Çempionlar Liqasının "Skenderbeu" -
"Neftçi" oyununun slovakiyalı UEFA nümayəndəsi Riçard Havrillanı ağır
cəza gözləyir.
"Korner.az"ın
məlumatına görə, buna səbəb onun qarşılaşmanın start fitindən əvvəl Ağdamın
işğalının ildönümü münasibətiylə 1 dəqiqəlik sükuta icazə verməsidir.
Məsələ
ondadır ki, UEFA bu siyasi mövzulara həssas yanaşır və bu kimi faciə
anımlarında yalnız qara sarğıya icazə verir. Ancaq oyundan əvvəl
"Neftçi" rəhbərliyi 1 dəqiqəlik sükutun elan olunmasında israr edib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin
UEFA nümayəndəsiylə danışıqları müsbət nəticələnib. Sükutdan əlavə, azarkeşlərə
Korçe stadionunda faciəylə bağlı ingilis və alban dillərində məlumat verilib.
İndi
bu razılığı verdiyinə görə Riçard Havrillanı ağır cəza gözləyir.
Qeyd
edək ki, Havrilla "Neftçi" - "Şiroki Briyeq" oyununun baş
hakimi olub. Hazırda Slovakiya Futbol Federasiyasının vitse-prezidentidir.