İyulun 18-də Azərbaycan Mətbuat Şurası İdarə Heyəti yeni tərkibdə ilk iclasını keçirib. İclasın gündəliyində duran ilk məsələ şura sədrinin müavinlərinin seçilməsi olub. Umud Rəhimoğlu sədrin jurnalistlərdən, Müşfiq Ələsgərli ictimaiyyətdən olan müavinləri kimi təsdiqləniblər.
Şura sədrinin müavinləri növbəlilik əsasında şikayətlər üzrə komissiyaya rəhbərlik etməlidir. İlk iki ildə bu vəzifənin icrası Umud Rəhimoğluna həvalə olunub.
Vüqar Rəhimzadənin reket jurnalistikaya qarşı mübarizə, Tapdıq Abbasın bölgə mətbuatının inkişafı üzrə, Şamil Vəliyevin təhsil, Müşfiq Ələsgərlinin sosial, Nəsir Əhmədlinin dil, Cavanşir Feyziyevin beynəlxalq əlaqələr komissiyalarına, Yadigar Məmmədlinin mətbuatla dövlət qurumları arasında problemlərin həlli daimi komissiyasına sədrliyi məqbul sayılıb.
İclasda apelyasiya qrupunun tərkibi də formalaşdırılıb.
Toplantının gündəliyində duran növbəti məsələ Ali Media Mükafatının təqdimatı ilə əlaqədar olub. Müzakirələrdən sonra mükafatın birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilib