Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanın
Milli Mətbuat Günü ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir:
"Hörmətli
Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri. İyulun 22-də siz,
sizinlə birlikdə həm də ölkə ictimaiyyəti 1975-ci ildə dahi mütəfəkkir və
maarifçi Həsən bəy Zərdabinin ilk milli qəzet olan “Əkinçi”ni dərc edərək
Azərbaycan xalqına bəxş etdiyi Milli Mətbuat Gününü qeyd edir.
Bu
tarixi addım təkcə mətbuatın ictimai institut kimi inkişafının carçısı olmadı,
həm də fikir azadlığının, polemika mədəniyyətinin və vahid milli təfəkkürün
formalaşmasına yol açdı.
Ölkənin
inkişafının müxtəlif dövrlərində Azərbaycan mətbuatını müşayiət edən bütün
çətinliklərə baxmayaraq, ən yaxşı jurnalistlər pleyadası “Əkinçi” qəzetinin
əsasını qoyduğu əhval-ruhiyyəni nəsildən-nəslə keçirərək, bu günə qədər
çatdırmağa müvəffəq olmuşdur.
Bu gün
Azərbaycan jurnalistikası çətin zamanlarını yaşayır, iqtisadi və siyasi
xarakterli təzyiqlərə məruz qalır, hakimiyyət tərəfindən yaradılan qorxu
mühitində yaşayır.
Amma
buna baxmayaraq, mətbuat həmişə cəmiyyətin bütün təbəqələrini əlaqələndirən və
vətəndaşların azadlıq və yaradıcılıq cəhdlərinin həyata keçirildiyi vahid
informasiya təbəqəsi əmələ gətirən kommunikativ institut olaraq qalmışdır.
Azərbaycan
Milli Şurası əmindir ki, yalnız demokratik dəyişikliklər sözü totalitarizmin
əlindən azad edə və mətbuatın və bütünlükdə ölkənin çiçəklənməsinə yol aça
bilər.
Demokratik
qüvvələr KİV-in azad, dinamik və sağlam inkişafına görə öz məsuliyyətini dərk
edərək, onun inkişafı və Azərbaycan mətbuatının banisi olan maarifçilərin
ideyalarının qələbəsi üçün əlindən gələni etməyə hazırdır. Əminik ki,
Azərbaycanda qarşıda duran prezident seçkiləri mətbuatın azadlığı və
çiçəklənməsi uğrunda mübarizənin bir mərhələsi olacaq".