Meksikalı qaçaqmalçılar narkotiki ABŞ-a keçirmək üçün yeni bir qurğu isad ediblər. İçinə qoyulan maddəni hava təzyiqi ilə atmağa yarayan bu topa bənzər qurğu amerikalı sərhədçiləri şoka salıb. Həmin qurğu vasitəsi ilə narkotik torbalar olan güllələr Amerika tərəfinə atılır. ABŞ tərəfində gözləyən digər qruplar isə paketləri təhlükəsizlik gücləri gəlmədən alıb oradan uzaqlaşırlar.
Amma qaçaqmalçıların “top atəşi” uzun sürməyib. Qurğunu sərhəd patrul xidməti aşkarlayıb və müsadirə edib. Cihazla əlaqədar açıqlama verən yetkililər daha əvvəl buna bənzər bir üsula rast gəlmədiklərini bildiriblər. ABŞ Sərhəd Polisinin sözçüsü Kyle Estes Reutersə bundan əvvəl qaçaqmalçıların "katapult”dan istifadə etdiklərini, amma buna ilk dəfəf rast gəldiklərini deyib.
Qeyd edək ki, qaçaqmalçılar daha əvvəl Meksika-ABŞ sərhədini ciplə keçməyə cəhd edərkən yaxalanıblar.