Moderator.az saytı əslində
sensasiya sayılacaq, ancaq Azərbaycan reallığında heç də təəccüblə
qarşılanmayan bir xəbər əldə edib.
Belə ki, dünən axşamdan jurnalistlərə veriləcək evlərin sahibləri
bilinib və hər bir bəxtəvərə bu barədə zəng edilərək həm muştuluqlanıb, həm də
Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarı önündə başəymə mərasiminə
qatılmaq tapşırılıb.
Proqrama əsasən 22 iyulda saat 8:00-da hamı Beynəlxalq Mətbuat
Mərkəzinin qarşısında toplaşmalı, saat 9-da ordan Fəxri Xiyabana gedilməli və
daha sonra evlərin guya püşkatma mərasimi keçirilməsi tədbirinə başlanmalıdır.
Onsuz da hamı əvvəlcədən də bilirdi ki, evlər necə və hansı
kriteriyalar əsas götürülərək “əvəzsiz” paylanacaq. Bir daha bəlli oldu ki, bu
ölkədə oyun qaydalarını kim və necə müəyyənləşdirir. Biz hakimiyyətin
səxavətindən yararlananlara həsəd aparmırıq və onlara bəri başdan “dövlət
quruculuğunda yorulmaz fəaliyyətlərinə” görə uğurlar , aldıqları evdə xoşbəxt
yaşamalarını arzu edirik.