Xəbər lenti
25/10/2020 [10:00]:
Bakıda COVID-19-a ən çox yoluxma Binəqədi rayonundadır
25/10/2020 [09:58]:
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
25/10/2020 [09:55]:
“Samsung”un rəhbəri dünyasını dəyişdi
25/10/2020 [09:52]:
Erməni nazir CNN-in sualları qarşısında gözünü döyə-döyə qaldı... - VİDEO
25/10/2020 [09:48]:
Müdafiə Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət etdi
25/10/2020 [09:44]:
"Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da, buna nail ola bilməyəcəklər"
25/10/2020 [09:32]:
"Ermənilər terroru özlərinə peşə seçmiş millətlərdəndir, ilk terror təşkilatlarını da onlar yaradıblar"
25/10/2020 [08:38]:
"Azərbaycan ordusu müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib" - 25 oktyabr-RƏSMİ
25/10/2020 [08:29]:
“Xudafərin məğlubiyyətindən sonra Ermənistan təslim aktını imzalamalıydı...”
25/10/2020 [07:36]:
Müsəlman oğlu Həbib karyerasını məğlubedilməz kimi bitirdi...-VİDEO
25/10/2020 [07:17]:
Böyük cihadın 6 mərhələsi...
25/10/2020 [01:10]:
"Burda diqqəti çəkən “Mariott Abşeron” otelinin konkret hədəf kimi göstərilməsidir"
25/10/2020 [00:16]:
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO
24/10/2020 [23:37]:
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
24/10/2020 [23:35]:
Ermənilər Bakıda terror aktları hazırlayır - Rəsmi Vaşinqtondan XƏBƏRDARLIQ...
24/10/2020 [23:31]:
Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
24/10/2020 [23:29]:
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO
24/10/2020 [23:26]:
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
24/10/2020 [23:10]:
Düşmənin burnunu ovdu əsgərim, iti qovan kimi qovdu əsgərim, qayıt Şuşamıza, qayıt, Şuşalım!
24/10/2020 [22:52]:
Ermənilər “Qarabağ Azərbaycanındır” deyən niderlandlı deputatı təhdid edir
24/10/2020 [22:50]:
"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"
24/10/2020 [22:31]:
"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"
24/10/2020 [22:26]:
Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
24/10/2020 [22:21]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
24/10/2020 [22:18]:
"Ermənilərin iç üzünə bələd olan nə Avropa, nə də ABŞ onların göz yaşlarına inanmır"
24/10/2020 [22:01]:
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
24/10/2020 [21:46]:
"O qədər xəbis millətdir ki, başqa regiona məxsus başqa birisinin ağalığını yaxına buraxmır"
24/10/2020 [21:20]:
Tozundan, torpağından öpüb rahatlancağıq...
24/10/2020 [21:12]:
Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”
24/10/2020 [21:08]:
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
24/10/2020 [21:07]:
Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib
24/10/2020 [21:04]:
Qarında köp, qaz və qıcqırmanın 7 səbəbi - Bu qaydalara əməl etmirsiniz...
24/10/2020 [21:02]:
Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO
24/10/2020 [20:04]:
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb
24/10/2020 [20:02]:
"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...
24/10/2020 [19:42]:
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTOLAR
24/10/2020 [19:39]:
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24/10/2020 [19:35]:
Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...
24/10/2020 [19:33]:
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
24/10/2020 [19:21]:
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
24/10/2020 [19:16]:
“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”
24/10/2020 [19:12]:
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı...
24/10/2020 [19:08]:
Andranikin qulağını kəsən bəyin nəticəsi döyüşdə – VİDEO
24/10/2020 [18:56]:
Düşmənin hücum cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi
24/10/2020 [18:43]:
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO
24/10/2020 [18:28]:
Ordumun gücündən düşmən dardadır, Ağdamın, Şuşanın gözü yoldadır...
24/10/2020 [18:20]:
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
24/10/2020 [18:10]:
"Türkiyənin öz torpaqlarından sonra ən çox Şəhidi olan ikinci torpaq Can Azərbaycandır"
24/10/2020 [18:05]:
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
24/10/2020 [18:02]:
Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
24/10/2020 [17:55]:
Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO
24/10/2020 [17:53]:
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
24/10/2020 [17:51]:
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
24/10/2020 [17:43]:
“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov
24/10/2020 [17:41]:
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
24/10/2020 [17:41]:
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
24/10/2020 [17:21]:
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
24/10/2020 [17:17]:
Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib
24/10/2020 [17:13]:
Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”
24/10/2020 [17:09]:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə həyata keçirilib
24/10/2020 [16:25]:
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
24/10/2020 [16:22]:
Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24/10/2020 [16:20]:
“Ermənilərin etdiyi günahlar Allaha xoş getmədiyindən Qarabağa gedən yollarımız açıldı”
24/10/2020 [16:20]:
Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24/10/2020 [16:19]:
"Bu haqlı savaşda işğaldakı torpaqlarınızın geriyə qaytarılması sizin ən təbii haqqınızdır"
24/10/2020 [16:11]:
Düşmən PUA-sı məhv edilib - RƏSMİ
24/10/2020 [16:09]:
"Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - Ərdoğan
24/10/2020 [16:07]:
Düşmənin döyüş təyyarəsi məhv edilib
24/10/2020 [15:47]:
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib
24/10/2020 [15:46]:
“Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar” - Ərdoğan
24/10/2020 [15:44]:
Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - Azərbaycan əsgəri
24/10/2020 [15:41]:
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
24/10/2020 [15:39]:
Azərbaycanda daha 792 yeni yoluxma faktı qeydə alınıb
24/10/2020 [15:22]:
İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb
24/10/2020 [15:19]:
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
24/10/2020 [14:58]:
Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu
24/10/2020 [14:49]:
"Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman"ına su tökür"
24/10/2020 [14:48]:
"Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki..."
24/10/2020 [14:44]:
Kəlbəcərdəki faciə Çili mətbuatında...
24/10/2020 [14:25]:
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
Bütün arxiv bir sırada
24/01/2020 [19:14] - Ədəbiyyat - ( 6313 dəfə baxılıb)

İnsanların yarısı ağlayırdı... - IX məqalə




 (M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

Keçmiş keçən deyil, olduğu yerdə durur...

 

Əvvəli burada:

 

I məqalə : https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

II məqalə: https://moderator.az/news/282731.html

 

III məqalə: https://moderator.az/news/283730.html

 

IV məqalə: https://www.moderator.az/news/285330.html?fbclid=IwAR3-0PS1FYj_KKrASO6zftBz3iulVN7mhh06CfVBp9Of0oNlomi8V0wb48c

 

Vməqalə: https://www.moderator.az/news/286820.html?fbclid=IwAR3pZ2lUVM88GLmO9GVhdTd-9Mcnq53_JADoYeRTP3T8J7B_nirtArfkZ9Y

 

VI məqalə: https://moderator.az/news/303815.html

 

VII məqalə: https://moderator.az/news/305104.html

 

VIII məqalə: https://moderator.az/news/305470.html

 

M.Prustun “Sevinclər və günlər” adlı kitabına ilk dəfə 1896-cı ildə ön sözü Anatol Frans yazmışdır. Həmin kitabın 1927-ci ildəki Rusiyada çap olunan (Fransız dilindən Taraxovski və Q.Orlovskoy tərcümə etmişdir) variantının redaktoru və ön soz müəllifi isə Yevgeni Lann idi.

A.Frans M.Prusta xeyir-dua verir, uğur arzulayır və onu səmimi, dürüst, oxucusunu aldatmayan, onları isti bir ünsiyyət mühitinə cəlb edən yazıçı hesab edirdi. “Qəribə və ağrılı gözəllik atmosferi” yaradan gənc yazarı ilk baxışdan sadəlövh hesab edənlərə bildirirdi ki, onda gördüyü sərbəst nişanalma məharəti  və müdriklik uğurlu yazar keyfiyyətindən xəbər verir.

“Sevinclər və günlər” kitabını incə ruhun məhsulu hesab edən Yevgeni Lann isə 1927-ci ildə yazırdı: “Gündüzlər boğulduğuna görə yalnız gecələr işləyə bilirdi, əzabların öhdəsindən gəlmək üçün bütün iradəsini sınadı. Hisslərin qıcıqlanması prosesi bütün varlığını bürüdü. Son illərdə kənardan gələn səsləri boğmaq üşün mansarda oturmuş, tamamilə təcrid olunmuş otaqda yaşamağa məcbur olmuşdur. 1919-cu ildə “Qonkur”* ədəbiyyat mükafatını almış, möhtəşəm romanının (“İtmiş zamanın sorağında” – İ.M) tam nəşr olunmasını görmədən 18 noyabr 1922-ci ildə vəfat etmişdir”.

Oxucusu üçün “qəribə və ağrılı gözəllik atmosferi” yaradan M.Prustun bəlkə də “boğulma əzabından qıcıqlanan bütün hissləri” məhz daxili bir təlatüm  yaradaraq “İtmiş zamanın sorağında” romanının doğulmasına səbəb olmuşdur.

Sözün yaxşı mənasında qıcıqlanan və tam yeni formada baş qaldıran hisslərin təlatümü romanının III kitabının (“Guermantes tərəfi”) səhifələrində də özünü göstərir. II bölümün I hissəsində Marsel nənəsinin, Berqottenin (A.Fransın) xəstəliyindən, hersoq və doktordan, nənəsinin can verməsi və ölümündən bəhs edir. II bölümün II hissəsində isə Albertinanın ziayarəti və başqa hadisələrin təsviri yer alır.

Əvvəlki məqalələrdə də qeyd etdiyimiz kimi 1913-1927-ci illər arasında on beş cilddə nəşr olunan  7 kitablıq romanda əsas hadisələr  yarım əsrdən çox dövrü əhatə edir. 1840-dan 1915-ci ilə qədər. XIX əsrin sonlarının cəmiyyəti, bu cəmiyyətdə baş verən deqradasiyalar Birinci Dünya Müharibəsi zamanına qədər gəlib çıxır. Prust kitabı 1906-cı ilin payızında Parisdə başlamış və 1922-ci ildə ölümünə qədər dönə-dönə redaktə etmişdir.

Fransız aristokratiyasının həyatı, “Svanlar tərəfi”nin əksi olan bir mənzərədə (Guermantes tərəfi) və  bu həyata daxil olan insanların bir-birinə münasibəti ən xırda detallarıyla, uzun-uzadı əks olunur. Bir aristokrat məclisində sakit danışıqlar, səssiz müşahidələr, mübahisə və mülahizələr 100-150 səhifəyə qədər həcmi əhatə edə bilir.  Böyük məclislərdə, böyük cəmiyyətlərdə toplaşan və bir-birirnə təbəssümlə reaksiya verən insanların daxili, ruhi aləminin qaranlıq bir boşluq içərisində olduğu bəlli olur. Bu insanlar nəinki bir-birinə, hətta özlərinə, öz daxili “mən”lərinə də xəyanət edir. Bir cür düşünüb başqa cür danışmaq və saxtakarcasına ifadə jestləri ikrah doğurur.  Hətta hersoq və hersoginya süniliyi, onların yalanla dolu yaşam tərzi aşağı təbəqə insanlarının, ev xidmətçilərinin həyat hekayələri, məişət yalanları müqabilində daha qorxunc görünür. Əsil-nəcabət keyfiyyəti kimi tez-tez vurğulanan “dürüstlük”, “mükəmməllik”, “nəciblik” anlayışı fiasko təsiri bağışlayır.  Müəllif obrazlarının daxilinə baş vuraraq hissləri adına uyğun şəkildə  (şəhvət, ehtiras, tamah, qorxu, və s.) incələyir və insanın mahiyyətini bu hisslərin əlində əsir edilmiş varlıq kontekstində şərh edir.

            Zamana Prust rakursundan baxmaq təsəvvürdə belə bir ifadə də yaradır: Rrust zamanı! Yarım əsrin Fransası Prust vasitəsilə və onun baxış bucağında həqiqi, gerçək Fransa obrazı yaratmışdı. Fransanın romanı hesab oluna biləcək bu monumentallıqda axtarış zamana hədəflənsə də, söhbət sanki daima “bu gün”dən gedir.  Ali cəmiyyət elitası, əslində boş-bekar dolanan aristokratlar  daha dolğun və daha mükəmməl, təbii həyat tərzinə keçid edə bilmir. Əsrlərlə düşüncələrdə kök atmış saxta və qurama ədəb-əxlaq qadağaları, insan azadlığını boğan “aristokratiya qanunları” romanda istehza hədəfinə çevrilir, ona parodiya olaraq karikaturalaşmış cəmiyyət modelinin şəkli çəkilir.

Romanda daima nələrisə axtarmaq, tapmaq  ehtirası var, bu ehtiras zaman, qadın sevgisi, yaxın, doğma qohumların həsrəti, yaşanmış evlərin qoxusu, küçələrin səs-küyü üçün daima oyaq vəziyyətdədir.

Burada zaman bizim bildiyimiz müddətlər çərçivəsində deyil, kainat zamanı, Yer zamanı və insanın Yer üzünə enməsi tarixi ilə bağlıdır. Yatan, yuxuda Adəmdən qopan Həvvanın həsrətini, istisini canına hopduran ilk insan kimi yuxudan oyanan,  təkrar-təkrar doğulan bir insan. Bəlkə də Adəm və Həvvanın vəhdəti olan, onlardan doğulan yox, məhz onların sintezi kimi mövcud olan bir varlıq, ola bilsin ki, homoseksual bir cinssizlik və ya fərqli bir növ, insan cinsi kimi dünyanı görmək fürsəti yaradır. Təbii ki 7 kitab, dünyanın romanını 7 cildə yerləşdirmək ideyası da anlaşılandır. Dünyanın yaradılması prosesindəki gün sayı, 7 qat, 7 cür baxış bucağı 7 kitab fəlsəfəsində  reallaşır. Və bütün bunların hamısında M.Prustun yaradıcı şəxsiyyəti, hisslər dramının monumental romanını yaradan “ədəbiyyat tanrısı” obrazı da   yer almaqdadır.

3-cü kitabda Prust həm də öz yazıçı yaleyinə işarə edir, bu talenin müəmmalı sonluğu haqqında düşünür. Böyük fəlsəfi əsərlər üçün mövzular haqqında düşünərkən özünü aciz durumda hiss etdiyini bildirir.

“Təhkiyəçi və personajlar arasındakı münasibətlər sistemində mühüm rol Svana aiddir. Nabokov, Marselin taleyinin Svanın taleyində əks olunduğunu vurğulayır. İlk kitabdakı üç əsas sevgi və qısqanclıq süjeti: ananın öpüşü süjeti, Svanın sevgi  süjeti və nəhayət, Marsel və Gilbert süjetləri romanist və onun köhnə dostunun görüş nöqtələrinin kəsişməsinə əsaslanır. Marsel həsrətini Svanınkına bənzədir, öz xatirələrini Svan hekayəsi ilə birləşdirir, nəticədə Svan müəllifin “mən” şəklinin başqa, oxşar bir növü kimi ortaya çıxır. Svan  xəyalpərəst bir xarakterdir, portretlər toplusudur – burjua oğlu, qlobal düşüncəli insan, aşağı təbəqədən olan qadının sevgilisi və s. Yalnız müəllifin şüurunda dərin və faciəli bir şəxsiyyətin xarakteri, obrazı formalaşıb. Svan dünyasına yalnız təhkiyəçinin daxil olmasına icazə verilir. Marselin ədəbi istedadı, bu istedadın yetkinləşməsi dövründə yaradılan Svan  xarakteri onun ölümsüzlüyünün səbəbidir”. (Olqa Skoneçnaya)

Nənəsinin xəstələnməsi prosesini, həkim müayinələri, iynə-dərman proseduru, ailə üzvlərinin bu xəstəliyə və xəstəyə münasibəti, qohumların, tanışların ziyarəti, hətta uzaqda yaşayan qohumların teleqraf göndərərək izn alıb gəlməsi və onlarla “kənar” hesab edilə bilən, bəlkə də xəstəyə və xəstəliyə o qədər də aidiyyatı olmadığı zənn edilən hadisələr ən xırda detallarıyla təsvir edilir. Anası və nənəsi arasında olan ülvi duyğular xüsusi incəliklə çatdırılır. Romanın bu hissəsində də Prust baxışının mahiyyətə nüfuzu görünür. Nənəsi ağrılardan çox acı çəkir, həkimlər morfi alınmasına icazə verir. Morfi ağrıları azaltsa da, zərbələr sanki hədəfdən yayınır bədənin digər üzvlərini dağıdırdı.

“Kökünü kəsmək istədiyimiz xəstəliyi çox olsa sıyırıb keçmişdik, onu yaxşıca azdırmaqdan, bəlkə də səbəbin məhvini tezləşdirmək cəhdindən başqa bir şey deyildi etdiklərimiz”. Zülalların çox yüksək olduğu günlərdə  morfi verilməsi problem yaradırdı, lakin nənənin ağrıları dayanılmaz olurdu.

“Nənəm  belə şiddətli ağrılar çəkərkən geniş alnı qızarır, tərdən islanan ağappaq saçları alnına yapışırdı. Bizim otaqda olmadığımızı zənn edəndə “Ah, çox qorxunc şeydir bu!” – deyə qışqırırdı, amma anamı görən kimi dərhal bütün enerjisini üzündəki acının izlərini silmək üçün sərf edir, ya da əksinə, eyni şikayətləri təkrarlayıb anamın eşitdiyini ehtimal etdiyi  sözlərə başqa bir məna verərərk açıqlama edirdi: “Ah qızım! Bu gözəl günəşli havada gəzmək lazım olduğu halda yataqda olmaq qorxunc bir şeydir, sizin bu müalicələrinizə hirsimdən ağlayıram”. Nə etsə də, baxışlarındakı sızıltını, alnından axan təri, qollarının və ayaqlarının ani çırpıntılarını ört-basdır edə bilmirdi. “Ağrım yox, tərs yatmışam, ona görə şikayət edirəm, saçlarım dağılmış, mədəm bulanır, divara dəydim”.  Yatağın aşağısında baxışlarıyla bu ağrılı alnı, xəstəliyi qidalandıran bu bədəni deşib keçərsə, sanki sonunda xəstəliyə yetişib onu məhv edə biləcək kimi bu ağrıya pərçimlənmiş olan anamsa belə deyirdi: “Narahat olma, canım ana, sənin belə acı çəkmənə icazə verəsi deyilik, bir çarə tapacayıq, bir azca səbr et, icazə verirsənmi səni heç tərpətmədən öpüm?” Sonra da çömələrək, bəzən də diz çökərək yatağa əyilir, təvazökarlıqla, ehtirasla öz sevgisini qəbul etdirmək məqsədilə sanki bir müqəddəs kasa uzadır kimi bütün varlığını cəmlədiyi üzünü nənəmin üzünə uzadır (bu üz elə tutqun, elə kədərli, elə sevimli qırışlarla işlənmişdi ki, bu qırış izlərinin bir öpücükləmi, bir hıçqırıqlamı, yoxsa bir təbəssümləmi oyulduğu anlaşılmırdı), nənəm də öz üzünü anama tərəf uzatmağa çalışırdı. Üzü o qədər dəyişmişdi ki, hər halda küçəyə çıxmaq gücü olsa, görənlər ancaq şlyapasının tükündən tanıya bilərdi onu. Üz cizgilərini bütün gücünü sərf edərək heykəl qəlibinə tökülməyə hazır olan bir model yaratmağa çalışırdı sanki. Bu heykəltaraşlıq çalışması sona çatmaq üzrəydi, nənəmin üzü zəiflədiyi kimi həm də sərtləşmişdi”.

 Marsel nənəsinin üzünə yayılan damarları mərmərdəki damarabənzər cizgilərə oxşadırdı, ancaq bu heykəl simanı ondan daha sərt bir daş hesab edirdi. Nənəsi nəfəs aldıqca onu köhnəlmiş, yıxılmış, yorğunluqdan həmişə irəli əyilən,   ibtidai və demək olar ki, eradan əvvəlki heykəltəraşlıqdakı qaba qəbir daşlarının  sərt, yonulmamış üzünə bənzədirdi. Amma hələ sağ olduğu, nəfəs aldığı üçün bu heykəltaraşlıq fəaliyyətini “başa çatmamış, tamamlanmamış əsər” adlandırırdı. Nənənin ölümü kitabın, heykəlin, baş daşının bitmiş şəkli olacaqdı.

Maraqlıdır ki, bu bölümdə nənə ilə bərabər Berqottenin (A.Fransın) də xəstəliyindən bəhs edilir və burada da nənə ilə təkcə ruhi bir bağlantı yox, həm də xəstəliklə bədənin vəhdəti məsələsindəki oxşarlıq izah edilir.. Bölümün başlığında da (“Nənəmin xəstəliyi. – Berqottenin xəstəliyi. – Hersoq və doktor. – Nənəmin süqutu. – Ölümü.”) buna işarə olunmuşdur.  Yazıçı metoforik şəkildə təsvir etdiyi bu bəlanın səbəbini onunla izah edirdi ki, onun düşüncələrinin böyük hissəsi  beynindən kitablarına keçmişdi. Sanki kitablar əməliyyatla bədənindən alındığı üçün zəifləmişdi, bütün düşündüklərini bayıra çıxardığından daxilində boşluq, zəiflik yaranmışdı, bitki mənşəli canlılar kimi xəstəlik keçirirdi  - ölgün, zəif, süst...   Berqotte üçün xəstəlik düşüncə, fikir itkisi ilə bağlı idi. Deməli, mahiyyət etibarilə bu adam fikir, düşüncə, ideyadan yığılmış, qurulmuş, cəm olmuş varlıqdır. Xəstəliyinin də adı, yəqin ki yoxdur.

Bu xəstəlik məsələsində aristokrat cəmiyyətin inanılmış həkimləri əlacsız, bəzən gülünc durumda təsvir edilir, müəllif onlar haqqında yazır: “Aristokrat insanlar doktorları haqqında belə deyir, biz də Fransuazanın qəzetlərdəki elanlara inanması kimi onlara inanırıq”.

Növbəti dəfə məşhur bir həkimin gəlişi zamanı maraqlı hadisənin şahidi oluruq. Nənə müayinədən qəti şəkildə imtina edir. Həkimin boşuna çağırılmasını ört-basdır etmək üçün evdəkilərin hamısı özünü yoxlatmaq qərarına gəlir. Heç bir narahatlığı olmayan ev  adamlarına burunlarını yoxlatmaq təklifini əslində həkim edir və hər kəs razı olur. Nəticədə məşhur elita həkiminin gülünc diaqnozu ortaya çıxır. “Doktorsa, əksinə rahatsız olduğumuzu, istər miqren və ya qarın ağrısı olsun, istər ürək, ya da şəkər xəstəliyi, hamısının əslində qarşısı alınmayan burun xəstəliyi olduğunu irəli sürdü. Hər birimizə: “baxın, bu buynuzcuğu təkrar görməyim yaxşı olar. Çox gecikdirməyin, təcili yandırın, qurtulacaqsınız”- deyirdi. Bəli, amma fikrimiz başqa yerdəydi. Yenə də, “Yaxşı amma nədən qurtulacayıq? – deyə maraqlanmaqdan özümüzü saxlaya bilmədik. Qısacası hamımızın burnu xəstəydi”.

M.Prustun mətnində ədəbiyatşünasların da qeyd etdiyi kimi metaforalara həddindən çox yer verməsi, ümumiyyətlə, metaforalar romanı yaratması reallığı danılmazdır. Onun faciələr, kədər, bayağılıq, hisslərin təlatümü və sönməsi məsələsinə yanaşması metodikası müxtəlif məqamlarda müxtəlif cür təzahür edir. Kədərin içərisində istehza və yumor isə həmişə sezilir. Məsələn, qəfləti bir xəbər içərisində mötərizəyə salınmış replika satirik üslub elementi kimi deyil, bütün romanın estetik tərzi kimi qavranılır: “Madam Sezarat anama məktub yazdı, amma aralarındakı nişan anidən pozulduğu üçün (ayrılmanın səbəbi Dreyfus tərafdarlığıydı) təməlli ayrılmış olan insanların ifadəsiylə”.

Lakin M.Prust xarakterinin bəlkə də ən zəif nöqtəsi bir çox məqamlarda “məni üzən” ifadəsiylə start götürən başqalarının kədərli taleyinə həsr edilmiş hekayələrdə açılır.  “Məni üzən şey hal-hazırda bütün evlərdə bədbəxt insanların yaşadığını görməkdir. Birində bir qadın əri önu aldatdığı üçün dayanmadan ağlayırdı. Bir başqasında vəziyyət tam tərsinə idi. Başqa bir evdə əyyaş oğlundan dayaq yeyən, ölümcül hala gələn zəhmətkeş bir ana iztirabını qonşulardan gizlətməyə çalışırdı. İnsanlığın yarısı ağlayırdı. Bu ağlayan yarını tanıdığm vaxtdan o qədər əsəblərim pozuldu ki,  əcaba (sadəcə həqiqi xoşbəxtlik onlardan əsirgəndiyi üçün aldadan və doğmalarından, ya da ərlərindən başqalarına qarşı sevimli,  vəfalı olan qadın ) aldadan ərlərmi haqlı? - deyə düşündüm..”

Marsel yetkinlik, çılğınlıq çağındadır. Qadınlara münasibəti tez-tez dəyişir. Onun nəcib, kübar davranışlarla sevgini müxtəlif şəkillərdə yaşaması, bəzən ehtiraslı və həyəcanlı, bəzən süst, laqeyd, bəzən qəzəbli, acıqlı tərzləri təbii görünür. Lakin romanın bir məqamında elə  bir hadisə baş verir ki, adama elə gəlir ki, bir insanın deyil, ümumiyyətlə, insanlığın maskası üzündən düşür.

Hisslərin dramatizmi, nəcib bir sevgidən kobud zorlama hadisəsinə keçid anidən baş verir. Və bütün ört-basdır edilən, bəlkə də bir ömür boyu gizlədilən daxili yaşantı və istək eqosu bütün çılpaqlığı ilə üzə çıxır.

Marsel aristokrat qadınlardan biri (Madam Stermaria) ilə görüşə hazırlaşır. Qara qalstukunu taxır, saçlarını darayır, görüşün şövqünü bu başdan yaşaya-yaşaya güzgüyə baxır, gülümsəyir,  ürəyində qadına deyəcəyi sözləri fikirləşir. Xöşbəxtdir, sevinir, amma birdən arabaçının xanımdan xəbər gətirdiyini deyirlər.

“Cavabın “Xanım aşağıdadır”, ya da “Xanım sizi gözləyir” olacağını sanırdım. Amma arabaçının əlində bir məktub vardı. Madam Stermarianın nə yazdığına baxmadan əvvəl bir tərəddüd keçirdim. O qələmi əlində tutduğu müddətdə yazdığı mesaj fərqli ola bilirdi, amma indi ondan çıxmış, yoluna təkbaşına davam edən və onun artıq qətiyyən dəyişdirə bilməyəcəyi bir qədərdi. Arabaçıya aşağı düşüb gözləməsini söylədim. O gedən kimi zərfi açdım. “Vikontes Alix de Stermaria” başlıqlı karta dəvətlim belə yazmışdı: “Təəssüf ki bir problemə görə bu gecə sizinlə “Boulogne Meşəsi” adasına yeməyə gedə bilməyəcəm. Halbuki bu yeməyi həsrətlə gözləyirdim. Keçirdiyim sarsıntıyla dəli olmuş, donub qalmışdım”.

“Mən bazar günündən bəri hər saatımı bu axşam yeməyi üçün yaşamışam” – deyə ümidsizliyə qapılan Marsel daha sonra bilir ki, madam Stermariya başqa bir gənclə görüşür, aşiq-məşuq həyatı yaşayırrlar.

Lakin həmin anların stresi onu dərindən sarsıdır, başını bükülü halda otağa yerləşdirilmiş xalıların arasına salıb hönkür-hönkür ağlayır. “Başımı oraya soxub xalıların tozunu və gözyaşlarını udaraq, yas tutarkən başlarını küllə örtən yəhudilər kimi, hıçqırmağa başladım. Tir-tir titrəyirdim”.

Həmişəki kimi bu ağır dəqiqələrdə köməyinə yenə də dostu Robert çatır, onu yeməyə dəvət edir.   Onun yeməyini ayrıca kiçik bir otağa gətirirlər. Və bu zaman baş verən hadisə yuxarıda qeyd etdiyim kimi nəcib bir cənabın içərisindən şəhvətlə sıyrılıb çıxan qaba kişi obrazını bizə təqdim edir.

“Yemək zamanı lampa sönən kimi xidmətçi iki şam yandırdı. Mən boşqabımı uzadan zaman guya yaxşı görmürəm kimi edərək o boşqabıma kartof qoyarkən kömək etmək bəhanəsiylə çılpaq qolunu tutdum. Qız qolunu çəkmədiyinə görə sığalladım, sonra bir söz demədən qızı özümə tərəf çəkdim və şamı söndürdüm, daha sonra bir az pul vermək istəyərək, üstümü axtarmasını tapşırdım. Bunu xatırladığım günlərdə fiziki həzzi dadmaq üçün yalnız o xidmətçi qız deyil, o balaca yemək otağı da əsas səbəb kimi görünürdü mənə”.

Sonralar o həzz anları haqqında düşündükcə, həmin zamanı itirilməmiş zaman kimi dəyərləndirirdi.

M.Prustun atası onu diplomat, hüquqşünas kimi görmək istəyirdi, o diplomat olmadı, xəstə olmağına baxmayaraq 1 il (1889-1890) Fransız ordusunda əsgərlik etdi. Onun uşaqlığı və gəncliyi Parisdə Üçüncü Respublikaçılar hakimiyyətdə olduğu dövrə təsadüf edir. “İtmiş zamanın sorağında” romanında, xüsusən “Guermantes tərəfi” kitabında aristokratiyanın süqutu və orta təbəqənin yüksəlişi ilə üst-üstə düşən Üçüncü Respublikaçıların hakimiyyəti dövründə baş verən böyük sosial dəyişikliklərdən də bəhs edir.

Tənəzzül təkcə sosial və iqtisadi, maddi durumda deyildi, həm də mənəvi-psixoloji deqrodasiyalar baş alıb gedirdi. Yeni bir gənclik yaranmışdı. İctimai-siyasi hadisələrin gözlənilməz şəkildə baş vermə səbəbindən itirdiklərini hansı yolla olur-olsun bərpa etmək cəhdi çox vaxt yeni itkilərə səbəb olurdu. Yəni, maddi durum bərpa olunurdusa, mənəvi dekedans hesabına olurdu. Prust bu gəncliyin bir addımlığında idi və onları bütün halları ilə müşahidə edirdi.

“Borc içində üzən bu gənclər xoşlayırdı ki, satıcılar, tacirlər onlara  “hörmətli kont, hörmətli marki, hörmətli hersoq...” – desin. Əslində onlar beş qəpiyə dəyməyən adamlardır. Bu vəziyyətdən məşhur karlı evliliklər, “vurğunlar” sayəsində xilas olmağı umurdular. Göz dikdikləri cehizlərin sayı istədikləri kimi olmayanda çoxları eyni nişanlı namizədi ələ keçirmək üçün gizlicə hazırlıqlarını edirdi. Sirr o qədər gizli saxlanırdı ki, aralarından biri, kafeyə gəldikdə, “Sevgili dostlarım, hamınızı çox sevdiyimdən Madmazuel Ambresacla nişanlandığımızı elan edirəm” –dediyi zaman hər kəsdən qışqırıqlar yüksəlir. Bir çoxu bu izdivacın özü ilə baş verə biləcəyindən şübhə etmədiyi üçün ilk anda qəzəb və çaşqınlıqlarını ifadə edən bir nidanı ört-basdır edən soyuqqanlılığı unudurdular”.

Prust göstərir ki, tacir və restoran sahiblərinin gözündə qeyri-ciddi, lazımsız adam hesab edilən bu gənclər varlı-karlı qızlarla evlənən və vəziyyətlərini düzəldən kimi aristokrat cəmiyyətdə təkrar “Hörmətli şahzadə”, “Hörmətli hersoq”, “Hörmətli cənab” olurdular. Varlı evlilik bu bikar dəliqanlılar arasında rəqabət işinə çevrilmişdi.

M.Prustun sosial həyata bələdliyi adamı heyrətləndirir. Ömrünün çoxunu bağlı qapı arxasında keçirən yazıçı bu qədər xırda detalların sistemliliyini, ictimai-siyasi, tarixi səbəbini necə konkret ştrixlər və məntiqlə izah edə bilirdi?

“Bu kafedə və ümumiyyətlə, həyatda bir çox xarici, intellektual, hər növdən olan həvəskar rəssamlar vardı ki, hər biri iddialı, pelerinlərinin (qolsuz üst geyimi-İ.M), 1830-cu illərdən qalma qalstuklarının və hamısından da çox yöndəmsiz davranışlarının yol açdığı gülüşmələrə reaksiya verməyən hətta görməzlikdən gəldiklərini bildirmək üçün bu gülüşmələrə bilərək züy tutan, əslində isə həqiqi savadlı və mənəvi dəyərə, dərin bir həssaslığa sahib olan insanlar idi. Bunlar əsasən yəhudilər, təbii münasibət göstərməyən olanları, digərlərindən söhbət belə getməzdi - qərib, gülünc bir görünüşə dözə bilməyən insanların xoşuna gəlməzdi. (Albertinenin Blokdan xoşlanmaması kimi). İnsan həqiqətən sonradan fərq edirdi ki, saçlarının həddindən çox uzun, burunlarının və gözlərinin çox böyük, hərəkətlərinin teatral və kəsik-kəsik olması kimi dezavantajları bilindiyi halda bütün bunlara dözərək müzakirə etmək uşaqlıqdı. Zehinləri və ürəkləri geniş, yaxından tanındıqlarında, ürəkdən seviləbiləcək insanlardı”.

M.Prustun müşahidələri təkcə ölümləri və xəstəlikləri, müharibələri deyil, həm də anlaşılmayan, sevilməyən insanların kədərinə yönəlik idi. Ona görə Fransanı tam fərqli cür görür və deyirdi: İnsanların yarısı ağlayırdı...

 

Qeyd: Fransanın ədəbiyyat sahəsində ən yaxşı roman üçün nəzərdə tutulan bu önəmli mükafat Qonkur qardaşlarının şərəfinə “Qonkur mükafatı” (fr. Prix Goncourt) adlanır. Mükafat Qonkur Akademiyası üzvlərinin səsverməsi nəticəsində, Parisin Druan (Drouant) restoranında təşkil olunan xüsusi şam yeməyi zamanı təqdim olunur. 1903-cü ildən etibarən bu mükafat hər il təqdim edilir.Mükafatın pul vəsaiti simvolikdir (hazırda 10 avro), lakin bir qayda olaraq, bu uğur qalib romanın satışını artırır və onun müəllifinin adını fransız ədəbiyyatının öncülləri sırasına yüksəldir.Qonkur Akademiyasının münsiflər heyətində hər il simvolik olaraq 60 frank məbləğində əmək haqqı alan Fransanın 10 nüfuzlu ədəbiyyatşünası təmsil olunur. Akademiyanın hər bir üzvü yalnız bir səsə malikdir və səsini yalnız bir əsərə verə bilər. Seçimin bərabərliyi şəraitində mükafat Prezidentin səs verdiyi əsərə verilir. Müxtəlif dövrlərdə Qonkur Akademiyasının üzvləri sırasında A.Dode, J.Renar, F.Eria, E.Bazen, Lui Araqon kimi məşhur yazarlar olub.

“Qonkur” mükafatının nizamnaməsinə əsasən mükafat hər müəllifə yalnız bir dəfə verilə bilər.

(https://aydinyol.aztc.gov.az/newsview/1107/QONKUR-MUKAFATI)

 

Ardı var

İradə Musayeva

24.01.2020

loading...
"Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da, buna nail ola bilməyəcəklər"
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
Cəmiyyət
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
Gündəm
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
Araşdırma
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
Dünya
Peyğəmbərimizi təhqir edən karikaturalar dövlət binalarından asıldı -Makrondan skandal addım...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247