Rusiya prezidenti Vladimir Putinin yaxın vaxtlarda ölkəmizə səfəri planlaşdırılır. Putinin Azərbaycana gözlənilən bu səfəri Kremlin Azərbaycan iqtidarına qarşıdan gələn seçkilərdə dəstək verməsi anlamına gələ bilərmi?
Moderator.az-ın bu sualını politoloq, prezidentliyə namizəd Ərəstun Oruclu cavablandırıb:
“Hər şey səfərin hansı nəticələrlə yekunlaşacağından asılıdır. Ola bilər ki, səfərdən sonra elə açıqlamalar verilsin ki, vəziyyət bir qədər də gərginləşsin və ya elə mesajlar da verilə bilər ki, bu mesajlardan sonra Moskva-Bakı münasibətlərində istiləşmə olması haqda fikirlər gündəmə gəlsin. Unutmayaq ki, bu gün Azərbaycan-Rusiya münasibətlərində yetərincə gərginlik var. İndidən hansısa proqnozu vermək çox çətindir”.
Xəyal Əzizov