Xəbər lenti
08/04/2020 [20:16]:
"ƏƏSMN-nin vətəndaş məmnunluğu üçün gördüyü işlər ayrıca bir söhbətin mövzusudur"
08/04/2020 [20:15]:
Mnatsakanyan Lavrova zəng etdi
08/04/2020 [20:14]:
Koronavirus müalicəsində ümidverici inkişaf - 10 xəstə sağalma mərhələsindədir...
08/04/2020 [19:45]:
Nazirlər Kabineti rəsmisindən bank kreditləri ilə bağlı AÇIQLAMA
08/04/2020 [19:32]:
Rusiya hərbçilərinin sanitar qismində  Qarabağa soxulmaq ehtimalı da meydana çıxdı…
08/04/2020 [19:31]:
İranı koronavirusla yox etmək... – Şok plan
08/04/2020 [19:26]:
Azərbaycanda koronavirusa yoluxanlardan 37-nin durumu ağırdır
08/04/2020 [19:24]:
Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldlı
08/04/2020 [19:10]:
Koronaviruslu xəstələrdən 37-nin vəziyyəti ağırdır, onlardan 20-dən çoxu “Yeni klinika”da müalicə alır
08/04/2020 [19:06]:
Azərbaycanda karantinə yerləşdirilənlərin sayı açıqlandı
08/04/2020 [19:06]:
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxdu - RƏSMİ
08/04/2020 [19:05]:
Azərbaycanda koronavirusa yoluxan 84 yaşlı şəxs sağalıb
08/04/2020 [19:04]:
TƏBİB sədri: "Koronavurusu yayanlar daha çox xəstəlik əlaməti olmayan şəxslərdir"
08/04/2020 [19:03]:
Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?
08/04/2020 [19:01]:
"Özünə ziyalı deyən xanımın belə bir böhtançı adını öz üzərinə götürməsi düşündürücüdür"
08/04/2020 [18:59]:
Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...
08/04/2020 [18:53]:
Ramin Bayramlı: "Modul tipli xəstəxanaların qurulmasına başlanılıb"
08/04/2020 [18:52]:
Keçmiş nazir müavini Paşinyanı məhkəməyə verib – Böhtana görə
08/04/2020 [18:52]:
Mer arvadını həbs etdirdi: karantinə görə...
08/04/2020 [18:39]:
Yoluxma riski böyük olan ərazilər açıqlanıb
08/04/2020 [18:37]:
PA rəsmisi: "Ərzaq tədarükü ilə bağlı tapşırıqlar verilib”
08/04/2020 [18:32]:
“ İnsan kasıbla, yetimlə, kimsəsizlə özünü reklam edər?! ” – Kamil Zeynallı
08/04/2020 [18:31]:
Qara dəliyin görüntüsü yayıldı - VİDEO
08/04/2020 [18:26]:
“Namazı məsciddə qılmaq vacib deyil” - İlahiyyatçı
08/04/2020 [18:24]:
Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var - Nazirlər Kabineti
08/04/2020 [18:22]:
Azərbaycanda bir tibb işçisi koronavirusa yoluxub
08/04/2020 [18:16]:
Prezident qələbə vəd etdi: “Koronavirusa qalib gələcəyik!”
08/04/2020 [18:14]:
Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər - RƏSMİ AÇIQLAMA + VİDEO
08/04/2020 [18:04]:
“İcazəsiz”
08/04/2020 [18:00]:
QHT Şurasında növbəti ictimai müzakirə "Koronavirusla bağlı tibbi maarifləndirmə" mövzusuna həsr olunacaq
08/04/2020 [17:48]:
TƏBİB sədri həyəcan təbili çalır: “Bu halda bizi acı nəticələr gözləyə bilər”
08/04/2020 [17:44]:
Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatının həcmi açıqlanıb
08/04/2020 [17:34]:
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub
08/04/2020 [17:30]:
“Dondurma yeməsinə qadağa qoyulmuş uşaq kimi küsməyin” - Zelenski
08/04/2020 [17:27]:
"Onların günahı azərbaycanlı olmaları idi..." - Ağdaban soyqırımından 28 il ötür + VİDEO
08/04/2020 [17:26]:
“Sərhədlər bağlansa da, müstəsna hallar olur, son iki gündə Rusiyadan cənazələr gətirilib”
08/04/2020 [17:21]:
Bakıda ağır yol qəzası baş verib, xəsarət alan var -VİDEO
08/04/2020 [17:20]:
Ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb - Operativ Qərargah
08/04/2020 [17:17]:
Azərbaycan millisinə görə federasiyaya pul ödəniləcək
08/04/2020 [17:16]:
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
08/04/2020 [17:16]:
Karantinə görə cəzalandırılanların sayı açıqlandı
08/04/2020 [17:14]:
Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb
08/04/2020 [17:13]:
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb
08/04/2020 [17:03]:
Ağdaban soyqırımından 28 il ötür
08/04/2020 [17:01]:
“Ölkə başçısı xalqa müraciətində gələcək fəaliyyətimizə kifayət qədər aydınlıq gətirib...”
08/04/2020 [17:00]:
Milli Məclisin növbəti plenar iclası sabah keçiriləcək
08/04/2020 [16:59]:
Boris Consonun səhhəti barədə son AÇIQLAMA
08/04/2020 [16:59]:
OPEC+ ölkələrinə qarşıdakı aylar üçün neft bazarının inkişaf ssenarisi təqdim edilib
08/04/2020 [16:20]:
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
08/04/2020 [16:15]:
Bu rayonlar üzrə pensiyalar köçürüldü - YENİLƏNİB
08/04/2020 [16:14]:
“Koronavirusla mübarizədə ikinci və daha çətin mərhələyə başlayırıq” - Ruhani
08/04/2020 [16:14]:
Dövlət Agentliyinin səlahiyyətləri artırıldı - FƏRMAN
08/04/2020 [16:06]:
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı artdı
08/04/2020 [16:04]:
Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu
08/04/2020 [16:03]:
Tibbi tullantıların utilizasiyası necə həyata keçirilir?
08/04/2020 [15:57]:
“Yaxın bir neçə il üçün doğum göstəriciləri aşağı düşə bilər” - Koronavirusa görə
08/04/2020 [15:56]:
"Akif Çovdarovun bundan sonrakı işi..." - Təhlükəsizlik zabiti MTN generalının hədəfini açıqladı
08/04/2020 [15:53]:
Baş nazir Milli Məclisə videohesabat verəcək
08/04/2020 [15:46]:
"59 yaşında, ailəli bir müəllimin məktəbli qıza təcavüz etməsi əclaflıqdır..."
08/04/2020 [15:35]:
Pandemiya elan edən ÜST-ün emblemində 13 yəhudi qəbiləsi və 33 masonluq dərəcəsi rəmzləri?.. 
08/04/2020 [15:27]:
Koronavirusla bağlı mübahisəli məsələlər haqqında RƏSMİ AÇIQLAMA
08/04/2020 [15:16]:
Ronaldoya kim sahib çıxacaq?
08/04/2020 [15:05]:
"Karantin qaydalarını lağ obyektinə çevirənlər düşüncəsiz insanlardır"
08/04/2020 [15:01]:
İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
08/04/2020 [15:00]:
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
08/04/2020 [15:00]:
“Qısa müddətdə tibbi maska və dezinfeksiyaedici maddələrin istehsalına başlanılması təqdirəlayiqdir”
08/04/2020 [14:58]:
Məşhur müğənni koronavirusdan öldü
08/04/2020 [14:48]:
“Facebook” cütlüklərə yeni sosial şəbəkə təqdim etdi
08/04/2020 [14:40]:
Yeri pandemiya bürüdü, ABŞ-la Rusiya Ayı və Marsı tutmaq üçün mübarizəyə başladı
08/04/2020 [14:38]:
İspaniyanın bu qəsəbəsində korona yoxdur – Səbəb
08/04/2020 [14:36]:
Araz Ağalarov: “Karantindən çıxmaq lazımdır...”
08/04/2020 [14:33]:
ÜST-nin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlandı
08/04/2020 [14:32]:
ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
08/04/2020 [14:18]:
İranda koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
08/04/2020 [14:16]:
İspaniyada pandemiya qurbanlarının sayı 14,5 mini ötdü
08/04/2020 [14:10]:
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq
08/04/2020 [14:07]:
Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edildi
08/04/2020 [14:04]:
Ermənistanda koronavirusdan ölənlərin sayı 9-a çatdı
08/04/2020 [13:59]:
Bu ölkə geri dönən vətəndaşlarını sərhəddə ATƏŞLƏ QARŞILAYIB
08/04/2020 [13:50]:
İradə İbrahimova: "Toya gedə bilmədiyim üçün ATV mənə qadağa qoydu”
Bütün arxiv bir sırada
26/02/2020 [15:01] - Cəmiyyət - ( 675 dəfə baxılıb)

Xocalı faciəsi Azərbaycana 170 milyon dollardan çox ziyan vurub - RƏSMİ



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə bəyanat yayıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal olunub.

Qeyd olunub ki, bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qalıb.

“Sözügedən təcavüz zamanı azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədildi. Bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.

Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub”,-deyə bəyanatda bildirilib.

Birgə bəyanatda Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi haqqında da məqamlar vurğulanıb.

“Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımının törədilməsində iştirakı tam sübuta yetirilib.

Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib. O cümlədən 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Xocalı soyqırımından bir il sonra, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməzliyini təsdiq edən dörd (822, 853, 874, 884 saylı) qətnamə qəbul etdi.

Beləliklə, Ermənistanın ərazi iddialarına və əməllərinə cavab olaraq Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi və bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Bu mövqe çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində də öz əksini tapır.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.

2020-ci ilin fevral ayında Azərbaycan Hökumətinin müraciəti əsasında tanınmış beynəlxalq hüquq eksperti Malkolm Şou tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hesabat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub.

Əsas faktları, tarixi arayışı, beynəlxalq humanitar hüququn ümumi çərçivəsini və Ermənistanın məsuliyyətinin təhlilini ehtiva edən hesabatda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər araşdırılır, o cümlədən, Xocalı qırğını insanlığa qarşı cinayət və soyqırımı kimi xarakterizə olunur. 

Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmaqda davam edir.

Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla, silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Rəsmi Yerevan Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdəki hərbi mövcudluğuna görə məsuliyyəti təkzib etməklə yanaşı, hətta Xocalı qırğınının guya ki, Azərbaycanlılar tərəfindən öz vətəndaşlarına qarşı törədildiyini utanmadan iddia edir və bununla əlaqədar, Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibovun Rusiya KİV-ə verdiyi müsahibəsinə istinad edir. A.Mütəllibov dəfələrlə ona edilən bu istinadların yalan və iftira olduğunu, Xocalı qətliamının ermənilər tərəfindən törədildiyini  bəyan edib.   

Məlumdur ki, Ermənistan əvvəlki rəhbərliyinin bəzi nümayəndələri, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə, Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak ediblər.

Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq”.

Danılmaz faktdır ki, bu gün ən qatı beynəlxalq cinayətlər, o cümlədən, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə onun indiki və ya əvvəlki hər hansı statusu immunitet verə bilməz.

Hazırda Ermənistanda öz xalqına qarşı müxtəlif cinayətlərin törədilməsi ittihamları ilə barələrində istintaq və məhkəmə prosesləri aparılan şəxslərin Azərbaycan xalqına qarşı ən ağır cinayətlərin törədilməsinə görə də məsuliyyətə cəlb edilməsi həm beynəlxalq ədalətin bərqərar olunması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla danışıqlar vasitəsilə nizama salınmasına mühüm töhfə verə bilər”.

Bəyan olunub ki, Azərbaycan Respublikası milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlərin cəzasızlığa son qoyulmasına əmindir.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”.

Koronavirus müalicəsində ümidverici inkişaf - 10 xəstə sağalma mərhələsindədir...
Müsəlləyə çıxmaq nədir və bu necə olmalıdır?
"Qeyri-mümkün sanılan şey doğrudan da mümkün oldu – bir virus bütün dünyanı alt-üst etdi..."
Koronavirus müalicəsində bir ilk: Virusa qalib gələn həkim donor oldu...
Mübahisə etdiyi qonşusunu öldürən müəllim intihar etdi - FOTO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...
Gündəm
Prezident qələbə vəd etdi: “Koronavirusa qalib gələcəyik!”
Cəmiyyət
“Robinzon Kruzo kimi tək, darıxdırıcı həyat yaşayıram” - Əli Mirəlieylə “Evdə qal” söhbəti...
Cəmiyyət
“Bu, Allahın bəlası olduğu üçün Çindən, Amerikadan yox, Ondan kömək istəməliyik...”
Dünya
"Koronavirus ABŞ-da qaraları öldürür" –“BBC”
Yazar
Seymur Əliyev
Bizi nəinki koronavirus, hətta cəhənnəm belə dəyişə bilməz
İlham İsmayıl
Dünya dəyişəcək, Qarabağ siyasəti necə?
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası - Dördüncü yazı...
Şahin Quliyev
Koronavirus bizə nəyi sübut etdi?
Bəsti İsmayıl
"Kəlbəcərə borcum var, bacardığım şəkildə qaytarmağa çalışıram..."
Sultan Laçın
Allahın bu vədini unutmayaq: “HƏR ÇƏTİNLİKDƏN SONRA BİR ASANLIQ GƏLƏR!..”
Həftənin ən çox oxunanları
Bill Geyts və masonların kirli oyunları haqqında: Karantindən sonra nə olacaq...?
Türkün Çini kövrəldən, İtaliyanı göz yaşlarına boğan insanlıq dərsi
Dünyanı yenidən bölmək üçün... - Lukaşenkodan şok
48 saat içində "COVID-19"-un "atasını yandıran" dərman tapıldı - İVERMECTİN...
Kişi arvadını həyətdə yad adamla tutdu, cinsiyyət orqanın kəsdi - 18+VİDEO
Mütəxəssislər koronavirusun zəif nöqtəsini tapdı...
Putinin kurs yoldaşı onu koronavirusu dünyaya yaymaqda suçladı - ŞOK İTTİHAM...
Koronavirusu ilk dəfə aşkarlayan həkim hər şeyi açıqladı və yoxa çıxdı - FOTOLAR
Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTOLAR
İradə Zeynalova hər kəsi şoka saldı: “Rusiyada 40 min nəfər koronavirusdan ölüb” - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247