İyulun 16-da ABŞ Konqresində Azərbaycanla bağlı dinləmə keçirilib. Dinləmənin təşkilatçısı Konqresin Avropada təhlükəsizlik və əməkdaşlıq komissiyası (Helsinki Komissiyası) olub.
"Problemli (Başıbəlalı) Tərəfdaş: Azərbaycanda artmaqda olan avtoritarizm" adı altında keçirilən dinləmədələrdə ABŞ rəsmiləri ilə yanaşı Azərbaycan nümayəndələri də iştirak edib.
Bəs, doğurdanmı Azərbaycan ABŞ-ın başıbəlalı tərəfdaşıdır?
Moderator.az-ın bu sualını cavablandıran politoloq Natiq Miri Azərbaycanın həqiqətən də ABŞ-ın başıbəlalı tərəfdaşı olduğunu bildirdi:
“Bu gün Azərbaycanda çoxlu sayda siyasi məhbus var, seçkilər saxtalaşdırılır, vətəndaşların kanistusion hüquqları kobud şəkildə pozulur. Məhz bu amilləri nəzərə alan ABŞ Azərbaycanı özünün başıbəlalı tərəfdaşı hesab edir. Amma bəzi amillərə görə ABŞ Azərbaycanla münasibətdə olmaq zorundadır. Məsələnin mahiyyətinə gəldikdə isə mən hesab edirəm ki, Azərbaycan həqiqətən də ABŞ-ın başıbəlalı tərəfdaşıdır”
Xəyal Əzizov