AXCP Gənclər Komitəsinin həbsdə olan üzvü Daşqın Məlikov səhhətinin pisləşməsi səbəbindən Penitensiar Xidmətin Böyükşordakı xəstəxanasına köçürülüb.
Moderator.az-ın məlumatına görə, bu barədə "Azadlıq"a Daşqın Məlikovun atası Əlisafa Məlikov məlumat verib. Əlisəfa Məlikov bildirib ki, Daşqının həbs cəzası çəkdiyi Şüvəlan təcridxanasından zəng edib hadisə ilə bağlı ailəyə məlumat veriblər:
“Bizə dedilər ki, Daşqının vəziyyəti ağırlaşıb və onu Böyükşordakı xəstəxanaya yerləşdirblər. Əlavə məlumatımız yoxdur. Xəstəxanadan da məlumat vermirlər ki, zəruri ehtiyaclarını aparaq. Bilmirik kimə zəng edək. Vəkili hazırda ölkədə olmadığı üçün əlaqə saxlaya bilmirik. Daşqının xəstəliyi ağırdı, Həbsxana şəraitində onun həyatına təhlükə var”. Xatırladaq ki, Daşqın Məlikov 2-ci qrup əlildir, astma xəstəsidir və məcburi müalicəyə ehtiyacı var. Daşqın Məlikovun Cinayət Məcəlləsinin 234.1-ci (narkotik saxlama, gəzdirmə) maddəsilə ittiham olunaraq 2il 6 ay müddətində azadlıqdan məhrum edilib. Tibbi ekspertiza Daşqın Məlikovun narkotik asılılığı olmasını təsdiq etməsə də, siyasi sifariş nəticəsində xəstə gəncə qərəzli hökm çıxarılıb. Hazırda Daşqın Məlikovun qondarma həbsi ilə bağlı məhkəmə sənədləri Avropa Məhkəməsinə göndərilib.