"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin rəisi, general Arzu Rəhimov məsuliyyətə cəlb edilməlidir”.
Bu sözləri Moderator.az saytına “Hərbi Jurnalistlər” İctimai
Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, A.Rəhimovun
bu günə qədərki fəaliyyətində bir sıra ciddi qanunsuzluqlar aşkarlanıb ki, bu
da adıçəkilən dövlət yetkilisinin qanun qarşısında cavabdehliyini zəruri edir:
“A.Rəhimovun fəaliyyətində bir sıra məqamlar var
ki, burada aşkar qanun pozuntusu özünü aydın surətdə göstərir. Hansı ki, həmin
qanun pozuntularının bir çoxu mətbuat səhifələrində də öz əksini tapıb.
A.Rəhimov Prezident Administrasiyasında ən yüksək vəzifədə çalışan şəxsin
qohumudur. Lakin bu, onu məsuliyyətdən azad etməməlidir. Əgər bu ölkədə
həqiqətən də hamı qanun qarşısında bərabərdirsə, A.Rəhimov da məsuliyyətə cəlb
olunmalıdır. Ondan etdiklərinin hesabı sorulmalı, bu özbaşınalıqların qarşısı
alınmalıdır”.
Seymur Əliyev