Erməni general MSK-dan xəbərsiz Kəlbəcərdə  təbliğat kampaniyasına başladı…-FOTOLAR
Gündəm
3293
01 Mar 2020 | 11:20

Erməni general MSK-dan xəbərsiz Kəlbəcərdə  təbliğat kampaniyasına başladı…-FOTOLAR

Azərbaycan respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin üzəniraq “qəhrəman”ı 1988-1991-ci illərdə keçmiş Əsgəran rayon mərkəzinin və ətraf kəndlərin separatçıların nəzarətinə keçməsində, işğalında böyük rol oynamış general-mayor Vitali Balasanyan “prezident”liyə namizəd kimi işğal altındakı Kəlbəcər rayonunda təbliğat kampaniyasına başlayıb.
Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı əlumata görə, V.Balasanyan Kəlbəcər rayon mərkəzində,  “Nor Verinşen” adlandırılmış Çaykənd, “Nor Bracur” adlandırılmış  Qılınclı, “Zuar” adlandırılmış Zar və s. kəndlərdə sülənən erməni “seçici”lərlə görüşüb. 

İşğalçı general öz “seçki” platformasında Azərbaycan ordusu ilə təmas xəttində olan Kəlbəcər, Xocavənd, keçmiş Ağdərə rayonlarının, eləcə də dünyaya  guya “Azərbaycanın işğalı altında olduğu” təbliğ edilən “Getaşen”- Çaykənd “alt rayonu” ərazilərinə xüsusi diqqət ayıracağını bəyan edib.
 
P.S. Xatırladaq ki, Azərbaycan Respublikasının  Mərkəzi Seçki Komissiyası işğal altındakı ərazilərimizdəki faktiki seçki proseslərinə nəzarət etmək imkanından məhrumdur...

Sultan Laçın 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər