Döyüş dinamikası və gələcək nəticələrin proqnozlaşdırılması... - ANALİTİKA
“Müasir PUA-nın pilotları səhər tezdən öz “Toyota”sına minərək xidmətə gedir, kompüterinin önünündə əyləşir, okeanın o tayında yüzlərlə insanı məhv edir, iş vaxtı qurtaranda maşınına minərək evinə yollanır. “Müharibədən qayıdandan” yarım saat sonra o artıq evindədir və mətbəx stolunun arxasında uşağı ilə məktəb tapşırıqlarını müzakirə edir. Yəni, “müharibəyə getmə” anlamı kökündən dəyişmiş, insan həyatı isə təxminən videooyunlardakı personojların həyatı kimi qiymətləndirilməyə başlanmışdır. Kompüter və ya uzaq rabitə döyüşçünü nəinki müharibə insanına xas olan fiziki və psixoloji ağrı-acılardan, həmçinin əxlaqi məsuliyyətdən tam uzaqlaşdırmışdır.”
Tarix boyu hər bir dövlət ordusunun döyüş qabiliyyətinin yüksək olmasına, onların müasir silahlarla təchiz edilməsi və mükəmməl döyüşaparma üsullarına yiyələnməsinə böyük önəm vermişdir. Çünki baş vermiş müharibələr zamanı yeni silahlara, fərqli döyüş taktikasına, mükəmməl strategiya və döyüş düzülüşünə malik olan ordular qarşı tərəf üzərində həmişə qələbə çalmışlar. Bu qanunauygunluq qalmaqda, hətta yeni güc toplamaqdadır. Fərqli müharibə üsulları yaratmaq labüddür. Hər bir növbəti müharibə özündə köhnə elementləri qismən əks etdirməklə, yenilərinin meydana gəlməsinə səbəb olmuşdur. Beləcə hərb elmi inkişaf dialektikasını daim qoruyub saxlamaqdadır. Müasir müharibə keçmişdə olduğu kimi tapşırıqların ləng və ardıcıl deyil, sürətli, düşmən üçün gözlənilməz və müxtəlif döyüş komponentləri ilə zəngin şəkildə yerinə yetirilməsini tələb edir. Müasir əməliyyatların tempi və gözlənilməzliyi düşmən qüvvələrinin birliyini pozur, onun əməliyyat strategiyasını sarsıdır, atəş və gözlənilməz hərəkətlərin təsirinə məruz qoyur. Əməliyyatda qoşunların və qüvvələrin tətbiqində əsas prinsiplər – öz qoşunlarının minimal itkilərinin olması və dinc əhali arasında itkilərə yol verilməməsindən ibarətdir. Beləliklə, insan resurslarının qorunması faktorunun daha cox önəm kəsb etməsi, onu qorumağın daha əhəmiyyətli olduğunu anlama, müharibə zamanı və dinc dövrdə qabaqcıl texnologiyalardan hazırlanmış silah, sursat, texnika və avadanlıqlardan istifadəyə rəvac vermişdir. Hazırda elmi nailiyyətlər və onların hərbi təyinatlı texnologiyada geniş tətbiq edilməsi müharibələrin xüsusiyyətlərinə mühüm dərəcədə təsir edir . Praktiki olaraq ordu yeni silah və döyüş texnikaları ortaya çıxdıqca təkmilləşir. Bu zaman tətbiqetmə ehtiyatla aparılmalıdır ki, mövcud təcrübəni təkmilləşdirsin, alt-üst etməsin. Birinci növbədə bu yüksək dəqiqilikli silahlara, kəşfiyyat kosmik vasitələrə, informasiya silahlarına, yeni fiziki əsaslar üzrə yaradılmış silahlara, həmçinin texnikaların aşkarlanmasını çətinləşdirən vasitələrə şamildir. Buna görə də dünyada baş verən proseslərin davamlı dəyişməsi hər bir sahəyə öz təsirini göstərdiyi kimi hərbi və təhlükəsizlik məsələlərinin həllində də dövlətləri məcbur edir ki, vaxtilə təsdiq edilən hərbi proqramlara yenidən baxılsın və bu proqramlar günümüzün tələblərinə uyğunlaşdırılsın. Müasir orduların ümumqoşun birləşmələri kəşfiyyat məlumatlarının toplanması, analiz edilməsi və təkmilləşdirilməsi üçün yüksək effektli avtomatlaşdırılmış vasitələrə malikdir. Optik, radio və radiotexniki, radiolokasiya, istilik, radiokimyəvi, maqnitölçən və səsverici vasitələri göstərmək olar ki, onlardan: “sotos” tipli radiolokosiya sistemini; “pembass”tipli radiolokasiya sistemini; “fayrfayder” tipli səhra artilleriyasının yerüstü kəşfiyyat radiolokasiya sistemini; “akula” və digər pilotsuz uçuş aparatları yüksək nəticələrin əldə edilməsində mühüm rol oynayır. Bura kosmik kəşfiyyatı da əlavə etsək, belə alınır ki, müdafiənin təşkilinin gizlədilməsi hal-hazırda praktik olaraq mümkün deyil. Göründüyü kimi təkcə “hücum” deyil “müdafiə” də inkişaf etməkdədir, hücum vasitələrinin inkişafı müdafiənin qurulmasının “incəliklər”inin yaranmasına səbəb olmuş, hücum və müdafiə arasında bir mütənasiblik yaranmışdır.
Zərərvurma vasitələrinin inkişafı, silahlı mübarizə xassələrinin köklü dəyisikliyi əməliyyatlara hazırlıq və onun aparılmasında , düşmənə atəşlə zərərvurmanın təşkilində və həyata keçirilməsində qoşunların idarə edilməsinin təkmilləşdirilməsi və onların hərtərəfli təminatında bir sıra poblemler yaradır. Belə ki, bütün bunlar döyüş fəaliyyəti zamanı müxtəlif zərərvurma vasitələrinin , o cümlədən yeni fiziki prinsipli silahların tətbiqi ilə baş versə döyüş qabiliyyətinin itirilməsi, əhəmiyyətli dərəcədə itkilərin verilməsi, idarəetmə sistemlərinin işinin pozulması, atəşlə zərərvurma üzrə imkanların azaldılması, həmçinin şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin pisləşməsi ilə nəticələnə bilər. Bu zaman qoşunların mühafizəsinin əhəmiyyəti də artır. Məhz buna görə də gələcək müharibələrin tədqiqatı hərb elminin əsas sualıdır. Belə ki, ancaq onun düzgün səciyyələndirilməsi əsasında elmi cəhətdən təyin etmək olar ki, qarşıda duran hansı müdafiə tapşırıqlarını yerinə yetirmək lazım olacaq və bunun üçün birinci növbədə hansı qoşun növünün inkişaf etdirilməsi vacibdir Bəs gələcək müharibəyə hazır olmaq üçün SQ-nin məqsədi nədən ibarətdir? Əksər orduların həyata keçirməyə can atdığı dəyişmə prosesi –trasformasiya labüddür. SQ-nin transformasiyası yaxın məqsəd yox, sonu olmayan, davamlı prosesdir. O gələcək əməliyyat konsepsiyalarının, təşkilatlanmanın, proses və texnologiyanın birgə inkişafı nəticəsində yaradılmalıdır. Onun mərhələlərlə həyata keçirilməsi və tərkibi müəyyənləşdirilməlidir. Yaxın zaman üçün həyata keçiriləcək tədricən proqres, təkamül strategiyası cox da böyük olmayan transformasiyanı nəzərdə tutur. SQ-nin strukturunda dəyişikliklər aparmağı diktə edir. Bu strategiya konveyerdən yenicə buraxılmış silah növlərinin əldə edilməsi ilə həyata keçirilir. Sıçrayışlı dəyişmə isə SQ-nin struktur və əməliyyat konsepsiyalarında radikal dəyişikliklər aparmağı tələb edir. Gələcəyə cəld, cürətlə və müəyyən risklə addımlamağı təlqin edir. 10 -20 il və daha irəli dövrə istiqamətlənən bu strategiya mövcud silahlardan imtina edərək qabaqcıl texnologiyalara üstünlük verməyi hədəfləyir.
Necə deyərlər, riyaziyyatdakı kimi, komponentlərin birində baş verən dəyişiklik, digər komponentlərdəki dəyişikliyi zərurətə çevirir. Bu məntiqə əsasən yeni fiziki, kimyəvi, bioloji, informasiya, psixoloji və ekoloji prinsipli sistem silahlarının yaranması hərbi münaqişələrin həll edilməsində və hərb elminin inkişafında yeni formaların axtarışı , silahli mübarizənin aparılmasının yeni texnologiyasının sürətli inkişafının nəticəsi kimi baxıla bilər. Hazırda müştərək əməliyyatlar gələcəyin müdafiə strategiyasında həlledici olduğundan bu strategiyanın əsas hədəflərindəndir. Müasir döyüşdə hər bir qoşun növü öz tapşıırqlarını yerinə yetirərkən digər qoşun növünün yardımına ehtiyac duyur. Müştərək əməliyyatların imkanlarının artırılması yeni idarəetmə, nəzarət, kəşfiyyat və müşahidə sistemlərinin əldə olunması informasiya şəbəkələrinin inkişaf etdirilməsi və müştərək əməliyyat konsepsiyalarının tərtib edilməsi ilə mümkündür. Məsələn, müştərək bir əməliyyatda, hava sahəsini istifadə edərkən uçan obyektlərin bir-birinə ola biləcək mənfi təsirlərini azaltmaq üçün uçuş vasitələrinin, havada və quruda tətbiq edilən silah sistemlərini koordinasiyalı təhlükəsiz və yönlü şəkildə istifadə etmələrini təmin etmək məqsədilə mərkəzi hava sahəsinin nəzarətinin birgə idarə və rəhbərlik sisteminin qurulması əsasdır.
Hazırda atəşlə məhvetmə əsas həlledici operativ-strateji faktor olduğundan HHQ müasir səviyyədə geniş hava əməliyyatları keçirməyə qadir olan, silahlı quvvələrin daha çox tələb olunan qoşun növünə çevrilmişdir. Bu onunla əsaslandırılır ki, silahlı konfliktlərdə onların tətbiqi ən az itkilərlə öz məqsədlərinə nail olmağa gətirib çıxarır
Onunla taktiki və operativ tapşırıqları həll etməklə yanaşı, həm də strateji tapşırıqlar yerinə yetirilir: dövlət və hərbi idarəçiliyin pozulması, HHM sisteminin susdurulması, aviasiyanın əsas qüvvələrinin məhv edilməsi, iqtisadiyyatın və hərbi infrastrukturun mühüm sahələrinin dağıdılması, qoşunlarda və əhali arasında ruh düşkünlüyünün yaradılması, ehtiyatların irəliyə çəkilməsinin qarşısının alınması və s. Dünyanın istənilən yerində istənilən obyektlərə intensiv zərbələr endirilməsi imkanı, qısa bir zamanda qoşunların və qüvvələrin istənilən hərbi fəaliyyət teatrına daşınması - bütün bu prinsiplər aviasiya ekspedisiya hissələrinin tətbiq edilməsi ilə həyata keçirilir.
Lakin dünyanın hər hansı bir yerində aviasiyanin tətbiq edilməsinin operativliyi siyasi qərarların qəbul olunması operativliyindən asılıdır. Ancaq bu məsələlər həmişə tez və müsbət həll olunmur. Bir çox ölkələr öz bazalarını və uçuş koridorlarını bunun üçün verməyə hazır deyillər. Bundan əlavə aviasiya və yüksək dəqiqlikli silahların (YDS) effektiv tətbiqi ancaq düşmən üzərində məlumat üstünlüyünə malikolma şəraitində mümkündür. Lakin bu şəraitlərdə də, NATO ekspertlərinin qiymətləndirmələrinə görə, məhv edilmiş hədəflərin sayı, məsələn, Yuqoslaviyada planlaşdırılandan 50-60%-dən artığı keçməmişdir, qanadlı raketlər isə 10% hədəflərdən yan keçmişdir.
Mobil hədəflərə zərbələrin vurulmasında aviasiya fəaliyyətinin effektivliyi gözləniləndən də xeyli aşağı olmuşdur. Təhlillər göstərir ki, aviasiya, zəmanətlə o hədəfləri aşkar etmək və vurmaq ımkanına malik olur ki, birincisi –hədəf açıq ərazidə yerləşsin; ikincisi – hədəf hərəkətsiz vəziyyətdə olsun.
Baxmayaraq ki, təyyarələr bütün hava şəraitlində istifadəyə imkan verən bort nişangah-naviqasiya komplektləri ilə təchiz edilmlşdir, müdafiə olunan tərəfin xüsusi maskalanma tədbirlərini həyata keçirməsi, aldadıcı hədəflərdən, tüstü və aerozollardan, ərazinin coğrafi üstünlüklərindən xüsusiyyətləırindən istifadə etməsi, qoşunların geniş ərazilərdə açılması, obyektlərin yerin dərinliklərində yerləşdirilməsi aviasiyanın və YDS-nin tətbiqinin effektivliyini xeyli aşağı salır.
Lokal müharibələrdə yerüstü düşmənin gecə, çətin meteoroloji şəraitlərdə, dağlıq ərazılərdə və sıx yarpaqlı meşələrdə fəaliyyətləri zamanı aviasiya çox zaman nailiyyətlər əldə edə bilmir.
Lokal konfliktlərdə və müharibələrdə HHM qüvvə və vasitələrinin döyüş tətbiqinin təcrübəsi göstərdi ki, düşmənin hava-kosmik hücumu vasitələrinə öz döyüş imkanlari ilə adekvat olan HHM sistemi qarşı dura bilər. Bundan əlavə aviasiya, taktiki dərinlikdə atəşlə zərərvurma vasitələri üçün vacib olan qəfillik amilinə malik deyil. Belə ki, aviasiya mühərriklərinin səsi on kilometrlərlə məsafədən eşidildiyinə görə, düşmənin canlı qüvvəsinə gizlənməyə və hava hücumunun dəf edilməsinə imkan yaradır. Məhz buna görə də gələcəkdə düşmənin müdafiəsinin strateji dərinliyində fəaliyyət göstərən birləşmiş silahlı qüvvələri taktiki qruplaşmalarına lazımi kömək göstərmək məqsədilə pilotsuz aviasiya geniş şəkildə tətbiq olunacaq ki, məqaləmizin mövzusu olan bu məsələ haqqında,yəni gələcək müharibələrin silah və texnikası haqqında sonrakı gedişatda geniş bəhs edəcəyik.
İndi biz artilleriya ilə aviasiya arasında qarşılaşdırma aparacağıq və iki məsələ aydınlaşmış olacaq: birncisi, aviasiyanın zəif cəhətləri fonunda artilleriyanın üstünlükləri qabaracaq; ikincisi, həm aviasiyaya, həm də artilleriyaya nəzərən kosmik silahların, iqlim silahlarının, avtonom silahların, uçmayan silahların (söhbət xüsusi kimyəvi və digər vasitələrdən gedir ki, onların tətbiqi zamanı avtomobillərin və hərəkət vasitələrinin rezin məmulatları dağılmaya məruz qalır, benzin, dizel yanacağı qatılaşır və gelə çevrilir, şəxsi heyət müvəqqəti iflic olur, texnikanın alüminium və digər xəlitəli hissələri dağılır, yağlama sürtküləri xarab edilməklə mühərriklər sıradan çıxır və s.), öldürməyən silahların (bu qurğular millimetrlik dalğa diapazonunda, dəqiq olaraq 94 qiqahers tezliyi ətrafında elektromaqnit rəqsləri yaradır. ADS tərəfindən generasiya edilən bu şüalar dəri üzərinə düşərkən 83 faizədək udulur, nəticədə göynəmə, ağrı hissləri keçirən şəxsdə reflektor olaraq həmin zonanı tərk etmək istəyi yaranır.
Öldürməyən silahların başqa bir növünə isə düşməni kor və kar edən səsli-işıqlı qumbaralar, termik tapançalar, xüsusi tez bərkiyən köpuklər, qatı və sürüşkən polimerlər aiddir. Belə silahların kütləvi tətbiq edilməsi qoşunların fəaliyyətini ciddi şəkildə mürəkkəbləşdirməklə yanaşı, həm də onları hərəkətli olmaqdan məhrum edərək iş bacarığının itirilməsinə gətirib çıxarır), elektromaqnit, bioloji, lazer və infrasəs xassəli döyüş vasitələrinin, optik, radio və radiotexniki, radiolokasiya, istilik, radiokimyəvi, maqnitölçən və səsverici vasitələri və s. üstünlüyü ortaya çıxacaq. Gen mühəndisliyi sayəsində, fiziki prinsiplərə əsaslanaraq yaradılmış (akustik top) silahları da bura əlavə etməklə siyahını böyüdə bilərik.
İndi biz aviasiyanın zəif cəhətləri fonunda artilleriyadan bəhs edək. Belə ki, müasir düşüncəyə görə, qəfilliyə nail olunması məqsədilə müharibənin ilk mərhələsində kütləvi raket-aviasiya zərbələrinin (məhdud məkanda yüzlərlə uçan aparatın fəaliyyəti məqbul deyil) endirilməyəcəyi göstərilənlərdən qaynaqlanır: birincisi, müdafiə olunan tərəfin güclü HHM sistemi olmadığı halda belə zərbələrə ehtiyac yoxdur; ikincisi, çoxlu miqdarda hava –hücum vasitələri tətbiq edilmədən yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi ilə təyin olunmuş obyektlərin məhv edilməsinə nail olunması mümkündür; üçüncüsü, müharibə sürəkli xarakteri almayınca, “İldırımsürətli müharibə”-nin aparılmasının effektivliyinə birbaşa təsir etməyən iqtisadi obyektlərin kütləvi şəkildə dağıdılmasına gərək qalmır.
Düşmənə uzaq məsafədən təsir göstərmək üçün atəş vasitələri ona taktiki və yaxın əməliyyat dərinliyində zərər vurulması zamanı tətbiq olunur. Bu zaman üstünlük raket qoşunları və artilleriyaya verilir, taktiki zonada əsas hava komponenti kimi üzərində kəşfiyyat və silah tuşlama, həmçinin qismən zərərvurma vasitələri (o cümlədən radioelektron) yerləşdirilən məsafədən idarə olunan pilotsuz uçan aparatlardan istifadə edilməsi məqsədəuyğundur. .
Biz aviasiya və raket-artilleriya əməliyyatlarını qarşılaşdıraraq diqqəti gələcək silahların, yeni tipli silah sistemlərinin daha effektli olacağına yönəltmək istəyirik. Bununla da görünür ki, müasir əməliyyatlarda artilleriya düşmənin yüksək manevrli obyektlərinə vaxtlı-vaxtında zərərvurma üzrə əhəmiyyətli üstünlüyə malikdir. Onu da qeyd etmək lazımdır ki, ordu aviasiyası yerüstü hədəflərə zərərvurma effektivliyinə görə idarə olunan döyüş sursatlarını tətbiq etdiyi halda, örtülü atəş mövqelərindən qəlpəli-fuqas mərmiləri ilə atəş aparan artilleriya ilə müqayisədə üstünlük əldə edir, artilleriya yüksək dəqiqlikli mərmilərdən istifadə etdiyi halda isə üstünlük onun tərəfində olur. Bundan əlavə, zərərvurma obyektinin seçilməsində mümkün olan səhvlərə və bombaların qeyri-dəqiq atılmasına görə taktiki dərinlikdə aviasiyanın tətbiqi zamanı öz qoşunlarının təhlükəsizliyinin təmin edilməsində bir çox problemlər yaranır.
Bununla da görünür ki, birləşmiş qüvvələrin döyüş fəaliyyətlərinin əsasını aviasiya və raket qoşunlarının zərbələri, artilleriyanın atəşi, yəni uzaq məsafədən atəşlə zərərvurma qüvvələrinin döyüş fəaliyyətləri təşkil edir. Nəticədə birləşmiş qoşun qruplaşmasının əməliyyatda düşmənin qoşun qruplaşmalarının məhv edilməsi tapşırıqlarının şəxsi heyət arasında az itkilərlə yerinə yetirilməsi təmin olunur. Beləliklə, yuxarıda deyildiyi kimi gələcək müharibələrdə qələbə onun tərəfində olacaq ki, kim yeni silahlarla, hərbi texnika ilə əhəmiyyətli dərəcədə və kifayət qədər təchiz olunub və onları istifadə etmək imkanına mükəmməl dərəcədə malikdir. Amma gəlin unutmayaq və yuxarıda deyilənlərdən nəticə çıxararaq deyək ki, artıq aviasiyanı da, artilleriyanı da ötüb keçən yeni texnoloji silahlar mövcuddur və gələcəyin silahı onlar olacaqdır.
Lokal konfliktlərdə bu silahların nəzərə çarpan dərəcədə canlı qüvvə ilə əvəzlənməsi, hissə və bölmələrdə olan mühəndis-texniki heyətin , kiçik mütəxəssislərin yüksək texniki hazırlıq səviyyəsinin proqresini daima təmin etmək, şəxsi heyətin komanda heyəti tərəfindən effektiv idarə olunması müasir döyüşün aparılması hərbi qulluqçuların mənəvi –psixoloji vəziyyətinin idarə olunmasına yeni yanaşma həmin silahların yaradacağı effekti kompensasiya edə bilməyəcəkdir.
Bu gün elm-- nanotexnologiya, hipersürətlər, yüksək enerjili maddələrin sintezi, yeni konustriktiv və mühafizə materiallarının, həmçinin informasiya texnologiyaları və gen mühəndisliyi sahələrində nailiyyətlərin hərbdə tətbiq olunması ilə məşğuldur. Hamıya məlumdur ki, müxtəlif texnologiyalarda əksər irəliləyişlər, hərbi sahədə gedən tədqiqat və hazırlıq işlərinin hesabına baş verir. Müşahidə olunan gələcək dünya siyasətində müharibələrin bir vasitə kimi çətin ki öz əhəmiyyətini itirəcəyini nəzərə alaraq ən perspektivli hərbi texnologiyaların sistemə salınacağını və bununla da gələcək müharibə ssenarilərini proqnozlaşdırmaq olar. Bu zaman birləşmiş qüvvələrin fəaliyyət taktikasının dəyişdirilməsi və düşmənin qoşun qruplaşmalarına yaşayış məntəqələrində aviasiya və artilleriya zərbələrinin məhdudlaşdırılması ilə nail olunur. Bir halda ki müharibə prinsipcə təhlükəni təcəssüm etdirir, deməli gələcəkdə, bir çox alimlərin qənaətincə, ancaq robotlar döyüşəcək. Nəhayətdə, bu texnologiyaların tənqidçilərinin dediyi kimi, maşınlar üsyan qaldırır və bəşəriyyəti məhv edir. Beləliklə, gələcəyin müharibələrinə hazır olmaq üçün nə etməli sualı bir daha aktuallıq qazanmış olur.
Hərbi təhsil Azərbaycan Respubliksının təhlükəsizliyini və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. Kompüter oyunlarının modernləşdirilməsi üzrə mütəxəssislər əsas mövzusu müharibə və döyüş olan və “ciddi oyunlar” adlandırdıqları oyunları hərbi tədrisə tətbiq etməyi dünya texnoloji inqilabında daha bir iştirak adlandırırlar. Dünyanın bir cox hərbi akademiyaları özünün döyüş hazırlığı proqramına kompüter oyunlarını da əlavə etmişdir. Süni mühit və hərbi simulyasiyadan istifadə bir sıra üstünlüklərə malikdir. Müasir oyunlarda müxtəlif təcrübələr, konkret şərtlər, proseslər və mühitlər yamsılana bilər. Hətta orduda belə oyunların təsiredici potensialının böyük olduğu məlumdur. Bütün bunları gələcək müharibələrə hazırlıq adlandıra bilərik. Çünki qarşıda da görəcəyimiz kimi yeni silahlar innovativ əsaslar üzərində yaradılmışdır, o cümlədən idarəetmənin tamını kibernetika, elektronikaya əsaslanma təşkil edir və edəcəkdir. Hərbçilərin də bu qurğulardan istifadə edə bilən və belə sistemlərdə işləmə təcrübəsinə malik tam bir nəsli öz sırasına qoşması da heç təəccüblü deyil. Göründüyü kimi belə oyunlarda əsas tapşırıq təchizatın, hücumun müəyyən ardıcıllıqla həyata keşirilməsi, effektli rabitə taktikası, əmr vermənin və əmrləri yerinə yetirmənin öyrədilməsidir. Təxribat və döyüş maşınlarını idarə etmək də daxil olmaqla geniş miqyaslı hərbi əməliyyatların ayrıca götürülmüş bir ölkə və planetdə keçirilmə ssenarisi kompüter oyunlarının yaradılması ilə məşğul olan mütəxəssislər tərəfindən istifadə edilmişdir. Buna görə də hərbçilərə uyğunlaşdırılmış döyüş fəaliyyətinin öyrədilməsi üçün bütün “ciddi oyunlar” ın böyük tədris potensialı olduğunu xüsusi vurğulamaq lazımdır. Bu gün bizdə də tədris prosesində oyunları tətbiq etmənin effektli metodologiyasının effektli varlığına inam var. Əvvəllər hərb işini təlimlərdə mənimsəyən hərbçilər indi taktikanı “oyun” oynamaqla öyrənirlər. Bəs dəyişmə həyata keçirərkən hansı strategiya rəhbər tutulmalıdır. Adətən müasir kompüterlərin, hərbi və beynəlxalq informasiya sistemlərinin imkanlarını, yeni texnologiyalardan istifadə zamanı onun ayrı-ayrı elementlərinin və ümumi döyüş gücünün döyüş növü müəyyən edilməsinə əsaslanan metodikanın işlənib hazırlanmasını, hər bir silah kateqoriyasının əhəmiyyət əmsalı və silah sistemi üçün onun təsir indeksi əmsalları nəzərə alınan bir strategiya həyata keçirilməlidir. Silah sistemlərinin effektivlik əmsalları ayrı -ayrı silah sistemlərinin döyüş effektivliyi əmsallarının onların texniki taktiki xüsusiyyətləri əsasında müəyyən edilir. Silahlı qüvvələrimizin gələcək müharibəyə hazırlığı üç istiqamətdə aparılmalıdır: nəzəri, təşkilati və material-texniki.
Bu gün dünyada raket əleyhinə coxmərhələli müdafiə aktual olsa da, məsələn, konssiyental müharibə daha cəlbedici görünür, çünki o, zədələmə və məhvetmə predmeti kimi şüuru seçir. Yeni silahlarla insan şüuruna təsir etmək, onu idarə etmək, hətta dəyişmək, öz əksinə yönəltmək, milli mentallığını sıradan çıxarmaq kimi təsirlər artıq tətbiq olunmaqdadır. İnformasiya –psixoloji silahlar insanlara psixoloji təsir göstərir və onların əxlaqını dəyişir. Göründüyü kimi gələcək müharibələrdə elektronikanın, kibernetikanın gücündən maksimum istifadə ediləcəkdir. Məsələn, ABŞ haqqında deyirlər ki, öz müttəfiqini mühafizə etmək üçün o, təcavüzkara qarşı informasiya müharibəsinə belə bir üsula rəvac verəcəkdir. Qabaqcadan “təcavüzkar” ölkənin EH-nin sistemlərinin açarına qoyulmuş kompüter viruslarının və məntiqi bombaların dirildilməsini həyata keçirəcəkdir. Həmin vasitə ilə o bütün sistemi çökdürəcək və az vaxtda bütün qoruyucu obyektlərin beyni pozulacaq, işi iflic olacaq və müdafiəsiz qalacaqdır. Bu yerdə biz kibermüharibədən danışmaya bilmərik. İndiki vaxtda dünyada informasiya və kibermüharibəyə hazırlaşmaq işində geniş kompleks tədbirlər həyata keçirilir. Hətta hazırda kiberkomandanlıq belə yaradılan dünyamızda informasiya texnologiyaları sahəsində taktiki olaraq başlanmış irimiqyaslı qabaqlayıcı kibercasusluq “naməlum” kibermüharibənin birinci fazası kimi qəbul edilmişdir və bu kimi kiberəməliyyatlar sırasına daxil edilir: idarəetmənin ələ keçirilməsi, əməliyyatların pozulması, gizli informasiyaların, rabitə sistemlərinin, kompüterlərin və onların şəbəkələrinin, həmçinin fiziki və ya virtual infrastruktur obyektlərin kompüterlə idarə olunmasının fiziki məhv edilməsi. Gələcəkdə düşmən tərəfindən infrasəs silahların, dərinliyə dəlib keçən sursatların və digər yeni məhvetmə vasitələrinin tətbiq edilməsini gözləmək lazımdır. Xüsusilə, hava-yer əməliyyatlarının aparılması zamanı idarəetmə məntəqələrini və digər yaxşı örtülmüş obyektləri sıradan çıxarmağa qadir olan, kasetli başlıq hissəsi və betondeşən altsursatlarla təchiz edilmiş qanadlı raketlərin tətbiqi gündəmdədir. Belə məhvedici silahların inkişaf etməsi istehkam qurğularının da quruluşunun təkmilləşdirilməsini tələb edir. Gələcəyin üfüqlərində görsənən xüsusi kompüter texologiyası ilə işlənən, analiz edilən nümayiş olunan məlumatlar hərb elminə də öz təsirini göstərmişdir. Kompüter texnologiyasının imkanlarından istifadə edilərək yaradılmış GİS texnologiyasının hərbi sahədə tətbiq olunması cox böyük əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların planlaşdırılması zamanı Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə etməklə relyefin rəqəmsal (xəritə rastr)modelinin hazırlanması müşahidə şəraiti ilə bağlı mühüm irəliləyişlərin əldə edilməsi, döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqinə təsir göstərən müşahidənin düzgün təşkili nəticəsində əldə olunan məlumatlar komandirə əməliyyat meydanını hərtərəfli qiymətləndirmək və əsaslandırılmış qərar qəbul etmək imkanı verir. Ərazinin rəqəmsal yüksəklik modelini hazırlamaq üçün peyk texnologiyasından istifadə edilir ki, bununla əraziyə aid meyillilik və ekspozisiya xəritələrini və üşölçülü modelini hazırlamaq, ərazinin profilini çıxarmaq zəruri analizləri aparmaq mümkündür. Ənənəvi üsulla ərazinin müşahidə şəraitinin öyrənilməsi müasir üsulla müqayisədə həm zaman itkisi həm də dəqiqlik baxımından geri qalır. Yəqin bu yerdə gələcəyin silahı olan kosmik sialahları xatırlatmaq yerinə düşər.
Gələcək müharibələrə hazırlıq istiqamətləri barədə yuxarıda danışmışdıq. Yəqin ki, tam olmasa da onun nəzəri və təşkilati istiqamətləri haqqında bura qədər məlumat verdik. Əlbəttə, gələcək müharibələrə hazırlığın maddi-texniki istiqaməti barədə də danışmaq istərdik və hətta bundan cox geniş danışmaq olar. Göründüyü kimi bir məqalədə bütün təfrrüatdan bəhs etmək mümkün deyil. Qısaca onu deyə bilərik ki, materialşünaslıqda nanodan istifadə, nanomaterialların hərbi texnikada tətbiqi onların möhkəmliyi və dözümlülüyünün artırılmasına gətirirb çıxaracaqdır. Nanokeramik materiallar, nanoboya, nanohissəciklərin suspenziya yaratdığı maye əsaslı zirehli jiletlərdən tutumuş, mikrodalğalı speektrdə görünməzlik yaradan zirehli texnikanın üzərinə yaxdıqda görünməz edən örtüklərə qədər hamısı gələcək müharibələrin xarakterini dəyişəcəkdir. Məsələn, düşməni hərəkət etməyə imkan verməyən yapışqanlı və tezbərkiyən xüsusi maddə atan qurğu, ağrı hissiyatı yaradan mikrodalğalı şüalandırıcı və s. bu qəbildəndir. Çox güman ki, altıncı nəsil qırıcılar həm beşinci nəsildən bir çox texnoloji yenilikləri götürəcək, həm də pilotsuz olacaqlar. Ən yayılmış proqnoz isə təbii ki, həm pilotlu, həm də yeni versiyalı qırıcıların mövcud olacağıdır. Gələcəyin aviasiyası- pilotsuz uçan aparatlar əhəmiyyətli dərəcədə uzaqlıqda yerləşən kəşfiyyat obyektlərinə çıxmağa, kiçik zamanda böyük bir ərazini müşahidə etməyə, dəqiq kəşfiyyat məlumatlarını yuxarı komandanlığa çatdırmağa qadirdirlər. PUA-nın indi kəşfiyyat aparmaq üçün radar, yüksək imkanlara malik elektron-optik və infraqırmızı kamera ilə təchiz edilməsi onun bütün bu cihazları eyni anda tətbiqinin inkanlaşdırılması mütəxəssisləri düşündürən vəzifədir. Gələcək müharibələrdə PUA-dan retranslayator (ötürücü), yüksəklik elmi-tədqiqat laboratoriyası və ya ballistik raketlərlə mübarizə üçün raket əleyhinə silahların daşıyıcısı kimi istifadə ediləcək, onlar bombardmançı rolunu üstlənəcəklər. Göründüyü kimi gələcəyin silahları haqqında tam məlumat vermək üçün səhifələrlə yazmaq olar. Ancaq biz təkcə iqlim silahları barəsində qısa məlumat verməklə aydın mənzərənin yaranmasına çalışacağıq.
İqlim silahları Yer qabığında gedən proseslərə birbaşa təsiretmə vasitə¬lərin¬dən istifadəyə əsaslanır. Onu meteoroloji, iqlim, ozon, maqnitosfera silahı kimi növlərə bö¬lürlər.
Meteoroloji silah daha çox öyrənilən və praktikada tətbiq edilən silahdır. Digər iqlim silahlarından fər¬qli olaraq meteoroloji silahın tətbiqi lokal və qısamüddətlidir. Leysan, ağır texnikanın hə¬rə¬kə¬ti¬ni çətinləşdirmək üçün daşqın və geniş ərazilərin su altında qalması, habelə döyüş meydanında sərrast nişanalmanı asanlaşdırmaq üçün həmin bölgənin üzərində olan buludların dağıdılması tipik meteoroloji silahın tətbiq olunmasının bariz nümunəsidir.
Ozon silahı – bu, düşmən ərazilərində seçilən rayon üzərində ozon qatını dağıdan vasitələr dəstidir.
Maqnitosfer silahı -Yerin maqnit sahəsinin mövcudluğu yer və yerətrafı məkandakı qaynaqlarla şərtlənir.
Hemoakustik dalğalar-Yerin yuxarı atmosferində on yüz kilometrlərə çatan böyük amplitudalı dalğalar var. Onların interferensiyası (səs, işıq və sairə dalğalarının bir-biri üzərinə düşdükdə qarşılıqlı təsir göstərməsi) məkan dövrü daha az olan mürəkkəb kvaziperiodik tərkib yaradır. Ehtimal edilir ki, onlar fotodissosiasiya reaksiyası nəticəsində atmosferdəki akustik-cazibə dalğalarını “yellətməsi” nəticəsində yaranır. Belə ki, atomlu oksigenin yaranmasının qayıdan silsiləsi nəticəsində atmosfer ultrabənövşəyi kvant enerjisinə bərabər enerji alınır. Bu silsilə təxminən 100 km yüksəklikdə atmosferin isinməsini təmin edir. Bu da anomal vəziyyətlərin yaradılmasına imkan verir. Biz strategiya, taktika, silah və texnika, dəyişmələr haqqında danışdıq. Ancaq bütün- həm indi, həm gələcək müharibələrin əsas qəhrəmanı -əsgər yaddan çıxmış deyil. Gələcəyin əsgəri bir “ekzoskeletdir” desək yanılmarıq.
Dünya səviyyəsində "gələcəyin əsgəri” üçün nəzərdə tutulan ən müasir ləvazimatların sayı 8-dən çox deyil. Bu, döyüş sistemləri dəstidir desək daha düzgün olar. Dəstin əsas elementləri kimi, zirehli jilet, şlem, gecəgörmə sistemi, radiostansiya və digər rabitə növləri, naviqator, qidalandırıcı blok və çoxfunksiyalı atıcı silah götürülür. Bu müasir ləvazimat dəstləri yüksək texnologiyalarla – lazer uzaqlıqölçəni, kiçik kompüter, dəbilqədə və ya sinədə ekran, lazımi məlumatlar bazası, elektron xəritələr yerləşdirmə sistemi, əməliyyatlarda qrup üzvləri arasında dialoqu və real zaman kəsimində informasiya almanı dəstəkləyən proqramlarla təchiz ediləcəkdir..
Zakir Huseynov
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
00:45, Bu gün
"Bayden Rusiyanın neft emalı zavodlarını müdafiə etməklə Putinin situativ müttəfiqinə çevrilib" - "Bloomberg"
00:10, Bu gün
Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:57
“Golden Boy” nominantları AÇIQLANDI: Siyahıda üç türkiyəli futbolçu var
17 Apr 2024 | 23:53
Eltonun evi itlə doludur
17 Apr 2024 | 23:49
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
17 Apr 2024 | 23:37
Yazıçı Mehdi Hüseynin arxiv kadrları yayımlandı - VİDEO
17 Apr 2024 | 23:20
Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
17 Apr 2024 | 23:15
“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
17 Apr 2024 | 23:13
Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 23:08
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
17 Apr 2024 | 23:02
Çimərlikdə naməlum heyvanın cəsədi tapıldı - FOTO
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 22:55
Qırğızıstan “TikTok”u qadağan edə bilər
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 22:37
CHP sədri AŞPA-da Azərbaycanı dəstəklədi
17 Apr 2024 | 22:36
Teylor Sviftin pərəstişkarları fırıldaqçıların qurbanı oldu
17 Apr 2024 | 22:35
ABŞ İsraili qorumaq üçün nə qədər pul xərcləyib?
17 Apr 2024 | 22:29
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü - VİDEO
17 Apr 2024 | 22:23
Türkiyə XİN Livandakı vətəndaşlarına müraciət edərək bir sıra bölgələrə səfər etməməyi tövsiyə edib
17 Apr 2024 | 22:16
Fidan: Üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik
17 Apr 2024 | 22:14
"İsrail hakimiyyətinin dərrakə hissi qisasla əvəzlənib" - İrlandiyanın yeni baş naziri
17 Apr 2024 | 22:11
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
17 Apr 2024 | 21:55
Qərbi Azərbaycan Xronikası: Qəmərli niyə Artaşat rayonu adlandırılıb?
17 Apr 2024 | 21:52
Niyə hər gün avokado yemək lazımdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
17 Apr 2024 | 21:50
Belçika İrana qarşı yeni sanksiyalara görə Aİ sammitini çağıracaq
17 Apr 2024 | 21:48
İran Suriyadan SEPAH zabitlərini təxliyə edir
17 Apr 2024 | 21:44
Bloqer Hüseyn Həsənov Dubaydakı daşqınlarda çətin vəziyyətdə qalıb - VİDEO
17 Apr 2024 | 21:42
Buraxılış imtahanlarına asan suallar salınıb? - AÇIQLAMA + VİDEO
17 Apr 2024 | 21:30
Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
17 Apr 2024 | 21:15
Uelsdə silah zavodunda PARTLAYIŞ
17 Apr 2024 | 21:12
Urmiya gölünün son peyk görüntüsü - FOTO
17 Apr 2024 | 21:06
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
17 Apr 2024 | 21:03
BDU -da Aqil Abbasla tələbələrin görüşü keçirilib
17 Apr 2024 | 20:59
IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib
17 Apr 2024 | 20:49
"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət
17 Apr 2024 | 20:47
“Bir gün konservatoriyanın qabağında dayananda onu gördüm”
17 Apr 2024 | 20:46
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
17 Apr 2024 | 20:37
Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17 Apr 2024 | 20:29
Yaponiya sahillərində güclü zəlzələ olub
17 Apr 2024 | 20:28
Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq
17 Apr 2024 | 20:27
Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI
17 Apr 2024 | 20:23
İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI
17 Apr 2024 | 20:22
Gürcüstanın baş naziri prezidenti xarici agent adlandırdı
17 Apr 2024 | 20:15
Tramp seçkiqabağı sorğuda Baydenə uduzur
17 Apr 2024 | 20:13
“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”
17 Apr 2024 | 20:02
“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq…” – Eyyub Hüseynov
17 Apr 2024 | 19:56
Xoşqədəm izləyicisinə çəmkirdi: “Babamın xəstəliyi canına tökülsün”
17 Apr 2024 | 19:53
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
17 Apr 2024 | 19:48
Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
17 Apr 2024 | 19:44
Seriallardakı kimi sevgi istəyən hansı bürcdür? - Tezliklə...
17 Apr 2024 | 19:40
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
17 Apr 2024 | 19:38
Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub
17 Apr 2024 | 19:35
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
17 Apr 2024 | 19:26
İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” - VİDEO
17 Apr 2024 | 19:25
Ən yaxşı yemək və içki təklif edən HAVA LİMANLARI
17 Apr 2024 | 19:20
Qubada tarixi türbə ilan yuvasına çevrilib - VİDEO
17 Apr 2024 | 19:14
Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?
17 Apr 2024 | 19:05
Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib
17 Apr 2024 | 18:57
Ev tapşırıqlarına görə anasına bıçaqla hücum etdi
17 Apr 2024 | 18:55
Azərbaycanın növbəti iki ildə AQEM-ə sədrliyi dövründə görəcəyi işlər müzakirə olunub
17 Apr 2024 | 18:45
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
17 Apr 2024 | 18:38
Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
17 Apr 2024 | 18:33
Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO
17 Apr 2024 | 18:27
Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb - FOTO
17 Apr 2024 | 18:24
Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
17 Apr 2024 | 18:20
Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB
17 Apr 2024 | 18:19
Dünya ədəbiyyatının Nizami zirvəsi və oğurlanan Gəncə qapıları...-Akif Nağıdan tariximizə fərqli baxış...
17 Apr 2024 | 18:11
Yanlış arıqlamağın üç əsas göstəricisi
17 Apr 2024 | 18:10
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Apr 2024 | 18:10
Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
17 Apr 2024 | 18:08
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
17 Apr 2024 | 18:04
Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir
17 Apr 2024 | 18:00
"Unibank" Vətən müharibəsi qazisini məhkəməyə verdi
17 Apr 2024 | 17:57
Gürcüstanın Baş naziri: Qərbin tənqidlərinə baxmayaraq qanunun qəbulundan imtina etməyəcəyik
17 Apr 2024 | 17:55
Brüssel görüşünün təfərrüatları: Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH + FOTO
17 Apr 2024 | 17:51
"Olaf Şolts güzəşt axtarışında" - Almaniya kansleri Çinə səfər edib
17 Apr 2024 | 17:47
"Sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir"
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 17:43
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib
17 Apr 2024 | 17:40
"Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür" - Vüqar Rəhimzadə
17 Apr 2024 | 17:36
Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO
17 Apr 2024 | 17:32
Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini müzakirə etdi
17 Apr 2024 | 17:30
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir
17 Apr 2024 | 17:28
Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə görüşlər keçirilib - FOTO
17 Apr 2024 | 17:25
UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb - FOTO
17 Apr 2024 | 17:21
İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM
17 Apr 2024 | 17:20
Azərbaycan Rusiya sülhməramlılarının fəaliyyətinə səbəb buraxmadı - ŞƏRH
17 Apr 2024 | 17:16
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi
17 Apr 2024 | 17:15
“Əli Kərimli xarici dairələrin sifarişi əsasında mitinq təyin edib”
17 Apr 2024 | 17:10
Abşeronda kişi meyiti tapıldı
17 Apr 2024 | 17:07
İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü saxlanıldı - VİDEO
17 Apr 2024 | 17:02
Naxçıvanda ordu aviasiya hissələri 1 nömrəli hazırlığa gətirildi - FOTO/VİDEO
17 Apr 2024 | 16:57
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - FOTO
17 Apr 2024 | 16:52
Azərbaycan boks millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
11 Apr 2024 | 22:23
Aprelin sonlarına qədər bu 3 bürc pullanacaq
17 Apr 2024 | 06:36
Alimlər “süni qızıl” yaratdılar: bu, inqilaba səbəb ola bilər...-"Nature Synthesis"
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 10:17
“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ
17 Apr 2024 | 09:28
Qızardılmış sarımsaq 24 saat ərzində orqanizmdə bunları edir - İNANILMAZDIR
17 Apr 2024 | 10:54
Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
17 Apr 2024 | 07:16
Bu çiçəyi dərən 13 min manat cərimə ödəyəcək
17 Apr 2024 | 10:00
Aytən Səfərova ağır qəza keçirdi: Ölənin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
17 Apr 2024 | 11:43
Paşinyan “Qarabağın azad edilməsi ilə bağlı qərarların verildiyi” binanı partlatdı...-VİDEO
17 Apr 2024 | 08:51
Bu gün vəfat edən Hadı Rəcəbli KİMDİR?
17 Apr 2024 | 05:00
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək