Xəbər verdiyimiz kimi Prezident Administrasiyası İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi son açıqlamasında Milli Şurada təmsil olunanların ünvanına sərt ittihamlar səsləndirərək, həmin şəxslərin bəzilərinin qaranlıq keçmişə malik olduğunu bəyan edib.
Əli Həsənovun məlum açıqlamasıyla bağlı Moderator.az-a danışan Milli Şuranın üzvü, ədliyyə generalı Vidadi Mirkamal PA rəsmisini tutduğu vəzifəyə hörmət qoymağa çağırıb:
“Əli Həsənovun bununla nə demək istədiyini onun özündən soruşmaq lazımdır. Mən isə deyirəm ki, ona qalsa Əli Həsənovun özünün də, təmsil olunduğu hakimiyyətin də keçmişi, bu günü və gələcəyi qaranlıqdır. O, rəsmi şəxsdir və anlamalıdır ki, bu formada danışmaq, dialoq aparmaq olmaz. Əli Həsənov tutduğu vəzifəyə hörmət etməlidir”.
Xəyal Əzizov