Arial;mso-ansi-language:AZ-LATIN">Freedom House hüquq müdafiə təşkilatı iyulun
16-da dünyada azadlıqların vəziyyəti haqqında illik hesabat yayımlayıb. Bu
çoxsəhifəlik sənəddə dünyanın ən problemli bölgələrində hüquq və azadlıqlarla
bağlı vəziyyətin qiymətləndirilməsi və təhlili verilib. Moderator.az
xəbər verir ki, 2012-ci il ərzində Avrasiyada istibdad rejimləri demokratik
dəyişikliklərə qarşı fəal mübarizə aparıblar. Bəzi hallarda artıq repressiyalarla
məşhur olan hökumətlər çoxillik senzura təcrübəsinin ardınca fərqli düşüncənin
daha da məhdudlaşdırılması üzrə yeni və hədsiz tədbirlər tətbiq ediblər,
məhkəmə sistemini özlərinə tabe ediblər və bəzən zorakılığa əl atıblar. Nəticədə
regionun avtokratik ölkələrində idarəetmə müəssisələri öz öhdəliklərini
getdikcə daha pis yerinə yetiriblər, müstəqilliklərini itiriblər və korrupsiya
qarşısında zəifləyiblər.
Belə
mənfi şəraitdə Rusiya təqlid üçün nümunə kimi çıxış edib. Vladimir Putinin
prezident vəzifəsinə qayıtması ilə Rusiya hakimiyyəti siyasi müxalifət
üzvlərinin və vətəndaş cəmiyyəti fəallarının qorxudulmasına yönəlmiş tədbirləri
genişləndiriblər.
Rusiya
ilə qonşu olan avtokratik rejimlər arasında da analoji model üstünlük təşkil edib,
burada vətəndaş fəalları məqsədyönlü şəkildə xüsusilə amansız davranışa məruz qalıblar,
deyə məruzədə bildirilir.
Azərbaycan,
Tacikistan və Belarusda rejimlər ehtimal olunan düşmənlərin hüquqi və qeyri-hüquqi
mexanizmlər vasitəsilə təqibini sərtləşdiriblər.
Ötən
ilin ən geniş yayılmış təmayüllərindən biri vətəndaş cəmiyyətinə qarşı hücumlar
olub. Belə ki, 2012-ci ildə avtoritar rejimlər gələcək nümayişlərin qarşısının alınması
üzrə tədbirlər görərək, yeni məhdudlaşdırıcı qanunlar qəbul ediblər və sistemli
şəkildə reqressiv taktika tətbiq ediblər. Bu ölkələr arasında Rusiya, Qazaxıstan,
Belarus, Azərbaycan və Tacikistan göstərilib.
“Azərbaycan
siyasi müxalifəti aqressiv şəkildə boğduğu halda, Gürcüstan və Ermənistan
namizədlərin seçkiqabağı resurslara və KİV-ə bərabər çıxışına böyük əhəmiyyət
verən yeni seçki qanunvericiliyinə uyğun olaraq parlament seçkiləri keçirib. İnzibati
resurslardan sui-istifadə və seçki günlərində pozuntular müəyyən dərəcədə davam
edib, amma ümumilikdə seçkilərin alternativliyi artıb və hər iki ölkədə daha nümayəndəli
qanunverici orqanlar seçilib.
İlk
dəfə olaraq vaxtilə bütün dövlət qurumlarına qarşı çıxan Ermənistan Milli
Konqresi Ermənistan Milli Məclisində yer alıb və parlament siyasətində iştirak
etməyə başlayıb.
Gürcüstanda
milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi keçmiş müxalifət partiyaları koalisiyası
gözlənilməyən qələbə qazanaraq, müstəqil Gürcüstanda seçkilər nəticəsində hakimiyyətin
dinc yolla dəyişməsinə səbəb oldu”, deyə məruzədə qeyd edilir.
“2012-ci
ildə Azərbaycan və Qafqazdakı qonşuları arasında demokratik inkişaf fərqi artmaqda
davam edib. Gürcüstanda və Ermənistanda dincə və kifayət qədər hərtərəfli seçkilər
Bakıda “Eurovision” mahnı müsabiqəsinə hazırlıq zamanı ictimai yığıncaqların
amansızca dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin iştirakçıları üçün
böyük cərimələr tətbiq edilməsi ilə kəskin ziddiyyət təşkil edib. Bu arada,
xarici KİV-lərin araşdırmalarında prezident İlham Əliyevin böyük şəxsi
aktivlərinin üstü açılıb. Bu, korporativ mülkiyyət strukturunun sirrini müdafiə
edən və jurnalistlərin korrupsiyanı ifşa etmək imkanlarını daha da
məhdudlaşdıran hüquqi düzəlişlərin qəbulu üçün əsas oldu.
Macarıstan
hakimiyyəti 2004-cü ildə Budapeştdə təlim zamanı erməni zabitinin amansız
qətlinə görə həbs edilmiş Azərbaycan ordusunun keçmiş zabiti Ramil Səfərovun repartasiyası
haqqında gözlənilməz qərar qəbul etdikdə Bakıda hökumət onu qəhrəman kimi
qarşıladı və dərhal azad etdi, bununla da Ermənistanla mübahisəli Dağlıq Qarabağ
ərazisi haqqında danışıqların gedişatını ləngitdi”, deyə hesabatda bildirilir.
Freedom
House-un əsas göstəricilər reytinqinə əsasən Azərbaycanda aşağıdakı sahələrdə
vəziyyət pisləşib: 1) seçki prosesi; 2) vətəndaş cəmiyyəti; 3) korrupsiya; 4) demokratiyanın
vəziyyəti.
Qeyd
edək ki, məruzənin ilk səhifəsində Turan agentliyinin fotoreportyoru Əziz
Kərimovun Bakıda mitinqin dağıdılması zamanı çəkdiyi fotoşəkildən istifadə
olunub.