Xəbər lenti
10/07/2020 [19:36]:
Bəzi rayonlar sərt karantin rejimindən çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
10/07/2020 [19:32]:
Ekspres avtobusların fəaliyyəti dayandırılır
10/07/2020 [19:31]:
“2016-cı ilin aprelində Şoyqunun zənginə fikir verməməliydik” – Elxan Şahinoğlu
10/07/2020 [19:27]:
Ermənistan koronavirusla bağlı bu göstəriciyə görə dünyada ikinci yerdədir
10/07/2020 [19:26]:
“Ümid edirəm ki, pandemiyadan sonra çox fərqli Azərbaycan görəcəyik” - Fazil Mustafa
10/07/2020 [19:25]:
Bakıda istixanada sahibkar və 22 nəfər cərimələndi
10/07/2020 [19:19]:
Ölkəmizin adına şərəf gətirənlər - Vətənlə nəfəs alan soydaşımız...
10/07/2020 [19:10]:
TƏBİB-lə Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsü aparılır - Prezidentin köməkçisi
10/07/2020 [19:07]:
"Jurnalistlərinin əməyini xüsusi qiymətləndirirəm, onlar ön cəbhədədirlər...”
10/07/2020 [19:01]:
DTX Xarici İşlər Nazirliyindəki yeni həbslərlə bağlı MƏLUMAT YAYDI
10/07/2020 [19:00]:
Göyçayda 23 yaşlı gənci maşın vurdu
10/07/2020 [18:54]:
Karantin rejimi barədə qərarların necə qəbul olunduğu açıqlandı
10/07/2020 [18:47]:
Nazirlik rəsmisindən Oqtay Şirəliyevin vəziyyəti ilə bağlı açıqlama
10/07/2020 [18:44]:
“Hazırda orduda koronavirusa yoluxma yoxdur” - Prezidentin köməkçisi
10/07/2020 [18:41]:
Karantin daha 60 gün uzadılacaq? - AÇIQLAMA
10/07/2020 [18:39]:
Azay Quliyev seçicilərlə videogörüş keçirib - FOTO
10/07/2020 [17:53]:
"Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir" - Nadir Zeynalov
10/07/2020 [17:48]:
Məhkəmə XİN-in Konsulluq İdarəsinin rəsi barəsində həbs qərarı çıxardı...
10/07/2020 [17:46]:
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
10/07/2020 [17:43]:
"İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı" - Yaqut Qarayeva
10/07/2020 [17:42]:
Prezidentin köməkçisi: "Mən də ictimai nəqliyyatdan istifadə edirəm"
10/07/2020 [17:40]:
Virusa yoluxmuş 18 məhkum vaxtından əvvəl azadlığa buraxılıb
10/07/2020 [17:39]:
Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağalıb - FOTOLAR
10/07/2020 [17:18]:
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
10/07/2020 [17:17]:
İnsanların rayona getmək arzusu ilə bağlı TƏBİB-dən açıqlama
10/07/2020 [17:16]:
Türkiyə məhkəməsi Ayasofyanın məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edib
10/07/2020 [17:10]:
Geri qaytarılan ƏDV-ni nağdlaşdırmaq mümkün oldu
10/07/2020 [17:08]:
DİN polisin yas mərasiminin keçirilməsi üçün pul tələb etməsi barədə məlumata münasibət bildirib
10/07/2020 [17:07]:
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb
10/07/2020 [17:00]:
Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO
10/07/2020 [16:17]:
ABŞ-da daha 1,3 milyon işçi işsizliyə görə müavinət üçün müraciət edib
10/07/2020 [16:12]:
Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi
10/07/2020 [16:09]:
Bugünkü qəbul imtahanında iki nəfərdə telefon aşkarlanıb
10/07/2020 [16:05]:
Ədalət Vəliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri ilə görüşdü
10/07/2020 [16:04]:
Vüsal Qasımlı: “Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək”
10/07/2020 [16:01]:
“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...
10/07/2020 [15:59]:
Azərbaycanda karantin qaydalarına məhəl qoymayan kənd aşkarlandı - FOTO
10/07/2020 [15:34]:
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
10/07/2020 [15:32]:
“Mənim üçün çox maraqlıdır ki, erməni helikopterini hansı istiqamətdə və necə vurmusan”
10/07/2020 [15:30]:
Bu gün BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
10/07/2020 [15:23]:
Şeyxin elmi platforması nələrə qarşı sipərdir?
10/07/2020 [15:17]:
Kişini toy gecəsi belə aldadırlarmış - Namussuz qızların yeni fırıldağı...
10/07/2020 [15:11]:
Azərbaycandan Rusiyaya daha iki xüsusi reys planlaşdırılıb
10/07/2020 [15:08]:
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
10/07/2020 [14:48]:
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ
10/07/2020 [14:38]:
“Valideyn övlad itkisinə hazır deyil, həmişə arzulayır ki, özü övladının çiynində getsin...”
10/07/2020 [14:37]:
"Mən onu olduğu kimi tanıya bilməmişəm..."
10/07/2020 [14:36]:
Elmar Məmmədyarovdan DTX-nın əməliyyatı ilə bağlı AÇIQLAMA: "İstefa verəcəyimlə bağlı deyilənlər..."
10/07/2020 [14:17]:
Şəhid ailələri və Qaradağ müharibəsi əlillərinin istifadəsinə verildi
10/07/2020 [14:11]:
Azərbaycanın işğal altındakı ərazilərində COVID-19-a yoluxanların sayı 146-ya çatıb
10/07/2020 [14:07]:
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu
10/07/2020 [13:42]:
Onların övladları niyə hərbçi yox, polis olur? - XOCALIDAN “TEXOSMOTR İDARƏSİ”NƏ GEDƏN YOL...
10/07/2020 [13:41]:
Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edilib
10/07/2020 [13:29]:
Qənirə Paşayeva APA-nın COVİD-19 həsr olunmuş konfransında Azərbaycanın gördüyü işlərdən danışıb
10/07/2020 [13:26]:
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
10/07/2020 [13:20]:
Azərbaycan daha 200 vətəndaşını Gürcüstandan təxliyə edəcək
10/07/2020 [13:18]:
“Həkimlərin sözlərinə görə ağ ciyərimdə sağ kürəcikdə hələ iltihab qurumayıb...”
10/07/2020 [13:16]:
Qeyri-OPEC ölkələri öhdəliyini 99% yerinə yetirib
10/07/2020 [13:08]:
Nazirlər Kabinetinin qərarı olmadan 3 "JEK" yaradılıb
10/07/2020 [13:07]:
Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10/07/2020 [13:05]:
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
10/07/2020 [13:03]:
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
10/07/2020 [13:03]:
Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”
10/07/2020 [12:59]:
Səhiyyə sahəsində nöqsanlar aşkarlandı
10/07/2020 [12:57]:
Baş prokurorun müavini videokonfransda iştirak edib
10/07/2020 [12:56]:
Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir
10/07/2020 [12:55]:
Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı
10/07/2020 [12:51]:
Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi
10/07/2020 [12:31]:
Çingiz Qənizadənin oğlu Nərimanov prokurorunun müavini təyin edilib
10/07/2020 [12:10]:
Ermənistan korrupsiya qarşısında aciz qaldı: ABŞ kömək göndərir
10/07/2020 [12:09]:
“Səksən min nəfər əhalisi olan Neftçalada içməli su yoxdur, ona görə də təcili...”
10/07/2020 [12:06]:
Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
10/07/2020 [12:02]:
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
10/07/2020 [12:00]:
Kamran Əliyevdən yeni TƏYİNAT
10/07/2020 [11:42]:
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
10/07/2020 [11:42]:
Azərbaycan torpağında 5 erməni ölümcül qəzaya düşdü…-FOTOLAR
10/07/2020 [11:38]:
Dövlət qurumlarının icazədən istifadə edərək istirahətə gedən işçiləri cəzalandırıldı
10/07/2020 [11:37]:
Yazandan əvvəl dərindən düşünmək lazımdır! - Alimin ittihamlara CAVABI
10/07/2020 [11:37]:
Neftçilər Xəstəxanasının direktoru: “COVİD-19-a yoluxmuş reanimatoloq Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir”
10/07/2020 [11:34]:
Naxçıvanda yaşıllıqların götürülməsi Qaydası təsdiq edilib
Bütün arxiv bir sırada
19/07/2013 [18:56] - Reportaj - ( 9039 dəfə baxılıb)

Ordu generalı: "Kimlərəsə Müdafiə Nazirliyinin güclü olması sərf etmir"

Müxalifət əsgər ölümlərindən özü üçün elektorat yığmaq və gəncləri meydanlara toplamağa çalışır


Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov Publika.Az-a müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir: 

 

 

-NATO ilə əməkdaşlıq necə gedir?

 

-Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə əməkdaşlığı çox uğurla davam edir. Artıq İPAP proqramının üçüncü mərhələsi də təsdiq edilib və hazırda uğurla icra olunur. 

Bundan əlavə, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 200 nəfər hərbiçisi Bolqarıstanda təlimlərdə iştirak edir. Bu təlimlər ABŞ, Azərbaycan və Bolqarıstan hərbçilərinin birgə səhra təlimidir. Bu təlimlər isə avqustun 1-dək davam edəcək. 

 

Biz ordu quruculuğunda NATO standartlarına üstünlük veririk və artıq buna da nail olmuşuq. Təhsil sistemimiz isə artıq 13-14 ildir ki, NATO standartlarına uyğun təhsilə malik zabit kadrları yetişdirir. Ümumiyyətlə, Azərbaycan ordusunun ştat strukturu, infrastrukturu və digərləri NATO standartlarına uyğunlaşdırılıb. 2007-ci ildən etibarən artıq NATO standartlarına uyğun olaraq təlimlər və döyüş hazırlığı proqramı həyata keçirilir.    

 

 

-Bu həftə başlayan Azərbaycan-Türkiyə genişmiqyaslı hərbi təlimlərlə fərqli şərhlər verilir. Bu təlimlər nə  ilə bağlıdır? 

 

-Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər hazırda da davam edir. Təlimlər ayın 26-da başa çatacaq. Bu təlimlər isə Türkiyə və Azərbaycan arasında sırf ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu təlimlər hər il növbə ilə Azərbaycanda və Türkiyədə təşkil olunacaq. Təbii ki, bu cür təlimlər Ermənistanı çox narahat edir. Ermənilər bundan qorxuya düşməsi təbiidir. 

 

 

"Bu yaxınlarda 300-dən çox hərbçiyə yeni mənzillərin açarları təqdim olunacaq"

 

 

-Xidmətinin 20 ili tamam olan zabitlərə yaxın vaxtlarda mənzillərin verilməsi gözlənilir?

 

-İlk olaraq onu qeyd edim ki, biz hər zaman dövlətimizin orduya böyük diqqət və qayğısını görmüşük. Hər il hərbçilərin maaşlarının artırılması, sosial-məişət problemlərinin həlli, əsgərlərin yaşayış, geyim və yeməkləri milli mentalitetimizə uyğun formada tam həll edilib. Heç bir narazıçılıq yoxdur, zabit və gizirlərin ev problemləri də həll olunur. 20 ili tamam olmuş bir çox zabitlər daimi mənzillər və evlərlə təmin olunurlar. Bu yaxınlarda isə ikinci mərhələdə daha 300-dən çox hərbçiyə yeni mənzillərin açarları təqdim olunacaq. Bu mənzillər tam təmənnasız olaraq 20 il qüsursuz xidmət etmiş zabitlərə paylanılacaq. Bundan əlavə, orduda xidmət edən və orduda xidmət müddətinin hələ 20 ili tamam olmayan zabitlərə isə qarnizonlarda xidməti mənzillər verilir. Gələcəkdə zabitlərə paylanacaq yeni binaların da tikintisi  həyata keçirilir. Kirayə evlərdə yaşayan zabitlərə də dövlət tərəfindən maliyyə yardımı göstərilir. Bütün bunlar çox müsbət haldır. Düşünürəm ki, yerdə qalan digər problemlər də həll olunacaq.

 

 

"Zabitlər üçün nəzərdə tutulan binaları dövlət özü pulla alır"

 

 

-Bir sıra müstəqil hərbi ekspertlər mətbuata açıqlamalarında bildiriblər ki, guya zabitlərə evlərin paylanılması zamanı şəffaflıq təmin olunmur və sairə. Bu nə dərəcədə doğrudur? 

 

-Bu cür məlumatlar tamamilə əsassızdır. Kimlərsə şəxsi mənafelərini düşünərək və yaxud da hansısa qüvvələrə xidmət etmək üçün bu cür məlumatları yayırlar. Məsələ burasındadır ki, burada necə şəffaflıq olmaya bilər? Çünki mənzilləri verilməsi ilə bağlı yaradılan komissiyanın tərkibi bütün güc strukturların nümayəndələrindən ibarətdir. Komissiyanın sədri maliyyə naziri Samir Şərifovdur, üzvləri isə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Qoşunları, Milli Təhlükəsizlik Nazirliyi, Daxili Qoşunlar, İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarətdir. Bu adamlar komissiyaya daxil olan ümumi siyahıları birgə müzakirə edirlər, tələblərə cavab verən zabitlərə evləri təqdim olunur. Burada dövlət özü yeni tikilmiş binaları pulla alır və daha sonra zabitlərə verir. Burada şəffaflıq tam qorunur. Təbii ki, burada evlər paylanan zaman kimlərsə narazılıq edib danışa bilərlər. Misal üçün, tutalım mənim də 20 ilim tamam olur, Əhmədin (red: şərti ad) də 20 ili tamam olur. Ancaq nə üçün Əhmədə ev verilir, mənə yox? Deyəsən, burada nəsə var. Bax, bu cür fikirləri söyləyənlər hər zaman olacaq. Ancaq əslində isə burada Əhmədə evi onun ailə vəziyyətini nəzərə alıb verirlər.       

 

 

"Fəvvarələr meydanına çıxmış şəxslərin tələbləri heç də əsgər ölümü ilə bağlı deyildi"

 

-Bəs əsgər ölümləri ilə bağlı nə deyə bilərsiz?   

 

-Bu məsələ çox həssas məsələdir. Bu məsələdən siyasi məqsədlər üçün istifadə edənlərə bilmirəm nə ad verim. Bu cür hərəkətləri etmək ümumiyyətlə, günahdır. Buna yol vermək olmaz. Sizi tam əmin edirəm ki, Azərbaycan ordusunda əsgər ölümləri bir sıra müxalifət qəzetlərində dərc olunan və Yaşar Cəfərli kimilərin söylədiyi kimi deyil. Bunu onlar özləri də çox yaxşı bilirlər. Yadınızdadırsa, əsgər ölümü ilə bağlı Fəvvarələr meydanına çıxmış şəxslər var idi, onların tələbləri heç də əsgər ölümü ilə bağlı deyil idi, ümumiyyətlə, başqa məsələ idi. Orada bir nəfər də ölən gənc əsgərin valideyni də əlində foto ilə gəlmişdi. İnanın ki, həmin əsgər döyülərək ölməmişdi, o gənc əsgər olduğu üçün Murovdağa qalxa bilməmişdi, yüksəklikdə oksigen azlığı olduğu üçün huşunu itirib yerə yıxılmışdı. Təlim ekstremal vəziyyətlərdə təşkil olunur və belə vəziyyətlərdə insanların çatışmayan cəhətləri üzə çıxır. İndi o əsgər də hərbi xidmətə yeni gəldiyi üçün ilk dəfə idi ki, ekstremal şəraitə düşmüşdü. Həmin əsgər Murovdağa qalxarkən yarı yolda onu halı pisləşir və başı gicəllənərək yerə yıxılır. Yerə yıxılanda da bədəni və başı zədə almışdı. Bu adamı gətirib qərargaha çatdırana kimi yolda keçinmişdi. Əslində vəziyyət belə olmuşdu. Bəzi mətbu orqanların yazdığı kimi, əsgər döyülərək ölməmişdi. O vaxt ekspertiza da ciddi araşdırma aparıb nəticəsini elan etdi ki, gənc əsgər ürək çatışmazlığından vəfat edib. Həmin ekspertiza isə orduya tabe olan qurum deyil, müstəqil qurumdur. Bundan başqa, Respublika Hərbi Prokurorluğu da öz qərarını çıxarmışdı ki, həmin əsgər ürək çatışmazlığından vəfat edib. Ancaq çox təəssüf ki, müxalifət qəzetləri və internet saytları bu məsələni başqa səmtə yozmağa başladı, ölən əsgərin şəkillərini paylaşdı. Müxalif partiyalar bu hadisədən özü üçün elektorat yığmaq və gəncləri meydanlara toplamağa çalışırdı. Həmin vaxtı Fəvvarələr meydanına toplaşan gənclərin də əksəriyyəti dərsdə oxuyan tələbələr idi, onlara bəhanə lazım idi ki, dərsdən çıxsınlar. Bu məsələni müxalifət əlində bayraq tutub hay-küy salmasın. Həmin əsgər döyülməyib, o xidməti şəraitdə ürək çatışmazlığından vəfat edib. Hətta, buna görə həmin korpusun, hərbi hissənin və bölüyün komandirləri cəzalandırıldılar. Bu cəzalandırma da ona görə idi ki, həmin əsgər təlim zamanı yüksəkliyə qalxan zaman ona istirahət verilməli idi. Yəni, onlar gərək yarı yolda bir qədər istirahət edib sonra yüksəkliyə qalxmağa davam edəydilər. Onlar təlimatı doğru yerinə yetirməyiblər. Əgər təlimatı düzgün yerinə yetirsəydilər, o zaman bəlkə bu bədbəxt hadisə də baş verməzdi. Təlimatı düzgün icra etmədikləri üçün həmin əsgərin korpus komandirindən tutmuş bölük komandirinə kimi hamısı cəzalandırıldı. Bir daha təkrar edirəm, ancaq bu cəza ona görə deyildi ki, həmin əsgər döyülərək ölüb. Xeyr, həmin əsgəri heç kim döyməyib. O, 3500 metr hündürlüyü qalxarkən ürək çatışmamazlığından vəfat edib.    

 

Əsgər də insandır, insanın ölümünü gizlətmək olarmı? Bu, mümkün olan deyil. Bu əsgər də insandır, onun yoldaşları və komandirləri var, bütün sənədlərdə adı və ünvanı var. Necə yəni, əsgəri öldürüb heç kəsə demədilər, nə bilim, əsgərin ölümünü gizlətdilər və sairə. Bu, absurddur. Mən əsgər ölümləri ilə bağlı statistika da aparmışam. Bizim xarici ölkələrdəki hərbi ataşelərimizdən xahiş etmişəm ki, akkreditə olunmuş ölkələrdən əsgər ölümlərinin sayı ilə bağlı məlumatlar toplayıb bizə göndərsinlər. Mən 20-yə yaxın ölkənin ordusunda ehtiyatsız davranma, intihar, qeyri-nizamnamə münasibətlərinə görə olan əsgər ölümlərinin statistikasına baxdım. Həmin statistikaların hər birini Azərbaycan ordusu ilə müqayisə etdim, burada Azərbaycan ən sonuncu yeri tutur. Sən demə ən yaxşı hal bizim ordumuzdadır. İnanın ki, dövlət var orada il ərzində 470 nəfər əsgər təkcə intihar edib. Ancaq bizim ordumuzda isə il ərzində cəmi 7 nəfər əsgər intihar edir. Buna görə də aləmi qarışdırırlar. 

 

Mən MDB ölkələrinin ordularında olan əsgər ölümləri ilə bağlı statistikaya da baxdım. Burada da Azərbaycan ən axırıncı yerdə dayanır. Ancaq onların mətbuatının bu barədə yazdığına fikir verək. Orduda baş verən əsgər ölümləri ilə bağlı mətbuatda gedən hay-küy isə ən çox Azərbaycandadır. Bütün bunlar isə ədalətsizlikdir. 

 

 

"Əsgər var ki, ailəsindən edilən bir zəngə görə intihar edir"

 

-Bir sıra millət vəkilləri hərbi hissələrdə psixoloq ştatlarının yaradılmasını təklif ediblər. Bu, mümkündürmü?

 

-Bilirsiniz, Azərbaycanın Müdafiə Nazirliyində Tərbiyəvi İşlər İdarəsi var və hər bir hərbi hissədə tərbiyəvi işlərlə məşğul olan zabitlər var. Bu zabitlər bölükdən başlayaraq korpusa qədər hər yerdə mövcuddur. Tağımlarda isə buna komandirlər və onların müavinləri bilavasitə cavabdehdirlər. Onlar hər gün şəxsi heyətlə məşğul olurlar. Bu onların vəzifə borcudur. Onlar şəxsi heyətin problemi ilə hər gün məşğul olur. Ancaq zabit hər dəqiqə əsgərlərə eyni vaxtda nəzarət edə bilməz. Əsgərliyə gələnlərin də əksəriyyəti 18-20 yaşlarında olurlar. Biri o birinə nəsə ağır söz deyə və bu zaman hər hansı insident yaşana bilər. Yəni, əsgərlərin hər birini 24 saat ərzində nəzarətdə saxlamaq qeyri-mümkündür. Burada orduya gələnədək əsgərin necə tərbiyə alması və hansı şəraitdə böyüməsi də vacib faktordur. Çox təəssüf ki, mətbuat ordunu tənqid edən zaman buna fikir vermir. Ancaq hansısa tərbiyəsi aşağı olan şəxs orduya gələn kimi bunu ordunun adına yazırlar. Düşünün, 18-20 yaşlı bir adamı 1 il içərisində dəyişmək çətin məsələdir. Misal üçün, orduya gələn elə insanlar var ki, onlar çox romantikdirlər. Həmin insanların orduda xidmətləri çox normal olsa da, ancaq ailəsindən kimsə ona zəng edib deyəndə ki, "xəbərin var, sənin sevdiyin filan qız başqasına ərə gedir", bununla da həmin əsgərin psixologiyası pozulur və gedib qəfil intihar edir. Orduda belə intihar halları da olur. Ancaq müxalifət dərhal buna başqa don geyindirir və yazırlar ki, Azərbaycan ordusunda əsgərlərə zülm edildiyi üçün onlar intihar edirlər və sairə. Halbuki, həmin əsgər ailəsindən edilən bir zəngə görə intihar edir. 

 

Ancaq gündəlik baş verən yol qəzalarında nə qədər insanlar həlak olurlar. Heç bunu yada salan yoxdur. Azərbaycan ordusunda ildə 1-2 yol qəzası ola-olmaya. Ancaq ordudan kənar hər gün ən azı 10 yol qəzası olur ki, onun nəticəsində də 5 ölən, 20 yaralı olur. Yəni, biz bir ailənin üzvləriyik, ordunu digərlərindən ayırmaq düzgün deyil. "Hər yerdə yaxşıdır, orduda pisdir" prinsipi düzgün deyil. Ordumuzun yol qəzasında həlak olan hərbiçiləri də hərbidə qəzaya düşüb ölməyiblər, onlar məzuniyyətə və ya hansısa şəhərə gedən zaman yolda qəzaya düşüb həlak olublar. Heç onu soruşan yoxdur ki, yol qəzasında həlak olan hərbçi özü təqsirkar idi, yoxsa "Kamaz" bunu gəlib vurub? Ancaq hərbidə kiçik nəsə olan kimi hay-küy salırlar, orduda da daha bir ölüm, müdafiə naziri işdən çıxarılsın və sairə. Kimlərəsə Müdafiə Nazirliyinin güclü olması sərf etmir. İstəyirlər ki, Azərbaycan ordusu zəif olsun. 

 

Vasif Həsənli

 

loading...
"Keçəl dərman bilsə öz başına sürtər" - Rusiya və Türkiyədən həkim gətirincə...
"Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa, dövlət niyə ona vəsait ayırmalıdır?"
"Çox dəyərli Mehriban xanıma hər zamankı kimi həssas münasibətindən dolayı dərin təşəkkürümüzü bildiririk"
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Prezidentin səhiyyə məsələləri üzrə köməkçisi postunun yaradılması təklif edildi
Cəmiyyət
“Yalan arayış cinayət məsuliyyətidir...” -XƏBƏRDARLIQ
Gündəm
“Əgər hansısa məmur vəzifəsindən sui-istifadə edərək karantin qaydasını pozubsa, o zaman...”
Araşdırma
Azərbaycan mətbuatı tarixində Üzeyir Hacıbəyli - NƏSİMAN YAQUBLUNUN ARAŞDIRMASI
Cəmiyyət
Fironluq edən hökmdarların qəbir əzabına məruz qalacağının Qurandakı təsdiqi üzə çıxdı
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Seymur Verdizadə
Artıq hamı anlayır ki, jurnalist göy alçanı da, şirin əriyi də öz puluyla alıb yeməlidir...
Sultan Laçın
“Günah keçi”ləri diktatorların ömrünü uzadır  – Onlara çox aludə olmayın..."
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
Səməd Vurğunun tutdurduğu Xalq yazıçısı: Sürgündən qayıdanda arvadı başqası ilə...
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Fəzail Ağamalı Siyavuş Novruzovun Həzrət Əli ilə müqayisə etdiyi oğlundan danışdı...
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247