacaqdır... 
Alayın komandanlığı  belə halın hərbi nizamnamənin tələblərinə uyğun olmadığını, kalonun mütəşəkkil surətdə, yəni hərbi texnkanın və canlı qüvvələrin hamısının birlikdə keçib getməsindən başqa ayrı variantın mümkün olmamasını bildirsələr də,  piketçiləri öz fikirlərindən daşındıra bilməmişdi... 

Vəziyyətin bu cür gərginləşməsi yuxarı rus komandanlığına məruzə olunduqdan sonra əmr verilib ki, əgər doğrudan da belədirsə, onda qayıdın əvvəlki yerinizə, yəni Xankəndinə və yenidən orada yerləşin...

Alayın qabağını kəsib  mütəşəkkil surətdə deyil, parçalanaraq bir tank – 10 əsgər, bir ZTR- 15 əsgər və s. halında keçməsi barədə tələbin absurdluğunu və heç bir məntiqə sığmadığını bu tələblə çıxış edənlər özləri yaxşı bilirdilər.  Bəs onda nə üçün bu cür tələblər irəli sürülürdü? Nə məqsədlə?..

366-cı alay yenidən  Xankəndinə qayıdanda ermənilər onları gül-çiçəklə, duz-çörəklə doğmalar kimi qarşılamışdılar. Onların şərəfinə ziyafətlər düzəldərək iki gün toy-bayram etmişdilər. Çünki bu alay onlara hava-su kimi  lazım idi. Bu alay vasitəsilə Xocalı soyqırımını tərədəcəkdilər, alınmaz qala olan Şuşanı alacaqdılar... Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,  Qubadlı, Zəngilan rayonlarını bir-birinin ardınca işğal edəcəkdilər... Bütün bunlar hamısı hələ irəlidə idi...
Axı bütün bunların arxasında kim dururdu? Deməli, düşmən bizim içərimizdə idi. Ermənilər öz işlərini inamla, bacarıqla görürdülər. Bəs bizim əməliyyatımız, əks-kəşfiyyatımız nə işlə məşğul olurdu, hara baxırdı?.. 

Təəssüflər olsun ki, bütün bu suallara cavab  hələ də tapılmayıb. Hamının başı hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Kürsü uğrunda ölüm-dirim savaşı gedirdi. Qarabağ isə onların gözü qabağında ədən gedirdi...”   

Bildiyimiz  və polkovnik Əzim Piriyevin də vurğuladığı kimi,  1985-ci ildən Xankəndidə dislokasiya olunmuş keçmiş 366-cı sovet moto-atıcı alayı Qarabağın işğalında, xüsusən Xocalı soyqırımında və Şuşanın zəbt edilməsində separatçı və işğalçı ermənilərə dəstək verməklə  hərbi əməliyyatlarda aparıcı rol oynayıb. Ona görə də bəhs edilən məqam torpaqlarımızın və 1 milyondan çox didərgin soydaşımızın taleyində həlledici bir nöqtə olub...  Çünki həmin alay vaxtında çıxarılsaydı, Xocalı soyqırımı da baş verməz və Qarabağın işğalı da baş tutmazdı...

Moderator.az əməkdaşı mövzu ilə bağlı  bəhs edilən kitabın müəllifi, istefada olan polkovnik Əzim Piriyevlə telefon əlaqəsi saxlayıb.  O, öz kitabında yazdığı məlumatları təsdiqləyib. 

“Təəssüf ki, həmin olayın  konkret  nə vaxt baş verdiyini xatırlamıram. Ancaq bilirəm ki, 1991-ci ilin sonunda olub və 366-cı alayın çıxarılmasının qarşının  alınması Azərbaycanın, xalqımızın gələcəkdə başına gələcək facilərin, o cümlədən Xocalı soyqırımının törədilməsində həlledici rol oynayıb”. 

“Bəs həmin alayın Ağdamda qarşısının alınmasını kimlər təşkil edib və kimlər bunu icra edib” sualına isə Ə.Piriyev “Təəssüf ki, bu haqda sonrakı dövrdə də dəqiq məlumat əldə edə bilmədik. Ona görə elə kitabımda da yazmışam ki, axı kimlər idi 366-cı alayın qarşısını kəsib Qarabağdan çıxmasını qoymayannlar. Axı həmin alayın çıxma xəbərini eşdidən kimi ermənilər yasa batmışdılar...” cavabını verib.

1990-1991-cı illərdə Xankəndidə  keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış Sadir Məmmədov isə özünün belə bir olaydan xəbərsiz olduğunu, lakin  polkovnik Əzim Piriyevi yaxından tanıdığı üçün onun olmamış fakt barədə danışa bilməyəcəyini düşündüyünü ifadə edib. 
“Ola bilsin, bu hadisə 20 Noyabr vertolyot faciəsindən sonra mənim Daxili İşlər nazirinin göstərişi ilə  həmin terakt zamanı həlak olmuş rus hərbçilərinin nəşlərinin Rusiyaya ailələrinə çatdırılması və dəfnlərində iştirak etməklə məşğul olduğum dövrə təsadüf etdiyindən məlumatım olmayıb. Bəhs edilən faciədən sonra isə 1991-ci ilin dekabrında artıq bizim Xankəndinə qayıtmağımız mümkün olmamışdı...” 

1991-ci ilin payızından Azərbaycanda AXC fəalı və deputat kimi Müdafiə Şurasının üzvü  olan sabiq Müdafiə naziri Rəhim Qazıyev belə bir olayı xatırladığını, lakin təfərrüatlarının yadında qalmadığını bildirib. 
“Mən polis polkovniki Əzim Piriyevin dediklərinin obyektivliyinə qətiyyən şübhə etmirəm. Çünki onu Qarabağda erməni yaraqlılarına qarşı mübarizədə fəal iştirak etmiş, DİN Cinayət- Axtarış İdarəsinin keçmiş rəisi kimi də işində peçəkar və obyektiv bir şəxs kimi tanımışam.  Eyni zamanda 366-cı alayın Ağdamda qarşısının necə kəsilməsini xatırlamasam da, əminəm ki, bu hadisə də digərləri kimi, Azərbaycandakı hakimiyyət və kürsü davalarının nəticəsi olub...”-deyə sabiq nazir vurğulayıb.

Qarabağ Azadlıq Təşkilatın  sədri Akif Nağı bildirib ki, oxşar bir açıqlamaya o illərdə Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi olmuş Əlisaab Orucovun da kitabında rast gəlib, lakin təfərrüatını xatırlamır. 
“Amma ola bilər ki, Ağdamda 366-cı alayın qarşısını kəsənlərin doğrudan da nəsə məntiqi bir əsası olub, sadəcə, rus ordu komandanlığı bunu bəhanə edib və alayı  əvvəlki dislokasiya yerinə Xankəndinə qaytarıb”- QAT sədri belə deyib.

Ağdamda böyüyüb boya-başa çatmış tanınmış Qarabağ qazisi, “Fred Asif” ləqəbli Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov belə bir olayın şahidi olmadığını söyləyib.  
“Ağdam camaatı heç vaxt bilə-bilə işğalçı rus alayının Azərbaycandan çıxarılmasına mane ola bilməzdi.  Belə bir hadisənin baş verə biləcəyi heç ağlıma sığışmır...”

Azərbaycanın taleyi üçün çox həlledici məsələ olduğu üçün bu mövzuda araşdırmamızı daavam etdirəcəyik. 

Oxucularımız arasında işğalçı 366-cı olayla bağlı bəhs etdiyimiz olayın şahidləri olan və ya bu haqda müfəssəl məlumatı olanlar varsa, bizimlə əlaqə yaratmalarını xahiş edirik.

Sultan Laçın  




Oxşar xəbərlər
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:02
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
19 Apr 2024 | 13:03
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
19 Apr 2024 | 13:00
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:02
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
19 Apr 2024 | 13:03
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
19 Apr 2024 | 13:00
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”