Mən sizi itirmək istəmirəm!
Oxunub: 5966
17 Jul 2013 | 11:28
Mən sizi itirmək istəmirəm!

Biz qəribə millətik vallah! Dəyərlərimizi ağına-bozuna baxmadan, uf demədən xərcləyə bilirik. Öz sahəsində millətə əvəzsiz xidmət verə biləcək tək-tək dühalarımızı, sənətçi və alimlərimizi bir anda öz siyasi iddialarımıza alət edirik. Və sonuc da o olur ki, həmin nəhəngləri sadəcə olaraq diriykən öldürürük. 

Bu sözlərim təsadüf deyil. Hələ bir müddət öncə keçmiş millət vəkili, mənim siyahılarımda daim təqdirlə adı çəkilən Gültəkin Hacıbəyli haqqında yazmaq istəyirdim. Onun deputat fəaliyyətini bəyənmişdim və düşünürdüm ki, bir zaman gələcək daha irəli gedəcək və dövlətimiz üçün faydalı işlər görəcək. Ancaq sonradan o, Ziyalılar Forumuna qoşuldu. Buna da normal yanaşdıq. Ardından da müxalifətçilik etməyə başladı. Və bu müxalifətçilik indi onu sonu və rəngi bəlli olmayan Milli Şuraya gətirib çıxarıb. Biz artıq bir zamanlar təqdir və sayğıyla yanaşdığımız Gültəkin Hacıbəylini itiririk. Bir az da belə davam etsə onu tam olaraq itirəcəyik. Ayrıntılara varmadan bu xanım haqqında bu qədər yazıram. 

Əslində, bizim belə itirmələrimiz təzə deyil. Biz müxalifətçi olaraq bir zamanlar Azərbaycanın ən möhtəşəm səsi, canlı korifey və həqiqi mənada böyük sənətkar, nadir səs sahibi Flora Kərimovanı da yavaş-yavaş itirirdik. Biz onu mitinqlərdə, meydanlarda xərcləyirdik. Dünyaya böyük bir sənət adamı missiyasını daşımaq üçün gəlmiş Flora xanımdan siyasətçi düzəltmək istəyirdik və onu məhvərindən çıxarıb genində olmayan işə sarı dartırdıq. Və beləliklə də böyük bir səsi məhv edirdik. İddiamız da bu idi ki, sənət adamları da bu hakimiyyətdən narazıdır və baxın, görün ki, bizimlə birlikdə meydanlara eniblər. 

Biz Flora Kərimovanı meydanlarda xərcləməkdəykən sənət səhnəsində dərin boşluqlar yarandı. Həmin boşluqları isə küçədən gəlmiş təsadüfi adamlar doldurdu. Elə adamlar ki, onlardan birinə “Prezidentin sizə hədiyyə etdiyi evi neylədiniz” sualı veriləndə tərbiyəsizcəsinə, “ondan qarderob kimi istifadə edirəm” cavabını verdi. Yaxud da “Xalq  artisti”, “Əməkdar artist” kimi ən yüksək adları mənimsəyərək sənətləri ilə deyil, bazar arvadları kimi saçyoldu xəbərləri ilə efir-ekranı doldurdular. Olacağı bu idi zatən. Çünki biz əsil-nəcabət sahibi Flora Kərimovanı meydanlarda xərcləyirdik və onun doldurmalı olduğu ekranlar bu əldəqayırma sənətçilərə buraxılmışdı.

Biz Akif İslamzadə kimi canlı əfsanəni də meydanlarda xərcləyirdik bir zamanlar. Onun da ekranlardan millətə gerçək sənət təqdim etməsi lazımkən, bu həqiqi mənada saf və dürüst insanı siyasi oyunlarımıza alət etmişdik. O, doğrudan da milləti, vətəni və dövləti üçün daha yaxşı günlər arzu edirdi. Biz isə onun bu ülvi hislərini istismar edərək özünü meydanlara daşıdıq və Flora Kərimova kimi onun da ekranlardakı yerini başqaları tutdu. Hətta bəzən elələri tutdu ki, nəinki sənətkarlığını, heç cinsiyyətini belə düz-əməlli müəyyən edə bilmədik. 

MDB məkanındakı rəngli inqilablar fonunda bir də nadir səs sahibi, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənət zirvələrinin yerini layiqincə doldura biləcək Azər Zeynalovu da meydanlara endirdik. Onu da inandırdıq ki, sənətçi deyil, siyasətçi olması lazımdır. Boynuna qoyduq ki, sən millətə Rəşidin, Müslümün davamçısı kimi deyil, bir siyasətçi kimi lazımsan. Amma şükürlər olsun ki, o, yanlış yolda olduğunu zamanında anladı və geriyə, millətə doğrudan da fayda verə biləcəyi sənətinə qayıtdı. Yəni onu tam olaraq xərcləyib qurtara bilmədik. 

İndi yenə də bu qəbildən xərcləmələrlə məşğuluq. Bir müddət öncə dünya şöhrətli alim, böyük ziyalı Rafiq Əliyevi xərcləmək istəyirdik. Nə yaxşı ki, bu müdrik insan zamanında və yerində durmasını bildi və xərclənməsinə imkan vermədi. 

Ancaq onun kimi dayanmağı, düşünməyi və xərclənməməyi bacarmayanlarımız da var. Və həmin böyük şəxsiyyətləri də yavaş-yavaş itirməkdəyik. İtirmək istəməzdik əlbəttə. Amma özləri özlərini xərcləyirlər. Nəyin uğruna? Bunu da düz-əməlli şəxsən mənə izah edə bilmirlər. 

Söhbət hər zaman sayğı duyduğum, istər millət vəkili, istər keçmiş cəbhəçi, istərsə də bir tarixçi kimi dəyər verdiyim Professor Cəmil Həsənlidən gedir. Bu böyük insan haqqında hər zaman sayğı ilə danışmışam. Onun siyasi dünyagörüşünə və milli təəssübkeşliyinə də heç zaman şübhə etməmişəm. Ancaq son gəlişmələr çox hörmətli Cəmil müəllimin də xərclənmək üzrə olduğunu göstərir. O da xərclənir. Halbuki mən onun xərclənməsini heç arzu etmirəm. Çünki Cəmil müəllim Azərbaycan tarixinin ən şanlı səhifələrini araşdıran, fundamental əsərlər ortaya qoyan və nəinki ölkəmizdə, hətta uzaq ABŞ-da belə tanınan, sayılan dünya şöhrətli bir alimimizdir. O bu sadalanan keyfiyyətləri ilə bu millətə çox gərəklidir və kim bilir daha neçə illər lazım olacaq ki, yeni bir Cəmil Həsənli yetişsin. İndi bizim böyük ümidlə baxdığımız bu böyük alim də özünü çox ucuz bir ideya uğrunda xərcləməkdədir. İstəməzdim, arzu etməzdim bunu. Mənə bugünkü hakimiyyəti devirmək istəyən Cəmil Həsənli deyil, ABŞ-da, Avropada, Rusiyada, Türk Dünyasında Azərbaycan gerçəklərini bir alim kimi tanıdacaq, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni araşdırmalar ortaya qoyacaq Prof. Cəmil Həsənli lazımdır.

Milli Şuradan söz düşmüşkən, onun başına gətirilmiş, yenə də öz sahəsində yetərincə tanınan və qəbul edilən bir nəfəri də xərcləyirik biz. Rüstəm İbrahimbəyovu deyirəm. Bu şəxs də öz sahəsində sayılan, seçilən və sayğı duyulan birisidir. Onun çəkdiyi filmlər, yazdığı ssenarilər, mənsub olduğu çevrələr Azərbaycana nəinki indi, gələcəkdə də çox yüksək xidmət göstərə bilər. Təbii ki, bir kino xadimi kimi qalsa. Ancaq görünən odur ki, bu kino nəhəngini də siyasi iddialarımıza alət edərək xərcləyirik. Hətta onu inandırmışıq ki, səndən ölkə prezidenti belə olar. 74 illik ömründə bircə gün belə siyasətlə məşğul olmayan bu kino xadimini artıq 10 ildir ki, Azərbaycan kimi keşməkeşli bir ölkəni ustalıqla idarə edən, çökükdən dirçəliş və inkişaf yoluna daşıyan İlham Əliyev kimi təcrübəli siyasətçiyə rəqib olaraq meydana sürmüşük. O da uşaqcasına özünü inandırıb ki, bir az daha cəhd etsə İlham Əliyevin yerini tuta bilər. İndi biz buna izah da edə bilmirik ki, siyasət kino çəkmək, ssenari yazmaq qədər asan məsələ deyil. Üstəlik, bunun gərəkdirdiyi bir sıra keyfiyyətlər var ki, onları biz sizdə görə bilmirik. Yəni siz siyasətçi, hələ bir ölkə prezidenti qəlibinə heç cür uyğun gəlmirsiniz. 

Amma onu deyə bilərik ki, Rüstəm İbrahimbəyov bundan sonra da möhtəşəm filmlər çəkə bilər. Örnək üçün, Qarabağ müharibəsi ilə bağlı dünya ekranlarına daşınacaq çox ciddi bir filmə ehtiyacımız var və onu da məhz kino nəhəngi olan Rüstəm İbrahimbəyov çəkə bilər. Özü də bu film Hollivud filmlərini kölgədə qoya biləcək qədər böyük bir sənət əsəri ola bilər. İndi prezidentlik kimi sonu zatən bəlli olan mənasız və uyğunsuz bir iddiamı yaxşıdır, yoxsa yaxşı bir film çəkib Azərbaycanın ən ağrılı problemini dünyaya tanıtmaqmı? Məncə, sonuncuya enerji xərcləməyə dəyər, Rüstəm müəllim. Siz, lütfən, mənim kimi sizdən həm yaşda kiçik, həm də mənsub olduğunuz sənət sahəsində piyada olan birisinin bu fikirlərini qəribçiliyə salmayın. Kino çəkməkdən anlamasam da az-çox siyasi fəaliyyətim və bu sahədə anlayışım var və hazırda baş verən proseslərin nəticələrini indidən görürəm. Ona görə də Rüstəm İbrahimbəyov böyüklükdə kino xadimimizin ucuz siyasi sensasiyalar naminə xərclənməsinə göz yuma bilmirəm. Necə ki, Flora Kərimovanı, Akif İslamzadəni, Rafiq Əliyevi, Azər Zeyanlovu, Cəmil Həsənlini və hətta Gültəkin Hacıbəylini bu millətə fayda verə biləcəkləri uyğun yerdə görə bilirəm, Rüstəm İbrahimbəyovun da bu millətə mənsub olduğu sahədə çox fayda verə biləcəyini qəbul edirəm. 

Mən sizi itirmək istəmirəm! Heç birinizi! Çünki siz olmalı olduğunuz yerdə bu millətə çox gərəklisiniz! Hələ sizinlə bərabər millətə fayda verə biləcək başqa böyük şəxsiyyətlərimizi demirəm! Bizim sizə siyasətçi kürsüsündə deyil, kinoda, elmdə, sənətdə ehtiyacımız var! Nə olar, gec deyilkən bunu anlamağa və millətə daha faydalı ola biləcəyiniz cəbhəyə dönməyə çalışın. Bu bir vətəndaş istəyi, hayqırtısıdır və Sizin kimi böyük insanların bu hayqırtıya biganə qalmağa haqqı yoxdur!

 


Oxşar xəbərlər
22:35, Bu gün
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
22:27, Bu gün
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
22:20, Bu gün
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub - FOTO
22:15, Bu gün
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
22:14, Bu gün
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
22:13, Bu gün
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:09, Bu gün
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:35, Bu gün
Səhər Günəş doğandan sonra açılır...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO