"Sosial şəbəkədə bir statusu düzgün yaza bilməyənlər kitab müəllifi kimi qarşımıza çıxanda anlayırıq ki..."
Oxunub: 3465
20 Feb 2020 | 21:35
Moderator.az saytının bu dəfəki qonağı “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsdir. 

– Sizcə, şair kimdir? Yaxud, şeir sizin üçün nədir?

– Şair təkcə “kim?” sualına cavab verməyən adamdır. O, “kim?”, “hara?” və “nə?” suallarına cavab verir. Deyə bilərəm ki, daha çox “hara?” sualına cavab verən adam şairdi. Şeir mənimçün köks ötürmək kimidir.

– İlk şeiriniz necə “doğulmuşdu”?

– İlk şeirimi 8-9 yaşlarında yazmışam. Qəribə tarixçəsi var o şeirin də, o günün də… Domino oynayırdıq, şərt o idi ki, uduzsam, şeir yazmalıydım. Uduzdum, Moskva şəhərinə həsr etdiyim şeir “doğuldu”. Düzdü, sonralar o şeir çap da olundu, amma mən, həmişə düşünürəm ki, həmin gün şeir yazmağım  təsadüf idi… Bətnində “zərurət” adlı sirr gəzdirən təsadüf…  

– Doğma Ağdamla bağlı xatirələri tez-tez “vərəqləyirsiniz” yaddaşınızda?

– İnsan müəyyən yaşa çatandan sonra keçmiş, uşaqlıq onu hər yerdə izləyir, təqib edir. Arxasınca düşür, bəzən, hətta, ona badalaq da vurur. Sanki, demək istəyir ki, “yanımdan elə-belə, səssizcə ötüb keçə bilməzsən”… O badalaqdan sən yıxıla da bilərsən, əzilə də bilərsən. Mənim uşaqlığım Ağdamda keçib, ona görə də vaxtaşırı keçmişi və uşaqlığımı xatırlayıram. Bu yaxınlarda mənə bir qohumum ailəmin olduğu şəkil göndərmişdi. Həmin şəklə baxdım, baxdıqca bütün uşaqlığımı xatırladım… Ən kiçik, o vaxt mənasız saydığım hadisələrə qədər xatırlamaq o demək idi ki, əslində, uşaqlığımı heç unutmamışdım. Rayon mərkəzindən motosikl ilə kəndə gəlib şəkil çəkən kişinin sifətini, bağımızdakı zoğal ağacını, qonşumuzu da yadıma salan o şəkil, əslində, mənə anladırdı ki, zehnimdə həmişə ordayam-düz o hündürlüyünə heyran olduğum çəpərin dibindəyəm… Şəkildəki paltardaymışam kimi əlimi yaxamda gəzdirdim, ordakı kimi üz-gözümü turşutdum, qaş-qabağımı tökdüm… Xatırladım ki, şəkil çəkən kişi yol üstəydi, gethagetdəydi, imkan vermədilər əynimi dəyişəm, təzə paltar geyinəm. Elə harayladılar ki, gəl, şəkil çəkdiririk. …Keçmiş dediklərimizin keçib getdiyini düşünürük, əslində isə, biz olanları arxada qoyub irəliyə qaçırıq, yüyürürük… Birdən dayanırsan, anlayırsan ki, artıq arxada qoyduqlarını xatırlamaqdan savayı əlindən heç nə gəlmir. Bax, onda həmin xatirələr daha da əziz olur, ətəyindən bərk-bərk yapışmaqçün əlləşirsən-vuruşursan ki, amandı, ilim-ilim itər ömür dolaylarında, sonra əlim də çatmaz… Uşaqlığının keçdiyi yerləri gedib ziyarət etdikdə böyük anlayışıyla öz-özünə artıq böyüdüyünü,  yetkinləşdiyini, həmin yerlərin də sənin püxtələşməyində az-çox yeri olduğunu dərk edirsən… Dərd ondadır ki, gedib o yerləri görə bilməyəsən, bir qarış boyunla yıxıldığın qayaya söykənib ondan uca olduğuna gülümsəməyi bacarmayasan… Onda o qaya da, elə o bir qarış boyuyla qayalara hünərini göstərmək istəyən uşaq da həmişə olduğu kimi qalır yaddaşında. “Böyüyəndə düzəldərəm” deyə-deyə əyriliyinə baxıb darıxdığın çəpəri düzəldə bilməmək səni daxilən böyüməyə qoymur… Böyüdüyün evin üstündəki yazını hərf-hərf unudursan, qəbir daşlarının yerini xatırlamaq üçün zehnini qılınc edib bütün xatirələrin üstünə hücum çəkirsən…Bir də görürsən saç ağarıb, “ağ bayraq” kimi heç vaxt qalib gələ bilmədiyin xatirələr döyüşündə çarəsizcəsinə yellənir… Həmin andakı təəssüf ölçüyə gəlmir…

– İnsanın keçmişi onun həyatının xatirə dəftəridir. Əgər sizin keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişdirmək və nəyi geri qaytarmaq istəyərdiniz?

– Heç nəyi. Ümumiyyətlə, elə adamam ki, o məsələdə mənim mövqeyim birmənalıdı. Keçmişdə nə olubsa-istər səhv, istər düz – onu mən etmişəm. Yaxşı ki də etmişəm! Nəyisə etməmişəmsə, elə onu da yaxşı etmişəm. Deməli, etməməyim lazım imiş. Düzdü, keçmiş üçün göz yaşı axıdan deyiləm, səhvlərimi, günahlarımı da dərk etməyi bacarıram, “filan günün filan saatında nəyi etməliydim, amma etmədim” kimi özümü qınamaqlarım da olur, amma yenə də həyatımın sabahını dünənimə qurban verməyi lazım bilmirəm.  Bəzən də dərk etmişəm ki, bax, burda bunu eləmək lazımdı, sadəcə, xarakterim onu etməyə imkan verməyib. İndi xatırladıqca hərdən “kaş” deyə bilirəm, yenə də heç bir “kaş” sabaha olan inamıma kölgə salacaq qədər böyümür gözümdə...

– Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

– Ədəbiyyat iqtisadiyyat deyil, siyasət deyil... Ədəbiyyatda vəziyyət təkcə üst qatda getmir, bizim hələ oxuya bilmədiyimiz əlyazmalar var. Hansı yazıçının beynindən və hansı şairin ürəyindən nə keçir, onu biz bilmirik. Bəlkə də biz sizinlə danışdığımız ərəfədə ən gözəl əsərlərin eskizləri yazılır, ən gözəl şeirlərin bünövrəsi qoyulur, ilk misrası hazırlanır. Ona görə ədəbiyyatın vəziyyəti haqqında birmənalı heç nə deyə bilmərəm. Ədəbiyyatın vəziyyəti hava haqqında məlumat deyil ki, sinoptiklər iki gün öncədən onu proqnozlaşdırsınlar. Ədəbiyyatın vəziyyəti yazılan əsərlərin keyfiyyətindən asılıdır. Yaxşı əsər oxuyanda mənə elə gəlir ki, ədəbiyyatın vəziyyəti düzəlir. Zəif əsərlə rastlaşanda isə fikirləşirəm ki, yox, ədəbiyyatın vəziyyəti, deyəsən, yaxşı deyil. Belə anlarda adam ruhdan düşür. Bəzən rastlaşdığın əsərlər səni nikbinliyə çağırır, yaxud da pessimizmə doğru itələyir. Ədəbiyyat ruha birbaşa təsir edir, ona görə də demək olmaz ki, ədəbiyyatda orta statistik vəziyyət ya yaxşıdı, ya pisdi.

– Ədəbiyyatın qanunları varmı?

– Təbii ki, var. Onlar yazılan qanunlardan daha çox yazılmayan qanunlardı. Ləyaqətlə yazmaq, yazdığının çapına tələsməmək, təkrar-təkrar baxmaq, öz redaktəndən keçirmək, istedadına və ləyaqətinə inandığın insanlarla birgə ona nəzər salmaq; bütün bunlar ədəbiyyatın yazılmayan qanunlarıdır mənimçün. Bəlkə də başqa bir qələm adamı  başqa qanunlarla yazıb-yaradır, kim bilir?! Yenə deyirəm, ədəbiyyatın qanunu ləyaqətli, istedadlı yazıdır. Və bəzən qanunlarla deyil, əksinə, çox vaxt qanunların əleyhinə olaraq yaranması ədəbiyyatın alın yazısıdır. Bəzən də “bunu etmək olmaz” teoreminin isbat prosesi kimi ədəbiyyat meydana çıxır. Bir sözlə, ədəbiyyat “olar”ların “olmaz”ı, “olmaz”ların “olar”ıdı...

– “Ulduz”u “gəncliyin jurnalı” adlandırırlar. Demək olar ki, Azərbaycan ədəbi mühitində imzaları tanınan əksər şairlərin, yazıçıların yaradıcılığında “Ulduz”da çap olunmağın xüsusi izi var. Bugünkü gənc qələm sahibləri “Ulduz”da parlayan ulduzlarını danmır ki?

– “Ulduz” jurnalı artıq 50 ildən çoxdur ki, çap olunur. Orda çap olunan bəzi imzalar indi Azərbaycan ədəbiyyatında möhür qoyub. Yəni onların üstündən heç cür xətt çəkə bilmərik. Amma elə köhnə dövrdə də burda çap olunan bir çox imzalar sonra ədəbiyyatda iz buraxa bilmədilər. Son illər biz gənclərin çapı ilə daha çox məşğuluq. Əlbəttə, gənclərin arasında çox istedadlı, bir az daha az istedadlı və ondan da bir az aşağı istedadlı adamlar var. İstedadı olmayanı, çalışıriq, çap etməyək. Bu gənclərdən hansıları ədəbiyyatda iz qoya biləcək, bax, bunu demək çətindir. Çünki, bəzən elə olur ki, ədəbiyyata hay-küylə, böyük dalğayla, tərpənişlə gələn adam, sonrakı dövr yaradıcılığında yalnız özünün təkrarı ilə məşğul olur. Və bəzən də əksinə, ədəbiyyata çox sakit gələn, başqalarından heç nə ilə seçilməyən adam sonralar özündə keyfiyyət dəyişikliyi edir və ədəbiyyatın danılmaz imzasına çevrilir.

– “Ulduz” jurnalında hər zaman istedadlı şair və yazıçıların yazıları dərc olunur. Bəs, istedadsız insanların dərc olunmaq xahişinə jurnal kollektivi necə reaksiya verir?

– Mənim xoşuma gələn bir prinsip var, bu, şahmatçılara şamil olunur. Bəzi şahmatçılar var ki, yaxşı oynamır və bunu özləri bilmir. Bu adamlara baş qoşmamaq lazımdır. Bəziləri var ki, yaxşı oynamırlar, amma bunu özləri bilir. Onlara hörmətlə yanaşmaq lazımdır. Bəziləri də yaxşı oynayır, bunu bilmir. Onları başa salmaq lazımdır ki, sən yaxşı oynayırsan. Bir qisim də var ki, əla oynayırlar, özləri də bunu bilirlər. Yazmaq da belədir; biri pis yazır, xəbəri yoxdur, biri yaxşı yazır, xəbəri yoxdur. Bizim borcumuzdur ki, ona yaxşı yazdığını başa salaq. Bəziləri sadəcə, yaxşı yazır və bunu dərk edir...

– Allaha həsr olunan şeirlər daxili tərəddüdlərin təzahürüdür, yoxsa kölgə düşməz inancın?

– Mən Allaha həsr olunmuş ilk şeirimi 1990-cı ildə yazmışam. Həmin vaxt insanlardan əlimi üzmüşdüm. Nə olacağını bilmirdim: insanların bu gənc yaşında niyə öldüyünü, cavanların nədən şəhid olduğunu, torpaqların niyə işğal olunduğunu, ölkədə hökm sürən xaosun bizi hara sürüklədiyini anlaya bilmirdim. Çörək növbələrində ayaq altında qalıb öləcəyəmmi, yoxsa evimə sağ-salamat dönəcəyəmmi, bilmirdim... Həmin vaxt bu daxili təbəddülatların içində üz tutduğum ünvan Tanrı idi. Və ona ərklə, qorxmadan müraciətlər edirdim, şeir yazırdım; bütün bölüşə biləcəyim nə varsa, Onunla bölüşürdüm. Bunun içində hirs də vardı, hikkə də...  Sadəcə, bilmək istəyirdim: “Axı niyə?” Hərdən düşünürəm ki, həmin o şeirləri toplasaydım, silsilə yaradardım və o silsiləyə “Axı niyə?” adını qoyardım.

– Müsahibələrinizin birində demişdiniz ki: “İnşa yaza bilmir, roman yazır”. Bunun günahı kimdədir? Və bu cür insanlara necə başa salmaq lazımdır ki, səndən yazıçı çıxmaz?

– Azərbaycanda çox az sayda nəşriyyat var. Əksər nəşriyyatlar mətbəə funksiyasını yerinə yetirir. Pulu alırlar, ağına-bozuna baxmadan, dövlət sirri yoxdursa, dərhal çapa verib öz bizneslərini qururlar. Nəşriyyat isə tam başqa sistemdir, orda şöbələr, şöbə redaktorları, məsləhətçilər olur. Hər bir tarixi romanın yazılışında, ən azı, bir tarixçi-alim məsləhətçi kimi çıxış etməlidir. Tarixi romanın əhatə etdiyi dövrdə insanlar nə geyinirdi, nə yeyib-içirdi, ailə-məişət qayda-qanunları necə idi? Bu nüansları daha dəqiq təsvir etməkçün mütləq tarixçi-alimə üz tutmaq, ondan məsləhətlər almaq lazımdı... Bugünkü tarixi romanlarda bu məsləhətlər yoxdur, amma nəşriyyat gözünü yumub çap edir. Problemin özəyi nəşriyyat sisteminin düzgün qurulmamasındadır. Adamlar iş qurur, mətbəə açırlar, elan verilir, kitablar gəlir. Ard-arda, tezbazar hamısı çapa gedir ki, pul qazanılsın. Amma, bu, nəşriyyat işi deyil. Avropada bu sistem artıq çoxdan formalaşıb. Nəşriyyata təqdim olunan əsər bəyənilməyəndə geri qaytarılır. Bizdə isə əksinə, hər girənin kitabı çap olunur. Ona görə deyirəm ki, inşa, imla yaza bilməyənlər, bəzən sosial şəbəkədə bir statusu belə düzgün yaza bilməyənlər kitab müəllifi kimi qarşımıza çıxanda anlayırıq ki, nəsə düzgün deyil. Bəzi məmurlar da populyarlıq və tarixdə qalmaq eşqilə yazıçılığa qurşanır. Ədəbiyyat isə elə bir məfhumdur ki, onu sonradan vərdişə çevirməklə əsl yazıçı olmaq mümkünsüzdür...

– Oxucularla tez-tez təmasda olursunuz?

– Oxucularla görüşlərimiz müxtəlif formatlarda olur. Küçədə, işdə… “Ulduz”un sosial şəbəkələrdə səhifələri var. Həmin səhifələrdən müraciət edirlər. Bir ay öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim-professor heyəti və tələbələr ilə görüş keçirdik. Tələbələr olduqca maraqlı suallar verirdilər. Biz də çalışdıq ki, onları maraqlandıran suallara cavab verək və onlara dəstək olaq. Həmin görüşdə 5 yaxşı tələbəni də mükafatlandırdıq.  Onları jurnalın aylıq abunəçisi etdik… Oxucular redaksiyamıza da gəlirlər, rəylərini “Ulduz”un elektron poçtuna da göndərirlər…

– Bu fikirlə razısınız ki, Azərbaycanda ciddi şair yox dərəcəsindədir, çoxusu həvəskardır? 

– Razı deyiləm. Bunu kim deyirsə, o, ədəbiyyata ciddi yanaşmır. Ciddi şairlər də var, ciddi mətnlər də var. Həvəskarların çoxluğu heç vaxt ciddi mətnə, ciddi imzaya xələl gətirə bilməz. Məsələn, Nizaminin, Füzulinin dövründəki kimi həvəslənib bir-iki misra qaralayıb, bilirikmi?! Təbii ki, yox... İndi də onun kimi; yazanların sayı artsa da, bu, o demək deyil ki, gözəl şeirlər, ciddi nəsr nümunələri yoxdur. Oxucu əlinə düşən ilk mətni oxuyur, bir o mətnin xatirinə də “ciddi ədəbiyyat yoxdur” deyirsə, bu, ədəbiyyatın, yaxud ciddi imzaların günahı deyil. Ciddi ədəbi nümunələr yaranır, sadəcə, hər şeyə daha dəqiq, daha məsuliyyətli yanaşmaq lazımdır... Əsl oxucu seçimini də incəliklə edir.

– Hər bir yaradıcı insanın, xüsusilə də, şairlərin öz ilham pəriləri olur. Sizin ilham pəriniz varmı?

– Yoxdur. Şeir özü naz da edir, ərk də edir, bəs deyilmi?

– Şairliyə maddi maraq kimi baxanlar da var, hətta bəziləri bəhrəsini də görür. Sizcə, şairlik maddi maraqdır, yoxsa mənəvi ehtiyac?

– Əlbəttə, mənəvi ehtiyac. Azərbaycanda şeir heç vaxt müəllifinə pul gətirmir. Pul qazanması üçün şairin kitabı yüz min tirajla çıxmalıdı və satılmalıdı. Bu, bu gün ölkəmizdə mümkün deyil. Yenə bayaqkı söhbətə qayıdacağam; söhbət nəşriyyat sisteminin yoxluğundan gedir. Bu gün Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarından başqa heç bir sayt, yaxud müstəqil qəzet, jurnal müəllifə qonorar yazmır.

– Adətən, sərbəst şeir yazan şairlər qınaq obyektinə çevrilirlər, hətta haqsız iradlara da tuş gəlirlər. Bəlkə sərbəst şeirləri çoxları anlamır?

– Sərbəst şeir qədim ən gözəl şeir formalardan biridir. Onunla bağlı mübahisələr ötən əsrdə bitib. Həm Sovet məkanında, həm Azərbaycanda sərbəst şeir yerini möhkəmləndirib. İndi əsas mübahisə mövzusuna çevrilən mətnlər çox vaxt şeir yox, esselərdir. Sadəcə, elə bil, cümlələri yarıda kəsib alt-alta yazırlar. Həmin mətnin şeir kimi nəbzi vurmur,  oxucuyla şeir kimi dialoqa girmir. Problem bundadır ki, bu cür esseləri, kiçik fəlsəfi mətnləri şeir adına sırımağa çalışanlar var. Sərbəst şeir şeirin ən gözəl hallarından biridir, əsl şeirə kimsə irad tuta bilməz.

– Bir şeir “doğulmaq” üçün şair ömründən nə qədər vaxt “oğurlayır”?

– Şeir yazmaq bir ömür boyu davam edir… Düşünürəm ki, bəlkə elə yazılan bütün şeirlər bizim “ömür” adlı bütöv şeirimizin  hərdən qırıq-qırıq eşidilən əks-sədasıdır?  

– Gənc imzalardan kimləri oxumaq sizə zövq verir? Yaxud, etimad göstərdiyiniz, “bu, pis yazmaz” dediyiniz kimsə varmı?

– İTV, AzTV, Mədəniyyət TV və Xəzər TV-nin efirlərində çıxış edərkən dəfələrlə gənc yazarların adını çəkmişəm.  Hər dəfə də kimsə məndən inciyib ki, mənim adımı niyə çəkməmisən. Bəzən adı çəkilməyə layiq olanların da adları yaddan çıxır, sonradan xatırlayırsan, amma, artıq fürsət əldən gedib. Ona görə də indi heç kimin adını çəkməyəcəyəm…(gülür) Sadəcə, demək istəyirəm ki, mən müəllifindən çox mətnə fikir verirəm. Çox vaxt şeir yadımda qalır, müəllifini unuduram. Əslində, bu, həmin müəllifin də,  şeirin də uğurudur.  Elə bilirsiniz, hər şeir yadda qalır? Hərdən elə olur ki, yadıma bir qəşəng şeir düşür, öz-özümə pıçıldayıram, sonra da yarım gün fikirləşirəm, “görəsən, bunun müəllifi kimdir?”  Bu gün istedadlı gənclər var… Çox deyil, amma, yox da deyil.

– Bəs, elə gənc imza varmı ki, həmişə “Ulduz”la bağlı onunla danışmaq istəyirsiniz, gözləyirsiniz ki, hər say haqqında, heç olmasa, bir-iki fikir bildirəcək?

– Əlbəttə! Fikrini öyrənmək istədiyim, təəssüratını bölüşmək istədiyim adamlar var. Onlara hörmətlə yanaşıram. Bu, bizim redaksiyanın sirridi, şəxsən mənim öz sirrimdi. Bir redaktor kimi, mən bilirəm kiminlə nəyi məsləhətləşmək olar. Onların arasında qadın yazarlar da var; mən onların fikrinə, obyektivliyinə, jurnala olan sevgisinə, oxucu kimi dəqiqliyinə, məsuliyyətinə inanıram. Sağ olsunlar ki, onlar var. Onların arasında ölkəmizin sərhədlərindən kənarda yaşayanlar da var. İnternetlə fikirlərini yazıb göndərirlər. İnandığım və rəylərini nəzərə aldığım insanların mövcudluğu sevindiricidir.

– Nə vaxtsa hansısa gənc şairi tənqid etmisinizmi? Ümumiyyətlə, tənqidə münasibətiniz necədir?

– Mən tənqidçi deyiləm, amma iradlarımı bildirirəm. Redaktor olduğum üçün bəzən tənqid etməyə də məcburam. Hərdən bir adama deyirəm ki, bu yazı yaxşı deyil. Dirəşir ki, sübut elə. Həmin anlarda məcburam ki, yazısında çatışmayan cəhətləri ona göstərim, mətni analiz edim. İndi çoxları “mənim üslubum belədir” cümləsini “təhlükəsizlik yastığı” kimi istifadə edirlər. Sən mətnin “qəzaya uğradığını”, mətn olmaqdan çıxdığını deyirsən, o isə “üslubumdur” deyir və həmin qəzadan “sağ çıxır”. Maraqlıdır, haçandan yaza bilməməyin adı “üslub” olub?! İstedadlı adam heç vaxt mətbuata basqın etmir. Basqın edənlər, əksərən, özünü hay-küylə sübut etməyə çalışanlardır. Onlar həmişə şikayət edir ki, “mənim istedadımı görmürlər”. Biri Qarabağ haqqında iki-üç söz yazır, başlayır dava salmağa: “Qarabağdan yazmışam, məni çap etmirlər!” İndi sadə, məntiqli dillə necə anladasan ki, mövzu nə olur-olsun, yazdığın yazı deyil axı... Yazı özü taledir, alın yazısıdır, ürək göynərtisidir... Boğazdan yuxarıdakı adi danışıqdır, yazı deyil... İstedadlı adamlar da bəzən zəif mətn yazır, onlara nəyisə izah etmək olur. Çünki, onlar yazır, qışqırmır. Qışqıranlar isə öz səslərindən deyilənləri eşitmir.

– Şair İradə Aytel müsahibələrinin birində demişdi ki, “bir vaxtlar “Ulduz” jurnalında yazıları bir qonaqlığa çap edirdilər". Bəs, indi elə bir şey varmı? İndi də bir qonaqlığa çap olunan yazılar var?

– Vallah, yaxşı olar ki, buna müəlliflər cavab versinlər. Mən müəllifə qonaqlıq verirəm desəm, daha düzgün olar. Hardadı məndə o bəxt ki, mənə qonaqlıq versinlər? (gülür). Həm çap edirik, həm də hardasa çay içməyə oturanda əlini cibinə salmağa qıymıram...

– Ümumiyyətlə, şair daxili dünyasında baş verən zəngin hadisələrə əsaslanaraq şeirləri ərsəyə gətirməlidir, yoxsa düşündüyünü yazmalıdır?

– Şeirin özünün havası var. Onun havası gələndə yazıram. Yəni, o, insanın xüsusi bir halıdır. Ovqatsız şeir özünü aldatmaqdan başqa bir şey deyil...

– Deyirlər, şairlər zəngin olur... Təbii, burdakı incə məcazı anlayan bilir... Özünüzü zəngin hesab edirsinizmi?

– Bəli, hesab edirəm. Həm insan kimi, həm şair kimi…Əlimdə-ovcumda qalan hər xatirəm, hər şeirim xəzinəmdir. Əlimdə heç nə olmasa, iki əlimə görə şükür edən adamam. Ona görə də özümü xoşbəxt sanıram. Ümumiyyətlə, heç nədə gözü olmayan adamlar dünyanın ən zəngin, ən xoşbəxt adamlarıdır…

– Nəyə peşmansınız?

– Dəfələrlə peşman olduğum anlar olub. Hamısından da nəticə çıxarmağa çalışmışam.  Peşmanlıq da tale payıdır, dəyərləri anlamaq üçündür.
 
Leyla Namazova
Oxşar xəbərlər
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"