Rusiyada Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən sorğunun nəticəsi böyük marağa səbəb olub.
Moderator.az rus mediasına istinadən xəbər verir ki, “Ordu Günündə kimləri təbrik etmək lazımdır” sualına cavab verənlərin 40%-i bildirib ki, bu gün münasibəti ilə bütün kişiləri təbrik etmək doğru deyil. Onların qənaətincə, Silahlı Qüvvələr Günü” münasibəti ilə yalnız əlində silah tuta bilən kişiləri təbrik etmək lazımdır. O kişiləri ki, onlar orduda xidmət edib və ya hazırda xidmət etməkdədirlər.
Bu qəbildən olan vətəndaşlar hesab edir ki, Ordu Günü münasibəti ilə bütün kişiləri təbrik etmnək əsl kişilərə hörmətsizlikdir.
Statistikaya görə, Rusiyada kişilərin 29%-nin, qadınların isə 3%-nin orduda xidmət edir. Son illər orduda xidmət edən qadınların sayında artım müşahidə edilir ki, bu da qadınların rabitə və qərargah işlərinə artan marağı ilə izah olunur.
Seymur ƏLİYEV