Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev
ikinci dəfə bıçaqlanması ilə bağlı mətbuatda yayılan xəbərə Publika.Az
vasitəsilə münasibət bildirib. Teleaparıcı bu xəbərin yayılmasında “Space”
televiziyasında çalışan bəzi həmkarlarının barmağı olduğunu bildirdi.
-Bizi yaman qorxuzdunuz, eşitdik ikinci dəfə bıçaqlanmısınız?
-Yalan
xəbərdir. Yazıblar ki, guya mən Türkiyədə bıçaqlanmışam. Mən Bakıdayam və
işimin başındayam. Bunu işçilərim də sübut edə bilərlər. Nə Türkiyə, nə
bıçaqlanma?Bu bəzi məni gözügötürməyən həmkarlarımın xəyallarıdır.
-Axı çalışdığınız “Space” televiziyası da bu xəbəri
təsdiqləyib”¦
-Əvvəla,
mən iyunun 12-də çalışdığım “Space” telekanalından çıxarkən bıçaqlanmışam və bu
hadisə yeni deyil. Yaxşı həmin vaxt bu xəbər barədə niyə telekanaldan məlumat
verilmədi? İndi vaxt keçəndən sonra deyirlər ki, İlham Mirzəyevi bıçaqlayıblar.
Amma indi köhnə xəbəri gündəmə gətiriblər.
-Sizcə, burda kimin barmağı var?
-Kimin
olacaq, telekanalda çalışan bəzi insanların.
-Məqsəd nədir ki?
-Nə
olacaq, imicimə xələl gətirmək, məni qaralamaq.
-Rəhbərliklə münasibətiniz necədir?
-Əla.
“Space”nin rəhbəri Vaqif Mustafaevin həmişə qayğısını hiss etmişəm. O, hər
zaman mənim hörmətimi saxlayır.
-Bəs onda kimlər bu xəbəri yayır?
-Bəzi
işçilərin ola bilər ki, əli dinc durmayıb.
-Bəlkə dili?
-Hə
dili dinc durmayıb. (gülür) Aranı qarışdırmaq üçün ortaya nəsə atmalıdırlar
axı. Məndən yapışıblar.
-Yaxşı deyin görək, cinayət
hadisəsi nə yerdədir”¦Sizə hədə-qorxu gəlirdilər, ölümlə təhdid edirdilər.
Yenədəmi o hədə-qorxular davam edir?
-Yox
cinayətkar yaxın günlərdə öz cəzasını alacaq. Sağ olsun, qanun keşiyində
duranlarımız, məni tək qoymadılar. Azərbaycanda hər zaman qanunlar işləyib və
cinayətkar cəzasını çəkib. Mənə daha hədə-qorxular olunmur. Mən saytınz
vasitəsi ilə Ölkə Prezidentinə, Respublika Baş Prokuroruna, DİN- rəhbərinə öz
minnətdarlığımı bildirirəm. Artıq qorxusuz evimdə yaşaya bilirəm, anam, ailəm,
övladlarım təhlükəsizdir. Yaxın günlərdə də cinayətkar həbsə atılacaq.