Növbədənkənar parlament seçkilərinin nəticəsinə əsasən parlamentdə təmsil olunacaq millət vəkillərinin kimliyi bəlli olub. Bu millət vəkillərindən biri də 47 saylı Mingəçevir Seçki Dairəsindən seçilən YAP namizədi Aydın Mirzəzadədir.
Seçkilərdən sonra aparılan araşdırmalar bir sıra namizədlər kimi Aydın Mirzəzadənin də aşağı səs faizi ilə qalib gəldiyini ortaya qoyub.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə ən vacib amilin qalibiyyət olduğunu vurğulayıb:
“Əsas məsələ seçki qanunvericiliyinə uyğun olaraq, qalibin müəyyən edilməsidir. Burada nə qədər seçicinin iştirak etməsi, nə qədər səs toplaması önəmli deyil. Xarici təcrübədə də bu belədir. Dünyanın bir çox ölkələrində qalib məhz belə müəyənləşdirilir. Bizdə də məsələyə yanaşma tərzi məhz bu cürdür”.
Seymur ƏLİYEV