Son günlər mətbuatda payızda keçiriləcək prezident seçkilərinin günüylə bağlı ziddiyyətli məlumatlar dolaşır. Hətta ötən gün hakimiyyətdəki mənbələrə istinadla artıq seçkilərin 11 oktyabrda keçiriləcəyi də iddia olunub. Maraqlıdır, görəsən niyə MSK şayiələrə rəvac verən bu məsələyə nöqtə qoymağa tələsmir?
Moderator.az-a açıqlama verən Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bu cür məlumatların heç bir əsasının olmadığını bildirib və ictimaiyyəti çaşdıran bu cür yazarlara Seçki Məcəlləsinə baxmağa çağırıb:
“Heç bir yubanmadan söhbət gedə bilməz. Məcəllənin tələblərinə görə seçki gününə ən azı 60 gün qalmış bu kampaniyaya start verilməlidir. Biz də avqust ayında start verəcəyik. Hal-hazırda məsləhətləşmələr gedir və MSK-nın növbəti iclaslarının birində bu məsələyə baxılacaq.”