“Bank of Baku” jurnalistlər üçün endirimli kredit kampaniyası elan
edib. “Jurnalist krediti” kampaniyasının şərtinə əsasən, “Bank of Baku”
Azərbaycan mətbuat işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində
5%-lik endirimə başlayır.
Jurnalistlərə yalnız 3 gün
ərzində (22-24 iyul) “Faizlər tətilə çıxdı” kampaniyası çərçivəsində elan
olunmuş 3%-lik endirimə əlavə olaraq 2 %-lik peşə bayramı endirimi elan olunur.
Kreditin
maksimal məbləği əməkhaqqı və bankla iş tarixçəsindən asılı olaraq 10 min manat
təşkil edir. Müddət ”“ 24 aya qədər. Daha öncə “Bank of Baku”dan kredit almış və
müsbət kredit tarixçəsi əldə etmiş media nümayəndələri bu kampaniyadan yalnız
şəxsiyyət vəsiqəsini təqdim etməklə faydalana bilər.
Kampaniyanın
təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”nun 145 nömrəli
Məlumat Mərkəzinə zəng etmək və yaxud onlayn kredit ərizəni doldurub banka
göndərmək kifayətdir