Milli Şuranın sədri, qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı günü açıqlayıb. O, “Media forum” saytına deyib ki, iyulun 30-da gələcək:
“Avqustun 2-də Azərbaycanda kino işçilərinin bayramıdır. Həmin gün Bakıda olmalıyam, tədbirlərdə iştirak etməliyəm. Hələlik bilet almamışam”.
Yayılan
informasiyaların əksinə olaraq Rüstəm İbrahimbəyov Avropaya səfərinin
başlamadığını bildirib: “Hazırda Moskvadayam, burada bəzi işlərim var, onları
həll edirəm. Avropaya səfərim başlamayıb. Səfərlə bağlı danışıqlar aparıram.
Səfər iyulun 21-nə nəzərdə tutulub. Amma ola bilsin ki, avqusta təxirə
salınsın”.
Milli Şuranın sədri deyib ki, Avropaya səfəri, orada rəsmilərlə görüşməsi
məsələsində problem yoxdur: “Səfərin uzanması mənim işlərimlə bağlıdır”.