Əməkdar artist Mətanət İsgəndərli evini və avtomobilini kreditə alıb. Axşam.az-ın məlumatına görə, bu barədə müğənni “ATV maqazin” verilişinə açıqlamasında etiraf edib: “Evimi, avtomobilimi kreditlə almışam. Ümumiyyətlə, məbləği böyük nə varsa, kreditə müraciət edirəm. Bu, daha rahat olur. Az-az ödəyəndə adamın üstünə ağır yük düşmür. Banka borcumu vaxtında ödəyirəm. Hətta vaxtından tez bağlayıram. Çünki borclu qalsam, ürəyim partlayar”.
Görünür, sənətçinin borca düşməsinə təsir edən amillər olub. Bunlardan biri də onun vaxtilə sıcaq münasibətdə olduğu Mahir Abdullayevin itkin düşməsidir.
Qeyd edək ki, Mətanət İsgəndərli fəaliyyəti qadağan olunan ABU rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan əsas şəxslərdən biridir. Belə ki, Elşad Abdullayev qardaşının məhz Mətanətin evindən yoxa çıxdığını yazıb.
Müğənni ilə Mahir Abdullayev arasında qeyri-rəsmi evlilik münasibəti olduğunu isə əksər media orqanları yazıb.