Məlum olduğu kimi, Rusiyada hökumətin yenilənməsi prosesi baş verib. Köhnə kadrlarla vidalaşan Vladimir Putin, bundan sonra yeni hədəflərə yeni komanda ilə irəliləyəcək.
Maraqlıdır, Rusiaydakı hökumət dəyişikliyi bu ölkənin regionla, habelə Azərbaycanla bağlı siaysətində hansısa dəyişikliyə yol açacaqmı? Bütün bu dəyişikliklərin Azərbaycan üçün müsbət və ya mənfi nəticəsinin olması mümkündürmü?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu Rusiaydakı hökumət dəyişikliyinin Kremlin ənənəvi siyasətinə təsir göstərməyəcəyini vurğuladı:
“Rusiyadakı hökumət dəyişikliyi bu ölkənin regionla, eləcə də Azərbaycanla bağlı siyasətində heç nəyi dəyişməyəcək. Dövlət siyasəti dövlət tərəfindən həyata keçirilir. Dəyişilən komandalar isə bu siyasəti icra etməklə məşğul olur. Ona görə də hökumətin dəyişməsi, yaxud hökumətdə kimlərinsə dəyişməsi, Rusiyanın mövqeyində hər hansı ciddi dəyişikliklərə gətirib çıxarmayacaq”.
Seymur ƏLİYEV