Yazar
Sultan Laçın
Bütün yazılar
kse
8375
30 Jan 2020 | 14:10

“Söhbət Qarabağın Azərbaycana qaytarılmasından yox,  Rusiyanın, ya ABŞ-ın təsirində qalmasından gedir...”

Azərbaycan XİN başçısının dünən Cenevrədə  “ayrılmaz” erməni  həmkarı ilə “7 saatlıq gərgin görüşü”ndən də, bu günkü növbəti raunddan da torpaqlarımızın azadlığıyla bağlı konkret bir nəticə hasil olmayacağı öncədən bəllidir və artıq Elmar Məmmədyarovun Qarabağla əlaqədar xarici turneləri sıravi bir Azərbaycan vətəndaşının  səfərlərindən yalnız  barəsində sayt və telekanallarda məlumat verilməsi ilə fərqlənir...

30 ilə yaxın aparılan formal səfər, görüş və danışıqların Azərbaycan üçün gerçək nəticəsizliyi və işğalçı ölkədəki “Paşinyan inqilabı”nın işğal altındakı torpaqlarımıza da ixrac olunması ilə bağlı sürəkli cəhdlər bir daha onu göstərir ki, əslində 1994-cü il “atəşkəs”indən bəri dünya çapında söhbət Qarabağın Azərbaycana qaytarılmasından deyil, Ermənistan kimi Rusiyanın, yoxsa ABŞ-ın nüfuz dairəsində qalmasından gedir...
 
Bundan doğan digər bir reallıq isə ondan ibarətdir ki, bizim müstəqil(!) dövlət olaraq torpaqlarımızı azad etmək cəhdlərimiz, uzaqbaşı, lokal döyüşlərdən və aylarla, illərlə davam edən hay-küylü, populist  çıxışlardan, “fəal diplomatik görüş və danışıq”lar, eləcə də canlı qüvvə, silah və texnika nümayişi maskaradlarından o tərəfə keçmədiyindən xalq olaraq planetdə yeganə güvəndiyimiz gerçək güc və qardaş ölkə, dövlət kimi Türkiyənin məsələyə təcili və təxirəsalınmaz müdaxiləsi vacib və labüddür...

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər