Türkiyənin
«Turmaks» şirkəti Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı
təhvil verib. Bu barədə APA-ya «Turmaks» şirkətinin nümayəndəsi İlkər Hünər
məlumat verib.
Konteynerlərə yerləşdirilmiş, daha asan qurula və daşına bilən bu hospital
Azərbaycan Silahlı Qüvvələrinin tələbinə uyğun olaraq ən müasir tibbi
avadanlıqlarla təchiz olunub. Müqavilədə nəzərdə tutulandan 2 ay tez ”“ 6 aya
istehsal olunaraq sifarişçiyə çatdırılan hər bir hospital 60 nəfər tutur. Artıq
istehsalçı şirkət tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin istifadəçi
heyətinə hospitalın qurulması və yığılması məqsədilə keçirilən təlimlər başa
çatmaq üzrədir.
İ. Hünərin sözlərinə görə, bu konteynerlərdə daşınan mobil səhra hospitalları
barədə hərbi sərgilərin birində Azərbaycanın fövqəladə hallar nazirinə də
təqdimat keçirilib. O, Azərbaycan FHN ilə görüşlərə başlayacaqlarını da
bildirib.
Bir mobil hospital açıldıqda 2500 kvadratmetr ərazini tutur. Konteynerləri 5-7,
çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür.