Türkiyə-Suriya münasibətlərindəki gərginlik türk hərbçilərinə qarşı xain hücumlardan sonra ciddi şəkildə artmaqdadır. Maraqlıdır, bu gərginlik iki dövlət arasında irimiqyaslı hərbi qarşıdurmaya çevrilərsə, o zaman Azərbaycanın ortaya qoyacağı siyasət nədən ibarət olacaq?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov indiki məqamda vəziyyətin kifayət qədər mürəkkəb olduğunu vurğuladı:
“Bu bir reallıqdır ki, bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan qüvvələr var və bunalr qeyri-bölgə qüvvələridir.
Türk ordusuna qarşı ilk hücum zamanı ABŞ-ın dövlət katibi Türkiyəyə dəstəyini nümayiş etdirdi və eyni zamanda “İdlib xalqına” müraciət etdi. Bildirdi ki, biz xalqın azadlıq istəyini dəstəkləyirik. ABŞ bununla göstərdi ki, İdlibdə 3 milyondan çox insanın girov vəziyyətində qalması sən demə məqbul və alqışlanması bir işdir. Əslində isə, təbii ki, belə deyil.
Türkiyə-Suriya, Türkiyə-Rusiya, Türkiyə-İran arasında fitnəkarlıqla gərgiliyin yaradılmasına çalışılır. Məqsəd isə sabitliyin yaranmasının qarşısını almaqdır. Ən arzuedilməz gediş Türkiyə ilə Suriya və Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsi olar. Çünki indiki məqamda proseslərin gedişatı həm Suriya, həm Türliyə, həm də Rusiya üçün itkilərlə müşahidə edilməkdədir. Odur ki, Türkiyə ilə Rusiya hərbi rəhbərliyi arasında danışıqlar gedir. Tərəflır yaxşı başa düşür ki, proseslərin bu şəkildəı dərinləşməsi arzuedilməz nəticələrə gətirib çıxara bilər.
Azərbaycan bu proseslərdə hər zaman sülhpərvər mövqe sərgiləyib. Azərbaycan Suriya xalqına əminamanlıq arzu edir. Türkiyə bizim müttəfdiq dövlətimizdir və biz türk hərbçilərinin sağ-salamat öz evlərinə qayıtmasını arzu edirik. Azərbaycan hesab edir ki, problemin həlli üçün diplomatik vasitələrə üstünlük verilməlidir. Düzdür, bunu təmin etmək son dərəcə çətindir. Lakin bunun üçün müəyyən imkanlar var.
Inanmıram ki, Suriya və Türkiyə arasında genişmiqyaslı toqquşmalar baş versin. Belə bir toqquşma başlasa, bu, əlbəttə ki, təhlükəli finala gətirib çıxaracaq”.
Seymur ƏLİYEV