Şəkinin Aşağı Göynük kəndində kütləvi dava baş
verib.
Moderator.az Kanal
S-ə istinadən xəbər verir ki, Vələt Hümbətov adlı şəxsə məxsus taxta sexində
işləyən işçilər döyülüb. Buna səbəb onların öz maaşlarını tələb etmələri olub.
Əmək haqlarını
ala bilməyən işçilər öz haqlarını tələb etdikdə sexin digər işçiləri onlara küt
alət və bıçaqla xəsarət yetirib. Nəticədə Aşağı Göynük kənd sakinləri - Rəhimov
Taleh, Rəhmanov Məcnun, Abbasov Gündüz, Şabanov Habil, Yusifov Elman,
Mustafayev Pərviz, Məmmədov Pərvin döyülüb.
Hadisə
yerinə çoxlu sayda polis qüvvələri cəlb olunub. Dalaşanları ayıran zaman hadisə
yerində olan Aşağı Göynük kənd sakini, polis leytenantı Abdulkərimov Adil
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların
vəziyyəti ağır olmadığından onlar ilk olaraq polis şöbəsinə gətirilib.
İfadələri alındıqdan sonra Şəki rayon Mərkəzi xəstəxanasına aparılıblar.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alanların vəziyyəti normaldır və
ilkin müayinədən sonra evə buraxılacaqlar.
Hadisə
ilə əlaqədar Şəki şəhər polis şöbəsində araşdırmalara başlanılıb.