“Mənim spiker olduğum ölkədə heç kəs at oynada bilməzdi...” - MÜSAHİBƏ
Oxunub: 5141
26 Jul 2013 | 19:24
“Mənim spiker olduğum ölkədə heç kəs at oynada bilməzdi...” - MÜSAHİBƏ
“Milli Şuranın vahid namizədini müəyyənləşdirməsi uzun və qaranlıq  tunelin axırında şam işığına bənzər bir işartının yaranmasına səbəb olub”

Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ölkədə baş verən ictimai-siyasi durumla bağlı Moderator.az-ın suallarını cavablandırıb.

- Heç kim sizin Azərbaycana dönmək istədiyinizə şübhə etmir, ancaq məsələ burasındadır ki, bunu sadəcə bir sıravi mühacir yox, prezidentliyə iddialı şəxs istəyirsə, o hətta turana da getməyə hazır olmalıdır.

- Siyasət mümkün olanı həyata keçirmək sənətidir. Əgər mənim ölkəyə qayıtmağıma imkan verilmirlərsə, bunu necə edə bilərəm? Tarana getmək, özünü ölümün ağzına atmaq, intihar etmək və s. kimi yollar sizə doğru yol kimi görünə bilər. Ancaq mənim gəldiyim istənilən təyyarəni Azərbaycan aeropotllarının heç birinə buraxmırlar. Fərqi yoxdur, istər çarter olsun, istərsə də başqa kompaniyaların uçaqları. O təyyarələri ya RF-na, ya Gürcüstana  ya da Ermənistana göndərəcəklər. Necə ki, 2005-ci ildə belə etmək istəyirdilər. Mən həmin ölkələrdən dağlarla sərhədi keçib, Azərbaycana daxil olmalıyam. Ümumiyyətlə,  mənim onların ölkələrindən Azərbaycana getməməyim şərti ilə ora getməyimə icazə verirlər.  Ã–lkədə mövcud olan anti-demokratik rejimə qarşı qələbə qazanmaq amalıyla yola çıxmışam və qələbəni uğrunda əlimdən gələni etməyə çalışıram. Bu qələbə yalnız mənim fədakarlığımla, mübarizə əzmimlə əldə edilə bilməz. Bu gün bütün Azərbaycan ictimaiyyəti bu rejimin dəyişilməsini istəyir, amma hamı fədakarlığı başqa ünvanlarda axtarır. Gah xarici dəstəyə, gah xaricdə yaşayan “ağ atlı oğlan”a inanır. Bu cür inanclar realist fundamentə əsaslanmır. Ağ atlı oğlanlar yalnız nağıllarda olur. Azərbaycan xalqının hər bir vətəndaşı bu əsatirlərdən qurtulub ağ atlı oğlan qismində başqasını yox, özünü görməyənə qədər rejim üzərində qələbə çalmaq da mümkün olmayacaq. Heç kim bu mübarizə üçün əlindən gələni əsirgəməməlidir. 

- Milli Şuranın ikinci namizədinin olmasına qarşı çıxmağınız nəylə bağlıdır?
 
- Mən axı nə demişəm? Vahid namizəd məsələsinə qarşı atılacaq addımın mümkün təhlükələrindən danışmışam. Bunu demədən səhv addımımızı düzəldə bilmərik. İstənilən bir işin düzgün nəticə verməsi üçün mütləq polemikalar aparılmalıdır. Bir sıra adamlar var ki, onların məqsədi müxalifətin ümumi işini pozmaqdır. Onların bu dağıdıcı fəaliyyətlərinə qarşı heç nə deməsək də bir bəhanə tapıb, mütləq öz missiyalarını yerinə yetirəcəklər. Belə dağıdıcı qüvvələrdən nə qədər tez aralansaq o qədər faydalı ola bilər. Bu mənada məsələlərin gündəmə gətirilməsində hələ gecikdiyimizi düşünürəm. Bir məsələni biz dərindən anlamalıyıq. Milli Şuranın vahid namizədini müəyyənləşdirməsi uzun və qara  tunelin axırında şam işığına bənzər bir işartının yaranmasına səbəb olub. Bu zəif şam işığını üfürüb söndürmək istəyirlər. Bununla da Azərbaycan xalqının taleyini söndürmək istəyirlər . Düşünürəm ki, gərək bir qədər də kəskin söyləməli idim. Başa düşmək lazımdır, söhbət nə İsa Qəmbərin, nə də onun ətrafındakıların taleyindən getmir. Bir insan kimi mənim onlara heç bir pritenziyam yoxdur. Bu xalqı rejim ələ salır, ikrahla baxır, adam yerinə qoymur, bu tərəfdən də müxalifət düşərgəsindən kimlərsə belə davam etməsinə şərait yaradır. Məgər bununla barışmaq olarmı? 20 ildir ki, hakimiyyəti ittiham edirik, sual verilməlidir ki, bəs bu illər ərzində biz nə etmişik? Belə bir vəziyyətdə yumruq kimi birləşmək lazımdır. 

- Arif Hacılı sizi mafioz adlandırıb və AXC hakimiyyəti dövründə çoxlarının sizi elə bu cür tanıdığını iddia edib. Təkrar olsa da lütfən cavab verin, sizin baş nazirin müavinliyə gedən yolunuzda kimlər maneə olub, kimlər sizə dəstək verib? Ümumiyyətlə, İsa Qəmbərlə həmin dövrdə əlaqələriniz hansı səviyyədə olub?  

- Məsələ ondadır ki, mən bu bəylərdən fərqli olaraq heç vaxt öz karyeramdan ötrü heç kimlə danışıq aparmamışam. Mən öz gücümə inanan adamam, heç vaxt vəzifə naminə kiməsə yol axtarmaq barədə düşünmərəm. H.Əliyev, K.Bağırov, Ə.Vəzirov,  A.Mütəllibov, Ə .Elçibəy və yenidən H.Əliyevlə heç vaxt vəzifə barədə söhbət etməmişəm. Mən Neft Kompaniyasına vitse prezident təyin olmağımı radiodan eşitmişəm, heç kim məndən hətta soruşmayıb da. Bir neçə gün heç gedib o kabinetdə də oturmamışam. Sonra deyəsən, S.Bağırov zəng edib, “niyə gedib, kabinetində oturmursan”, deyə soruşdu. Mən ondan soruşdum ki, mənim rəyimi öyrənmədən məni bi vəzifəyə kim təyin edib? O, da mənə cavab verib ki, bunu prezidentdən soruş. 
Baş nazirin müavini vəzifəsinə təyinatıma gəlincə, Pənah Hüseynov mənə zəng edərək bildirdi ki, bu vəzifəyə təsdiq olunmağım üçün parlamentə getməliyəm. Ona cavab verdim ki, “nə baş nazirin müavini?”, o isə qayıtdı ki, artıq prezident bununla bağlı təqdimat göndərib. Bundan sonra İsa Qəmbərlə  Milli Məclisdə görüşdüm, o dedi ki, bəy, deputatlarla ayrı-ayrılıqda söhbət etmək lazımdır ki, sizə səs versinlər. Mən isə buna etiraz olaraq söylədim ki, heç bir deputatla heç bir danışıq aparmaycam, bu mənə lazım deyil. Təsdiqləyirlərsə təsdiqləsinlər, istəmirlərsə özləri bilər. Səhərisi günü mənim vəzifəyə təyin olunmağımla bağlı təqdimatımı oxudular. Mən tribunaya çıxaraq, dedim ki, kimin sualı varsa verə bilər, heç kim sual vermədi. Bununla da səsə qoydular və təsdiqləndim. Oradan bibaşa kabinetimə gəldim və həmin andan işləməyə başladım. Eyni proses Milli Məclisə sədr seçiləndə də təkrarlandı.

- İsgəndər Həmidov Moderator.az saytına deyib ki, Arif Hacılı yalan deyir, Rəsul Quliyevlə bağlı o vaxt kimsə cinayət işi qaldırmaq niyyətində olmayıb, ancaq o vaxt onun rəhbərlik etdiyi zavodda bəzi qanunsuzluqlar üzə çıxsa da konkret olaraq Rəsul Quliyevin adı bu məsələdə keçmirdi. Sirr deyilsə zavodda nə baş vermişdi?
 
- Zavodda heç bir şey baş verməmişdi, camaat orta səviyyədən azı iki dəfə yaxşı yaşayırdı. Sadəcə olaraq, mənim artan nüfuzum E.Məmmədovla dostluq əlaqələrim və H.Əliyevlə yaxınlığım bəzi adamları təşvişə salmışdı.Ümumiyyətlə, mən işlədiyim yerlərdə heç vaxt heç nə baş verə bilməz, çünki heç vaxt rüşvət almaq və ya çirkin yolla pul qazanmaqla məşğul olmamışam,daha doğrusu istəsəm də bacarmaram. Ancaq biz azərbaycanlıların mentalı bir qədər fərqlidir. Məsələn, əgər sən işçilərə paylamaq üçün mebellər alıb gətirirsənsə gör bu işdən nə qədər pul qazanıb ki, belə bir iş görüb düşünürlər. Əgər kimlərisə müalicəyə və ya xaricdə oxumağa göndərib milyon dollarla pul xərcləyirsənsə gör pulu nə qədərdir ki, belə şeylərə pul səpələyir deyirlər. Ona görə də öz işçiləri üçün heç bir iş görməyən korrupsiya və rüşvətlə məşğul olan direktorların barəsində heç bir şey demirlər.


- Rüstəm İbrahimbəyovun namizədliyinə verilən beynəlxalq dəstək Sizcə yetərlidirmi?

- Mən həmişə demişəm, yenə də təkrar edirəm. Hər bir millət öz taleyini özü həll etməlidir. Xarici qüvvələr sadəcə ölkə əhalisinin iradəsiylə hesablaşa bilərlər və hesablaşmamaları da mümkün deyil. Odur ki, Rüstəm İbrahimbəyovun beynəlxalq dəstək alacağına inanıb mübarizədən soyumaq və ya xarici faktorlara arxayın olmaq doğru deyil.

- ACP rəhbərliyinin fəaliyyəti Sizi qane edirmi?

- Bu gün Azərbaycan siyasi həyatında anti-demokratik rejim mövcuddursa, deməli demokratik qüvvələr kifayət qədər güclü deyillər. Mövcud vəziyyətin yaranmasında heç kimin fəaliyyəti qənaətbəxş deyil, o cümlədən ACP-nin də. Lakin bütün partiyalar mövcud reallığa uyğun hərəkət edirlər. Ölkədəki reallıq bizə nə qədər mübarizə imkanı verirsə o qədər mübarizə aparırıq. ACP də bu mübarizənin önündə olan partiyalardandır. Buna baxmayaraq biz öz fəaliyyətimizlə razılaşa bilmərik, daha əzmlə çalışmalıyıq. 

- Xalqı meydanlara çıxarmaq üçün liderlər nə etməlidirlər?

- Liderlər ilk öncə mübarizə aparıb aparmamaq istəklərini üəyyənləşdirməlidirlər. Daha sonra mübarizənin ümumi metodlarını təyin etməli, bunu qəbul edənlərlə fəaliyyətə başlamalıdırlar. Kiminsə ümumi prinsiplərə əməl etmək istəyi yoxdursa, o dərhal strukturdan uzaqlaşdırlmalıdır. Bütün bunlardan sonra xalqın ayağına gedib, ölkəni gözləyən təhlükə haqqında onu məlumatlandırmalı və ümumxalq mübarizəsinə başlamalıdır. Bunu birdəfəlik yadda saxlamaq lazımdır ki, Azərbaycandakı proseslər seçki yoluyla həll edilməyəcək. Seçkiyə sadəcə təşkilatlanma fürsəti kimi baxılmalıdır. Yoxsa bütün hesablarını seçkilərdə qələbə çalmağa indeksləsək, xəyal qırıqlığına uğraya bilərik.


- Hakimiyyət Avropa Parlamentinin və ATƏT Parlament Assambleyasının seçkilərin monitorinqindən imtinasını sevinclə qarşılasalar da bəzi politoloqlar bunun inqilabın əlaməti olduğunu iddia edirlər. Yəni oktyabrda seçki yox, inqilab olacağı ehtimalı daha çoxdur. Bu ehtimalı paylaşırsınızmı?

- Fikrimcə, AP-nin monitorinqdən imtina etməsi onun ölkədə seçkilərin keçirilməyəcəyinə inanmalarından irəli gəlir. Hakimiyyətin indiyə qədər atdığı addımlar onların bu qənaətə gəlməsinə səbəb olub. Təsəvvür edin ki, bir tərəfdən müxalif qüvvələr həbs olunur, onlar müxtəlif repressiyalara məruz qalırlar, bir tərəfdənsə hakimiyyətin özü belə İlham Əliyevin seçki kampaniyası aparmayacağını bildirir. Bu etiraf hakimiyyətin seçkiləri saxtalaşdıracağına eyhamlarıdır. O zaman sual yaranır-seçki keçirilməyəcəksə, səsvermənin nəticələri saxtalaşdırılacaqsa və bu açıq şəkildə bəyan olunursa nəyin monitorinqi aparılmalıdır? 
Bir sözlə, bu imtinalar Avropa təşkilatlarının Azərbaycan xalqına göndərdiyi mesajdır. Aydın şəkildə “mənə bel bağlayıb yatma, qəflət yuxusundan oyan, taleyini özün həll edə bilərsən” deməkdir. Biz sənin yanında olacağıq ,qorxma deməkdir.

- Sizcə loru dildə desək, Vaşinqtonda və Moskvada İlham Əliyevin “qələmi sındırılıbmı”, yoxsa Azərbaycan mətbuatında dövriyyəyə buraxılan bu tip məlumatlar iz azdırmaqdır?

- Dünya tarixində hansısa ölkəni işğal etmədən prezidentinin “qələmini sındırmaq” heç vaxt olmayıb. Sözsüz ki, ABŞ İlham Əliyev rejimindən bir neçə səbəbdən narazıdır. Birincisi, insan haqlarını kobudcasına pozduğuna görə başı daim qalmaqaldadır. Siz gərək ölkələrin prezidentlərinə münasibətdə Ağ Evlə konqresin müxtəlif münasibətləri olduğunu gərək biləsiniz. İkincisi, korrupsiya və rüşvətlə ildə bir neçə milyard qara pulun yuyulması dünya iqtisadi sistemini pozur,üçüncüsü, bizim hökümət siyasəti öz şəxsi maraqları üzərində qurur, bu isə çox vaxt ABŞ-ın siyasəti ilə uzlaşmır.
RF-sı isə başqa səbəblərdən bu rejimdən narazıdır. Birincisi, Azərbaycanın RF”“nı enerji resurslarına yaxın qoymaması onları əsəbləşdirir,ona görə yox ki, nə isə mənfəət əldə etmək istəyirlər, sadəcə olaraq Azərbaycanı istədiyi vaxt yerinə oturda biləcək açarı itirirlər. İkincisi, korrupsiya və rüşvətdən oğurladığı pulları türk, ərəb  və Qərb ölkələrindəki insanlarla edirlər, ona görə də nəzarət açarlarını itiriblər. Üçüncüsü, hərbi sövdələşmələri əlbəttə böyük rüşvət almaqla RF ilə yox, İsraillə aparırlar. ABŞ-la əlaqələrini nizamlamaq şansı yoxdur. RF ilə onun xeyrinə, Azərbaycanın ziyanına bütün sahələrdə çoxmilyardlıq kontraktlar bağlamaqla əlaqələri nizamlamağa çalışacaq.
Ancaq hamı bilməlidir ki, azərbaycanlıların ilk aktiv hərəkatı həm ABŞ, həm də RF-nın Əliyev rejimindən təcili üz döndərməsi ilə qurtaracaq
 Ona görə də bir daha təkrar edirəm ki, Azərbaycan xalqı yalnız özünə güvənməlidir. 

- Putinin Azərbaycana səfəri gözlənilir, Sizcə rəsmi Bakıyla bazarlıq alınacaqmı?

-Bu gün İlham Əliyevin apardığı siyasət Azərbaycan hakimyyətini çıxılmaz dalana sürükləyib. Mövcud hakimiyyət korrupsiyayla, rüşvətlə, kürü diplomatiyasıyla indiyə qədər öz quyruğunu sudan çıxara bilirdi. Səbəb dünya dövlətlərinin Azərbaycan hakimiyyətinin ağıllanacağına, ölkədə islahatlar aparacağına inanışlarından irəli gəlirdi. İndi bu ümidlər tamamilə puç olub. İstər Rusiyada, istərsə də Avropada və Amerikada. Artıq xarici partnyorlar bizim siyasi hakimiyyətdən konkret mövqe ortaya qoymalarını tələb edirlər. Azərbaycan isə bu mövqeni qoya bilmir. Çünki mandatını xalqdan almayıb, xarici havadarları hesabına hakimiyyətə gəlib və öz postunu qoruyur. Xarici havadarlar isə müxtəlifdir və hər birinin öz milli maraqları var. Hakimiyyət hansının yanında dayansa, digər tərəfi öz qarşısına alır. Özünün xalq arasında nüfuzu olmadığına görə onlara müstəqil siyasət aparacağını demək qüdrətində də deyil. Yeganə güvəndiyi məsələ xaricilərə rüşvət verərək postunu qorumaqdır. İndi isə bu cür vəziyyətdən çıxma metodları keçmir. Güclü dövlətlərin milli maraqları var. Bu maraqları rüşvətlə ala bilmərsən. Konkret mövqe ortaya qoymalısan. Azərbaycan iqtidarında isə bu cür siyasi iradə yoxdur. Onu da anlamaq lazımdır ki, Putin 2003-cü ildəki Putin deyil və bu rejimlə uzun və uğurlu yol gedəcəyinə inana bilməz.

- Demisiniz ki, ən böyük səhviniz 1996-cı ildə spikerlikdən istefa verməyiniz və 2003-cü ildə İsa Qəmbəri dəstəkləməyiniz olub. İstefa verməsəydiniz bu hakimiyyətin cinayətlərinə şərik olmadan başqa nəyə gücünüz çatacaqdı? Heydər Əliyevin istefasına nail olmaq, onu hansısa yolla devirmək imkanınız vardımı? İkincisi, İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəkləməklə nə dəyişəcəkdi?

-İstənilən ölkənin demokratikləşməsi üçün müxtəlif siyasi iradələrin mövcudluğu və bir-biriylə rəqabəti şərtdir. Mənim spiker olduğum zamanları xatırlayanlar yaxşı bilirlər ki, öz iradəmə tabe idim və mövqeyimi açıq şəkildə dilə gətirirdim. İndiyə qədər Azərbaycanda az-çox demokratiyaya uyğun nəsə varsa, mənim zamanımda qəbul olunan demokratik qanunların sayəsindədir. Hər halda mənim spiker olduğum ölkədə heç kəs at oynada bilməzdi. Qarşıma məqsəd qoysaydım, onu 1995-ci ilin ortalarındada istefaya getməyə məcbur edərdim. Bu haqda dəfələrlə danışdığımdan eyni sözləri təkrarlamaq istəmirəm. İsa Qəmbəri yox, Etibar Məmmədovu dəstəkləsəydim nə dəyişəcəyinə gəlincə, siyasətçilik falçılıq deyil. Etibar Məmmədovun xalqın etimadını doğrulda bilib-bilməyəcəyini demək üçün o hadisənin yaşanmış olması lazımdır. Bir hadisə ki, hələ yaşanmayıb, onun haqqında fikir ifadə etmək əbəsdir. Ancaq mən əminəm ki, Etibar Məmmədov heç vaxt Məhərrəm Əliyevin sözü ilə evinə gedib, çay içməzdi.

-  Nəhayət Sizi bezdirən sonuncu sual, Azərbaycanda tərəfdarlarınız Sizi nə vaxt gözləsin? İstənilən halda bu il ölkəyə dönəcəksinizmi?

- Elə bilirəm, mən bu suala cavab verdim.

Oxşar xəbərlər
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
GÜNLÜK
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO